çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

“Erməni komendant “Qarabağ” mahnısına “erməni qəhrəmanların” adlarını salmaqdan imtina etdiyinə görə onu yataqxanadan qovmuşdu”- Adil Nəsibov

Image


 "Əsərin ilk adı "Qarabağ" olmayıb"

"Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" , "Qarabağ" kimi populyar mahnıların müəllifi bəstəkar Bəhram Nəsibovun oğlu, "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov müsahibimizdir.  

- Adil müəllim, sözləri və musiqisi bəstəkar Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ")  mahnısı necə yaranıb?

- Atam bu mahnını 1962-ci ildə İncəsənət İnstitutunda oxuduğu dövrdə yazıb. Amma əsərin ilk adı "Qarabağ" olmayıb.  O, bu mahnını doğulduğu Füzuli rayonu haqqında yazıb, sonra görüb ki, mahnının miqyasını böyütmək lazımdır, mahnını genişləndirib və adını "Qarabağ" qoyub, Füzulu də içində gedib.  

- Bu mahnı 1962-ci ildə yazılıb, amma yazılandan on il sonra ifa olunub. Mahnının vaxtında oxunmasına nə mane olub?

- Bu mahnını əvvəlcə Arif Babayevə göstərib, o bəyənməyib, deyib ki, mahnının mətnini dəyiş məhəbbətlə bağlı et. O zaman Qarabağ bizim yaralı yerimiz deyildi axı. Atam da məhəbbətdən mətn yazıb,  amma görüb ki, heç uyğun gəlmir, əsər illərlə oxunmamış qalıb. Amma özü bu mahnını toylarda çalırmış. 1972-ci ildə Arif Babayev atama deyib ki, Qarabağa konsertə gedirəm, Qarabağ haqqında bir dənə mahnı yazsan oxuyaram. Deyib ki, hazır mahnı var. Arif Babayev bu mahnını ilk dəfə 1972-ci ildə Qarabağda oxuyub. 

- "Qarabağ" əsəri ilə bağlı hansısa ilginc, maraqlı hadisə yaşanıbmı?

- Tələbə vaxtı Dərnəgüldə yataqxanada qalırmış. Yataqxananın komendantı isə erməni imiş. Eşidib ki, atam "Qarabağ" haqqında mahnı yazır.  Komendant ona yaxınlaşıb mahnıya erməni "qəhrəmanlarının" da adlarını daxil etməsini istəyib. Atam "Qarabağa aid mahnıda niyə erməni qəhrəmanın adı olmalıdır?"  deyib komendanta sərt  cavab verir. Erməni komendant  "Qarabağ" mahnısına "erməni qəhrəmanların" adlarını  salmaqdan imtina etdiyinə görə onu yataqxanadan qovmuşdu. Bu hadisədən sonra o, dolanışığını təmin etmək, kirayə haqqını ödəmək  üçün toylara getmək məcburiyyətində qalır.  

- Mahnı ifa edilən kimi populyar oldu. Bu əsərin əks-sədası tez yayıldı. Bu haqda nə demək olar?

- Mahnının doğurduğu assosiasiyalar barədə demək istəyirəm. Bu mahnıya Sovet dövründə qulaq asanda hiss edirdin ki, Qarabağ qədim Azərbaycan  torpağıdır və erməni orda yaddır, yamaqdır, o ərazi heç vaxt erməniləşdirilə bilməyəcək. İşğal ərəfəsində  bu mahnıya qulaq asanda kövrəlirdin ki, Qarabağ əldən gedəcək, işğal dövründə qulaq asanda isə o səni ümidsizliyə qapılmağa qoymurdu. Bundan həm təsəlli alırdın, həm ümidsizliyə qapılmırdın, hiss etdirirdi ki, işğal müvəqqətidir. Vətən müharibəsi dövründə əsgərlərimiz bir-birini bu mahnı ilə ruhlandırdılar, yaralarının ağrısını unutmaq üçün bu mahnını oxuyurdular, Qarabağın quruculuğu ilə məşğul olan inşaatçılar da bu mahnını oxuyurlar və ruhlanıb Qarabağı daha tez tikib qurmaq istəyirlər. Şuşa azad olunandan sonra "Xarı Bülbül" festivalı bərpa olundu, bu festivalda da "Qarabağ" mahnısı dəfələrlə oxundu, hətta türkdilli xalqların musiqiçiləri də öz milli geyimlərində bunu xorla oxudular. Bu mahnı artıq türk dünyasını birləşdirən bir dəyərə də çevrilib. Necə ki, Vətən müharbəsinin himninə çevrilmişdi, eləcə də türkdilli xalqlar da bu mahnını oxuyur, bu yaxınlarda da oxudular. 

- Bəzən bu mahnın sözlərinin müəllifi kimi atanızın adı qeyd olunmur. Səbəb nədir?

- Çox təəssüf ki, bəzən mahnının sözlərinin müəllifinin təqdimatında səhvə yol verilir. Hansısa bir musiqi kitabında səhvən yazılıb ki, "Qarabağ" mahnısının sözlərini guya Rəfiq Zəka Xəndan yazıb. Çox xahiş edirəm ki, bu musiqi kitabının tərtibçiləri səhvi düzəltsinlər, Bəhram Nəsibovun və Rəfiq Zəkanın ruhunu narahat etməsinlər. Həmin kitabda bunu qərəzli şəkildə belə veriblər, heç cür düzəliş vermək istəmirlər, televiziyalar da həmin kitaba istinad edirlər. Sifarişçinin də kim olduğunu bilirəm. O da Bəhram Nəsibovun bir-iki mahnısının sözlərini oğurlamaq istədi. Ona iradımızı bildirəndən sonra həmin o musiqi kitabına müdaxilə edib Bəhram Nəsibovun bir çox mahnılarının sözlərini başqalarının adına yazdırdı. Guya sözlər başqasına aiddir. Aləmi bir-birinə qatdı.   

- Başqa mahnılarının təqdimatında da belə hallara təsadüf etmisiz?

- Bəli. Səhv etmirəmsə, "Min bir nəğmə" kitabında "Deyin hardadır", "Qal sənə qurban" mahnılarını Miryusif Mirnəsiroğlunun,  "Gecələri" bir başqasının adına yazıblar. Başqa mahnıları ilə bağlı da bu hal yaşanıb. Bu da ondan irəli gəlir ki, bar verən ağac həmişə daşlanır. 

Bəhram Nəsibov başqa bəstəkarlardan fərqli olaraq həmişə öndədir. Nəyə görə?  Fikir verirəm, ölkəmizdə hər il bir mühüm hadisəyə həsr olunur. Keçən il "Heydər Əliyev İli" idi, bu il "Yaşıl Dünya Naminə Həmrəylik İli"dir, eyni zamanda da "Əsrin müqaviləsi"nin imzalanmasının 30 illiyidir. Bunların hamısı haqqında Bəhram Nəsibovun mahnısı var. Təxmini hesablamışam, 2026-cı il "BTC-Bakı-Tbilisi-Ceyhan" İli ola bilər, o, bu haqda da mahnı yazıb, idman, ekologiya, çox sahələr haqda mahnısı var.

- Bəhram Nəsibovun nə qədər mahnısı var?

- 600 mahnısı var və onun 200-nü nota yazdırmışam. Amma geridə qalan 400 mahnını yazdırmağa maddi imkanım yoxdur. Bu işi görməyim üçün böyük dəstəyə ehtiyacım var. Dəstək göstərilsəydi Bəhram Nəsibovun bütün irsini xalqa çatdırardım. Bu çox vacibdir, bunu sistemli şəkildə həll etmək lazımdır ki, xalqın malı xalqa qalsın.  

- Bu arzunuzdur yəqin...

- Əsas istəyim odur ki, bu 400 mahnının, marşın  taleyi yaxşı olsun. Dediyim kimi, 200 mahnısını notlaşdırdım, not kitabı kimi çap edib bütün kitabxamalara vermişəm. Yerdə qalanlara isə artıq dövlət dəstəyi lazımdır. Çünki buna həm səhhətim imkan vermir, həm də maddi cəhətdən imkanım yoxdur.  

- Bəhram müəllim bu qədər gözəl əsərlər, mahnılar yazıb. Bəs ona sağlığında niyə layiq olduğu qiymət verilməyib?

- Ona vaxtında  şərait yaratmadılar ki, əsərlərinin hamısını özü qeydiyyatdan keçirtsin. O vaxt onu "həvəskar bəstəkar" adlandırırdılar. Sonra bir hadisə oldu, dedilər ki, həvəskar kolbasa olar, sosiska olar, sizin yazdığınız xalq mahnısıdır. Kartotekada qeyd olunurdu ki, filan xalq mahnısı, işləyəni filankəs. Belə çıxırdı ki, Bəhram Nəsibov guya xalq mahnısını götürüb işləyib. Xalq mahnısı deyildi, özünün yazdığı mahnılar idi. Bu bir-iki bəstəkarın qısqanclığından başqa bir şey deyildi. Atama qarşı çox haqsızlıq olub. Nə fəxri adı oldu, nə də hansısa mükafatları. Bir-iki paxıl bəstəkar bəhanə etdi ki, konservatoriyanı bitirməyib. Ona fəxri ad, titul verilmədi. Heç Bəstəkarlar İttifaqına üzv də qəbul etməmişdilər. Çox təəssüflər olsun ki, onun ad almasına mane olanlar   oldu. Füzuli rayon icra hakimiyyətinə getdim. Dedim ki, bu adamın yazdığı "Qarabağ"   mahnısı əsgərlərimizi zəfərə ruhlandırıb, Füzuli bərpa olunur, ən kiçik küçəyə Bəhram Nəsibovun adını verin. Əslində onun adına Muğam Evi də verilməlidir. İslam Rzayev ən məşhur müğənni idi. Bütün bəstəkarlar onunla işləmək istəyirdi, amma İslam  Rzayev deyirdi ki, mahnı lazım olanda birinci Bəhrama müraciət etmişəm həmişə. Rəşid Behbudov deyib ki, Bəhram Nəsibovun mahnısı muğamla yoğrulub. Amma heç doğulduğu Füzuli Bəhram Nəsibova sahib çıxmayıb. Dedilər ki, əgər fəxri adı yoxdursa, onun adına küçə verilə bilməz. Çox məyus halda geri qayıtdım. 

60 ildən çox xalqa xidmət edib, bircə dəfə xatirə gecəsi keçirilib, başqa heç nə. 

- Bəs əsərlərinin qeydiyyatına nə zamandan başlanılıb?

- 1990-cı ildən mahnılarının adlarını toplamağa  başladım. "Qarabağ"ı 2004-cü ildə qeydiyyatan keçirdim. Bəhram Nəsibovun bir çox mahnılarını, o cümlədən "Qarabağ" mahnısını 2004-cü il iyulun 21-də Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçirdik və bizə əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib.

Ona qarşı çox böyük qısqanclıq olub. Deyirdilər ki, söz və musiqisi sənindirsə ikisindən birini seç. Yəni bu qədər haqsızlıq olub.   

Sağlığında özü istədi ki, mahnılarını qeydiyyata aldırsın, amma Qarabağ hadisəsi baş verdi, beyninə qan sızdı. Xocalı faciəsindən sonra ümumiyyətlə toya gedə bilmədi. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasından sonra ağır depressiya keçirdi, onların qovulmasına aid mahnı yazdı. Uşaqları ki, boruya qoyub ağzını qaynaqlamışdılar, o xəbəri eşidəndə ağzı əyilmişdi, o bunu çox ağır yaşadı...   Atam çox vətənpərvər insan idi. Xocalı faciəsinə də, 20 Yanvar  faciəsinə də mahnı yazıb. Yəni Bəhram Nəsibovun yaradıcılığı çox zəngindir.  

- "Qarabağ" əsəri erməni plagiatlığına məruz qaldı və son məlumata görə, erməni musiqiçinin rəsmi yutub kanalından əsər silinib. Bu, müəllif hüquqlarının qorunması müstəvisində atılan ilk addım oldu. Təzminat üçün beynəlxalq məhkəmələrə üz tutmaq fikriniz varmı?

-Məhkəməyə üz tutmaq fikrim var. Mədəniyyət sahəsini dərindən bilən peşəkar hüquqşünas axtarıram, hələ ki, axtarşım nəticə verməyib. Mədəniyyətin bütün sahələrini bilən hüquqşünas tapa bimədiyim üçün bugünə qədər qonorar da ala bilməmişəm.Qonorarı toplaya bilməmişəm. Bu sahəni mükəmməl bilən hüquqşünas tapa bilsəm, məhkəməyə də baş vuracam, qonorar da toplaya bilərəm. Bir-iki hüquqşünas tapdım, pullarını da verdim, nə iş gördülər, nə də pulu geri qaytardılar. Ancaq ailəmin boğazından kəsib atamın mahnılarını yazdırmışam...

Son proseslərlə bağlı göstərdiyi dəstəyə görə dövlətimizə, Mədəniyyət Nazirliyinə, Əqli Mülkiyyət Agentliyinə təşəkkür edirəm. Nazirlik və Agentlik  Bəhram Nəsibova məxsus olan "Qarabağ" adlı mahnının sözlərinin Gor Yepremyan tərəfindən dəyişdirilməsinə, onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "Youtube" platformasında yerləşdirilməsinə sərt reaksiya verdilər, mənim müraciətim əsasında o mahnı erməninin yutub səhifəsindən silinib. Bundan sonra da rəsmi qurumların dəstəyi ilə işlərin davam etdiriləcəyinə ümid edirəm. 

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ