çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Yunus Oğuzun yaradıcılığında boz qurd totemi – Turanın simvolu

Image


(Yunus Oğuzun həyat və yaradıcılığı" (2022) monoqrafiyasından fraqment)

Yunus Oğuzun bütün yaradıcılığında, özəlliklə romanlarında Turanla bağlı düşüncələr öz əksini tapır, yazıçı türklüyü, milli ruhu bütün aspektləri ilə təqdim etməyə çalışır.  Bu yazıda yazıçının yaradıcılığında öz əksini tapan, türklüyün çoxsaylı simvollarından biri olan bozqurd totemindən bəhs edəcəyik.

Türk xalqlarının mifologiyasında müqəddəs, xilaskar, yol göstərən, seçilmiş qəhrəmanlara kömək edən şəfqətli, cəsarətli, xeyirxah varlıq kimi təcəsüm edən boz qurd əfsanələrə görə Ərgənəkondan çıxan türklərə, islamı türklər ararsında yaymaq üçün Məhəmməd peyğəmbərin göndərdiyi üç nəfər elçiyə bələdçilik etmiş, Çingiz xana ata, Aşina əfsanəsində göytürklərə ana olmuşdur."Kitabi-Dədə Qorqud" dastanında işlənən "Qurd üzü mübarəkdir", "Qara başım qurban olsun qurdum sənə", "Avazı qaba qurd əniyi erkəyində bir köküm var" ifadələrində qurda tapınmanın izləri qorunub saxlanmışdır. Yunus Oğuzun yaradıcılığında bu obraz ümumtürk tarixinin dolaylarında bir ulduz kimi parlayıb türkün seçilmiş qəhrəmanlarının simvoluna çevrilir.

Yazıçının ona böyük şöhrət gətirən ilk romanı "Nadir şah"əsərində də gələcəyin şahı olan, Turan ideyası üçün seçilmiş Nadiri uşaqlıqda canavarlardan məhz boz qurd xilas edir: "Daş canavarın yaxınlığında düşsə də, heyvan tövrünü pozmadı.Uşağa hərəkətləri ilə bildirdi ki,  hücum etmək niyyətini dəyişməyib. Uşaq bu dəfə ölümü ilə barışıb kürəyinin qayaya söykəyib gözlərini yumdu:

-       İndicə məni parçalayacaq.

Ağbiləng və Qaplan isə canavarla süpürləşirdilər. Bu zaman qayanın düz başından qurd ulartısı eşidildi:

-       Au-u-u-u.... Au-u-u.

Qayanın başında duran qurd sanki həmcinslərinə nəsə deyirdi. Qurd bir də uladı:

-       Au-u-u-u.... Au-u-u...

Canavarlar qurdun elə bil üçüncü ulartısını gözləyirdilər. Uşağın qarşısında duran canavar geri çəkilməyə başladı."

Qeyd edək ki, yazıçının daha sonralar qələmə aldığı  "Əmir Teymur-zirvəyə doğru" romanında   da qurd totemi ilə - türkçülüyün rəmzi ilə qarşılaşırıq.

Yunus Oğuzun "Atabəy Eldəniz" romanında da boz qurd obrazı əsərin ideyasının açılmasında mühüm rol oynayır. Romanda Şəmsəddin Eldəniz uşaqkən qul karvanı ilə səyahəti zamanı dəfələrlə arabadan yıxılsa da min əziyyətlə, zəif bədəninin son gücünü toplayaraq özünü qul karvanına yetirir. Qul karvanına! Onun seçim şansı var idi. Karvandan geri qalıb həyatını azad biri kimi davam etdirməyə cəhd edə bilərdi.  Amma onun adi insanlar tərəfindən anlaşılmayan bu seçimi  çox mühüm  bir anlam daşıyırdı: qul kimi satılmaq bahasına belə olsa da ulu  türk ruhunun qarşısına qoyduğu  missiyanı yerinə yetirməlid idi. Çünki o sadə deyil,  seçilmiş, missiyası olan bir türk idi. Bu səbəbdən də gecə təkbaşına çöl-biyabanda qalan Eldənizi məhz boz qurd qoruyur: "Əlbəttə, Bağdada getməliydi. O, təkcə karvana deyil, həm də arzularına çatmalıydı ... Göy üzü işıqlananda qəti qərar verdi ki, karvanın dalınca getsin. Susuzluğa, aclığa dözəcək, amma karvana yetişəcək. Getmək qərarını verəndə, səhərə qədər onu izləyən canavar artıq gözə dəymirdi. Sanki gecə hansısa bir qüvvə  o qurdu bu çöl - biyabana  Eldənizi qorumaq üçün göndərmiş, səhər açılan kimi isə çəkib aparmışdı. Bağdada az qalmış karvana yetişdi. Hamı təəccüb içindəydi. Hətta bir neçə qul ürəyində onu qınadı da "Ay ağılsız, səndən imtina ediblər, itirib axtaran da yoxdu. Niyə gəldin?" Şəmsəddin isə hara və nəyə görə gəldiyini bilirdi."

Yunus Oğuzun bu günkü qələbəmizin ilk müjdəsi olan 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş  "Ovçu" romanında qurd totemi yenidən oxucu qarşısıma çıxaraq bir daha türkün missiyasını xatırladır. Bildiyimiz kimi, "ovçu" əsərin baş qəhrəmanı Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə başqa əlahiddə ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın arxasınca getmir.  Səbəb isə onun artıq boz qurdun şikarı olduğunu qəbul etməsidir: "Göy guruldadı. Çiskin yağış yağmağa başladı. Ovçu sabahına saxladığı ərzağın dalınca talvara yaxınlaşdıqda gördü ki, ayağını dirəyə bağladığı dovşan yoxdur. Dovşan kəndiri gəmirib parçalamış və çöllüyə üz tutmuşdu. Yağan yağış onun ləpirlərinin hara getdiyini aydın göstərirdi. Bu dəfə o, tüfəngini götürüb ləpirlə yeriməyə başladı. Amma çox getmədi. Dovşan ləpirinə canavar ləpiri də qarışmışdı. Bu ləpir Boz Qurdun ləpiri idi. Ovçu bir qədər düşünüb geri qayıtdı. Boz Qurdun şikarına şərik olmaq istəmədi". Əsərdəki səhnə əslində ovçu qiyafəsində təqdim edilən  tarixin, zamanın  türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının simvoludur. Çünki, türk  məhz boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb etdikdə Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrimənin məğlubiyyətini, Hörmüzün qələbəsini alqışlayır

Yunus Oğuzun Turan ideyasının təməl daşının simvolu olaraq əsərlərində təsvir etdiyi boz qurd totemi türkün özünə dönməsinə çağırışdır. Bu səbəbdən boz qurd yazıçınn əsərlərində məhz həlledici məqamda ortaya çıxaraq qəhrəmana kömək edir, onu qorumaqla türkün tarixi yolunun növbəti şanlı səhifəsinin yazılmasına vəsilə olur.

Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi
Fil.f.d., dosent



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ