çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Hekayələri dünyanı dolaşan uşaq yazıçımız

Image


 Sevinc Nuruqızıdan danışmaq istəyirəm. Onun mükafatlarını, qazandığı uğurları sadalamaqla bitməz. Çoxumuzun uşaq yazıçısı kimi tanıdığımız, əsərləri əcnəbi dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə nəşr olunan və ədəbi müsabiqələrdə yüksək yerlər tutan, saysız-hesabsız kitabların, şeir və hekayələrin, uşaq opera və kukla tamaşalarının, publisistik yazıların  müəllifi, radio verilişlərinin aparıcısı olan, şeirlərinə mahnılar bəstələnən Sevinc Nuruqızı təkcə uşaqların deyil, həm də böyüklərin sevimlisidir. 

Onun "Edam", "Ölərəm dərdindən, onu bil", "Kəpənək ömrü" hekayələri, "Xocalıya", "Çanaqqala keçilməz" poemaları, "Melisa" nağıl-povesti, "Qaz balası Qaqa" süjetlər silsiləsi, "Al çobanyastığı ləçəkləri" pyesi... müxtəlif müsabiqələrdə yüksək mükafatlara layiq görülmüşdür. Cənubi Koreya Respublikasında üç dildə nəşr olunan "Ağca və Cuppulu" hekayəsi, Türkiyədə keçirilən İLESAM-Akçağ Uşaq ədəbiyyatı müsabiqəsində roman janrı üzrə birinci yeri tutan "Melisa" nağıl-povesti ölkəmizin sərhədlərini çoxdan aşaraq dünyanı dolaşmaqdadır. "Melisa" həm də AMEA-nın Uşaq Ədəbiyyatı şöbəsinin hazırladığı məqalə ilə Vikipediyaya daxil edilmiş ilk müasir uşaq ədəbiyyatı nümunəsidir.

S.Nuruqızının əsərlərinin əsas mövzusu vətənpərvərlik, məqsədi gənc nəslə vətən, torpaq, millət sevgisi aşılamaqdır. Onun uşaqlar üçün nəzərdə tutulmuş əsərləri haqqında çox yazılıb. Mən Sevinc Nuruqızının uşaq ədəbiyyatına verdiyi dəyərli töhfələrdən deyil, bütün yaradıcılığında, həyat tərzində, şəxsiyyətində ifadə olunan böyük, dərin, bitib-tükənməyən vətən sevgisindən danışmaq istəyirəm. Bunun üçün ən yaxşı nümunə onun Zəfər yolunun yolçularına həsr etdiyi  "Zəfər nəğməsi Şuşa" kitabıdır.

Kitaba "Zəfər nəğməsi – Şuşa" povesti, "Al çobanyastığı ləçəkləri" pyesi və əksəriyyəti real hadisələr əsasında yazılmış hekayələr daxildir. Onların hamısında insanın qəlbini və düşüncələrini sarsıdan, çilik-çilik edən ağrı var, acı var... Misilsiz zəfərimizdən sonra belə bu dərin ağrını yazıçı ürəyində daşımaq böyük iradə və səbir istəyir.

 "Gənc dost! Bu əsəri yazanda səni düşündüm... Düşündüm ki, yurdun gələcəyi sənin əlindədir... Əsəri diqqətlə oxu... Ən böyük sevginin – Vətən sevgisinin nə olduğunu öyrənəcəksən. Vətəni candan çox sevməyin nə demək olduğunu anlayacaqsan..." Bunlar müəllifin Şuşanın işğaldan azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılara həsr etdiyi "Zəfər nəğməsi-Şuşa" povestinə yazdığı ön sözdəndir. Müəllifin təhkiyə və təsvirləri o qədər canlıdır ki, oxucu sanki döyüş həyəcanını onun qəhrəmanları ilə birgə yaşayır, onlarla birlikdə sıldırım qayalara qalxır, sonra quş kimi qanadlanıb dərin dərəyə enir, düşmənlərin ürəyinə qorxu salır, 28 il həsrətində olduğu, adı çoxdan müqəddəsləşmiş şəhərin hər döngəsi, hər evi uğrunda ölüm-dirim savaşı aparır; şəhid olan döyüş yoldaşları üçün gözləri dolub, ürəyi sızıldasa da "Şəhadətin mübarək!" sözlərini qürurla səsləndirir...

Bu əsər Azərbaycan əsgərinin cəsurluğunu, əzmini, fədakarlığını Azərbaycan qadınının, azərbaycanlı ananın sevən və qürurlanan dili ilə ifadə edən qəhrəmanlıq dastanıdır. "Azərbaycan ordusunun şah əsəri oldu Şuşa savaşı... Bundan yaxşı döyüş olmaz, bundan əzmli döyüşçü olmaz, bundan böyük Vətən eşqi olmaz..."  "Əsgər... bir amal uğrunda irəlilədi... Daldalanmağa səngəri olmadı, barıt acılı boğazının yanğısını söndürməyə bir qurtum su tapmadı, aramsız güllə saçan silahının lüləsində isitdi buz bağlamış əllərini... Və bizə Şuşanı qaytardı".

"Hərdən mənə elə gəlirdi ki, bizim Şuşa qarşısındakı günahımızı heç nə yuya bilməz... Amma yudu... Şəhidlərimizin müqəddəs qanı yudu bu günahı".

Maraqlıdır ki, müəllif Mədəniyyət Nazirliyinin vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsinin qalibi olmuş "Ölərəm dərdindən, onu bil" adlı hekayəsini də hissə-hissə bu povestə daxil edib. Torpaqlarımız işğaldan azad edildikcə qəmli notlara köklənmiş əsərlərini nikbin, qürurlu sonluğa yönəltmək Sevinc Nuruqızı yaradıcılığına xas xüsusiyyətlərdəndir.

Kitabın "Uşaqların müharibə acısı" bölməsinə müharibənin uşaqların taleyinə acı təsirini əks etdirən hekayələr, "Qadınların müharibə ağrısı" bölməsinə Milli Qəhrəman Salatın Əsgərovaya, həmçinin müharibənin cismani və mənəvi qurbanlarına çevrilən digər qadınlara həsr olunmuş pyes və hekayələr, "Döyüşçü ürəyi" bölməsinə Milli Qəhrəman Mübariz İbrahimovun, Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçısının igidliklərindən bəhs edən hekayələr, "44 günlük müharibədən ştrixlər" bölməsinə müharibənin ayrı-ayrı yaddaqalan epizodları daxildir.

"Ədəbi Azadlıq-2015" müsabiqəsində II yer tutmuş "Edam" hekayəsi çox ağrılı, ürəyə süngü kimi saplanan real əhvalatdan – dəmir borulara doldurulan, hər iki tərəfdən qaynaqlanan borunun içində qətl edilən uşaqlardan bəhs edir. Edamın bu "növ"ünü "kəşf" edənləri insan adlandırmaq olarmı?

"Onlardan olsa, balaca əllərini bu dəmir borunun quru ot yapışmış üzünə qoyub onu çöl boyu diyirlədər, qısa ömürlərinin harasındasa ilişib qalmış şən qəhqəhələrindən bir ovuc götürüb yanan torpağa çiləyərdilər. Gülüşərdilər..."

Yazıçı, başqa əsərlərində olduğu kimi, bu hekayəsində də hadisənin faciəsini açmaq üçün təzadlardan istifadə edir, yaxşılıqla pisliyi, məsumluqla mənfurluğu, günahsızlıqla günahı qarşılaşdırır. Fikrimdən "İnsanlıqdan kənar vəhşiliyi ədəbiyyatda əks etdirmək oxucuya qarşı qəddarlıq deyilmi?" sualı keçir. Bu cür hekayələri oxumaq da yazmaq qədər ağır və ağrılıdır. Amma lazımdır. Bu qan donduran vəhşilikləri yaddaşlara yazmaq lazımdır ki, on ildən, yüz ildən sonra yenə qarı düşmənlərimizi süfrəmizin başında oturtmayaq, ən yağlı tikəmizi, ən möhkəm dostluqlarımızı, ən münbit torpaqlarımızı onlarla bölüşməyək...

S.Nuruqızının yaradıcılığında müxtəlif əşyalara, oyuncaqlara, heyvanlara, təbiət ünsürləri və hadisələrinə xüsusi münasibət var. Əşyaların və təbiət ünsürlərinin obrazlaşdırılması əsərlərin bədiiliyini artırır, hadisələrin dərin qatlarının açılmasına yardımçı olur. Yazıçının, demək olar ki, bütün əsərlərində, o cümlədən "Zəfər nəğməsi Şuşa" kitabında bu qəbildən olan obrazlaşdırmalarla tez-tez rastlaşırıq. "Qaraqaya" hekayəsində insan vəhşiliyindən "nəğməsi dodağında donan" Qaraqaya, "Qaranquşların naləsi" hekayəsində Ç.Mustafayevin hönkürtüsündən sarsılan qaranquşlar, "Oyuncaq ayı balası" adı altında toplanan, Gəncə hadisələrində zərər çəkmiş uşaqlara həsr olunmuş hekayələrdə  "uşaqların... bu dünyanı qarış-qarış gəzib ədalət soraqlayacaq... göz yaşları", "Edam" hekayəsində gözünü gördüklərindən ayıra bilməyən, edama aparılan uşaqların üstünə "bir ovuc su" çiləyən "canlı-cantaraq bulud"...

"Zəfər nəğməsi Şuşa" kitabı bütövlükdə şəhidliyin ağrı və qürur dolu elegiyasıdır. Bu kitabda Mübariz İbrahimovun nümunəsində düşüncələrdə dönüş yaradaraq zəfərin təməlini qoyan qəhrəmanlıq ("Cənnətdə"), öz canı bahasına komandirin həyatını xilas edən işıqçı Əliağanın, "Sizin balalarınız var" deyib düşmənin üstünə təkbaşına gedən 19 yaşlı Cəbrayılın nümunəsində qəhrəmanlığa bərabər fədakarlıq ("O, işıq idi"; "Söz"), nəğməsi "döyüş meydanından qanadlanan" Xudayarın nümunəsində şəhid olmuş istedadlar ("Sən nəğmə idin"), top gurultusu altında qızının gülüş və nəğməsini "eşidərək" gülümsəyən Bilalın nümunəsində şəhid atalar ("Şəhadətin zirvəsi – Vətən")... təsirli boyalarla əks olunub.

"Hər kəsin bir Vətən adlı sevgilisi var... Hər kəs ona borcunu verməlidir..." ("Günəş, buludlar və Ağca") deyir dəyərli yazıçımız və özü də oxucularına vətən sevgisi aşılayan əsərləri ilə bu borcu layiqincə verir.

Uşaqların və böyüklərin qəlbində nurlu gələcəyə inam yaradan Sevinc Nuruqızı bu il özünün yubiley yaşını qeyd edir. Sevimli yazıçımızı təbrik edir, sülh qoxulu, nikbin, sevgi və şəfqət aşılayan əsərlərini gözləyirik.

Sədaqət Əhmədova





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ