çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

“Azərbaycanfilm”in “başı başsızlıqdan” açılmır - təzə nə baş verir...

Image


Cəmiyyətdə "Azərbaycanda kino yoxdur", "Azərbaycanda kino çəkilmir" ifadələrini tez-tez eşidirik. Bu fikri bildirənlər elə düşünürlər ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında yeni filmlər istehsal olunmur. Əslində isə "Azərbaycanfilm"də qısametrajlı və tammetrajlı filmlər istehsal olunur, animasiya filmləri də öz yerində. 

Lakin təəssüf ki, bu filmlər geniş tamaşaçı kütləsinə təqdim edilmədiyi üçün insanlarda belə mənfi rəy yaranır. Əlbəttə, bu da daha çox kinoya rəhbərlik edənlərin münasibəti yanaşması ilə bağlıdır. 

"Azərbaycanfilm" Kinostudiyası uzun illərdir ki, filmlərlə yox, daha çox rəhbər dəyişiklikləri ilə gündəmə gəlir. Çox işıqlı tarixi keçmişi olan "Azərbaycanfilm"in fəaliyyəti durğunluq, keçid dövründə zəiflədi, filmlər çəkilmədi, kino adamları bu qurumu tərk etdi, bir neçə kino fədaisinin hesabına onu qorumaq mümkün oldu, əlbəttə, dövlət də onun yaşaması üçün tədbirlər gördü. 

Kinostudiyanın ən ağır dövrləri keçən əsrin 90-cı illərindən  2000-ci illərin ortalarına qədər davam etdi desək, yanılmarıq, yəqin ki, bu məsələni peşəkarlar daha yaxşı şərh edə bilər.  2002-2011-ci illərdə "Azərbaycanfilm" kinostudiyasına xalq artisti Xamis Muradov rəhbərlik edib. Onun 11 illik rəhbərliyi dövründə kinostudiyanın ayağa qaldırılması, yeni layihələr hazırlanması yönündə xeyli işlər görüldü. Tariximizlə bağlı "Cavad Xan" filmi 2009-cu ildə meydana çıxdı, bu, kinostudiyanın və Azərbaycan kinosunun uğuru idi. 

X.Muradovdan sonra kinostudiyaya rəhbər vəzifəsinə təyin edilənlərin. demək olar ki, əksəriyyəti çox qısa müddətdə təşkilata rəhbərlik edə bilib, ya vəzifədən kənarlaşdırılıblar, ya da istefa veriblər. Cəmil Quliyev, Müşfiq Hətəmov kimi peşəkarlar kinostudiyanın rəhbəri olublar, amma sonra onlar da bu vəzifədən gediblər. 2022-ci ildə rejissor Fariz Əhmədov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından direktoru vəzifəsindən ayrılıb. Qısa müddət ərzində kinostudiyaya rəhbərlik edən rejissorun birdən-birə müəmmalı şəkildə vəzifəsini tərk etməsi xeyli suallar doğurdu. F.Əhmədov öz sosial şəbəkə hesabında direktor vəzifəsində 17 ay çalışdığını yazırdı. "Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq"-deyə yazırdı. Amma vəzifədən getməsinin gerçək səbəblərini qeyd etmirdi. 

F.Əhmədovdan sonra "Azərbaycanfilm"in direktoru vəzifəsinə Nazim Hüseynov təyin olundu. Əksəriyyət düşünürdü ki, başı başsızlıqdan açılmayan kinostudiyanın yeni direktoru uzun illər bu sahəyə rəhbərlik edəcək, amma belə olmadı.   

Mətbuatda yayılan məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər. Bu xəbərin ardınca isə başqa bir xəbər yayıldı ki, direktor və müavini işdən çıxarılmayıblar, özləri istefa veriblər. Maraqlıdır, keçmiş direktorlar kimi, N.Hüseynovun da işdən çıxarılmasına, yaxud istefasının səbəblərinə dəqiq aydınlıq gətirilməyib. Onun və müavininin hansı səbəbdən istefa verdiyi məlum deyil. Bütün hallarda, istefanın bir səbəbi olmalı və o, ictimaiyyətə açıqlanmalıdır. Bu yazıda şayiələrə yer vermək fikrində deyilik, rəsmi açıqlamalara və obyektiv ekspert rəyinə üstünlük verəcəyik. Şayiərə qalsa, çox şeylər danışılır və bütün bunları araşdırmadan, tərəflərinin rəyini almadan yazmaq, yaymaq təbii ki, olmaz. Bizim üçün istefanın əsl səbəbi maraqlıdır.  

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq şöbəsinə rəsmi sorğu göndərdik. Eyni zamanda bir neçə dəfə Nazim Hüseynovun özü ilə əlaqə saxlamağa cəhd göstərsək də, telefon zəngimizə cavab vermədi. 

Ramil Ələkbərov: "Sadəcə olaraq bu dəqiqə istehsal yoxdur, iş yükü azdır, "Azərbaycanfilm" Kinostudiyasında kino, film istehsalı dayandırılıb" 

Kinostudiyanın İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov "Bakı-Xəbər"ə bildirdi ki, direktor, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub: "Direktor işdən çıxmaq barədə ərizə yazıb, amma ərizədə işdən çıxmaq istəyinin səbəbi göstərilməyib. Nazirlik də ərizəni təsdiqləyib. Ondan əlavə, direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynov da işdən çıxmaq haqda direktora ərizə təqdim ediblər. Direktor da onların ərizələrini təsdiqləyib. Kinostudiya rəhbərliyi bu ayın sonuna doğru artıq işdən gedir. Heç bir səbəb yoxdur. Sadəcə olaraq bu dəqiqə  istehsal yoxdur, iş yükü azdır, "Azərbaycanfilm" Kinostudiyasında kino, film istehsalı dayandırılıb".

İstehsalın dayandırılması səbəbinə gəlincə, müsahibimiz "keçən ildən nazirlikdən şifahi şəkildə bildirildi ki, kinostudiyada film istehsalı olmayacaq"-deyə bildirdi. O vurğuladı ki, kinostudiyada kino istehsal olunub-olunmayacağı barədə onlara rəsmi heç nə deyilməyib, bu barədə rəsmi qərar yoxdur.

Kinostudiyada tez-tez direktor dəyişikliyi kinonun özünün inkişafına da ziyansız ötüşmür. Bizdə hələ kino sənayesi düz-əməlli qurulmayıb, prodüser institutu elə də inkiaf etməyib, belə hallarda kino istehsalına flaqmanlıq edən bir qurumda bu halların baş vermə səbəbinə konkret izah verilməlidir. Rəsmi izahdan söhbət gedir. Şayiələrə qalsa, çox şey yazmaq olar… 

Nazirliyin mövqeyi yazı çap olunana qədər gəlmədiyi üçün ekspert rəyi öyrəndik. 

Xəyalə Rəis: "Kinostudiyanın istefa verən rəhbəri də bu addımı atmasının səbəbini açıqlamalıdır ki, şayiələrə, söz-söhbətlərə son qoyulsun" 

Sənətşünas, Moderator.az saytının baş redaktoru  Xəyalə Rəis "Bakı-Xəbər"ə şərhində çox ilginc məqamlara toxundu: "Ötən il Hesablama Palatası Mədəniyyət Nazirliyində və onun qurumlarında yoxlamalar apardıqda ortalığa belə bir nəticə çıxmışdı ki, burada yeyinti halları baş verib".

X.Rəis rəsmi məlumatlara istinad edərək bildirdi ki,  yoxlama  Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edib. O, vurğuladı ki, audit həmçinin C.Cabbarlı adına "Azərbaycanfilm", "Salnamə" və "Filming Azerbaijan" studiyalarında, eləcə də, Azərbaycan Dövlət Film Fondunda həyata keçirilib.  

"Hesablama Palatasının yaydığı açıqlamadan açıq görsənirdi ki, əvvəlki dövrlərdə keçirilən audit nəticəsində müəyyən edilən nöqsanlar sonrakı dövrlərdə aradan qaldırılmayıb. 

X.Rəis qeyd etdi ki, auditin nəticələri ortaya çox mətləbləri çıxarır. O vurğuladı ki, bu məsələlər əlaqədar qurumlar tərəfindən öz qiymətini alacaq. 

Mütəmadi olaraq "Azərbaycanfilm"in keçirdiyi tədbirlərdə biz ssenaristləri, kinorejissorları danışdıranda onlar qeyd edirdilər ki, biz bu layihələrdə qalib olsaq da, amma illərdir qonorarımızı ala bilməmişik. İndiyə qədər nə

qədər rejissor, nə qədər ssenarist öz qonorarını ala bilməyib, "Azərbaycanfilm"in onlara borcu var. Auditin nəticələrindən çıxış etsək, görsənir ki, ortada  külli miqdarda maliyyə yeyintisi var. Məncə, bu da nazirliyə və bu sahədə təmsil olunanlara məlumdur. Mən hələ ortalıqda mövcud olan söz-söhbətləri demirəm, Azərbaycan kinosuna ayrılan vəsaitrlərin göyə sovrulmasından danışmıram.  Mənə elə gəlir ki, bu məsələ əlaqədar qurumlar tərəfindən araşdırılmalıdır. Halbuki, Hesablama Palatası bütün faktları üzə çıxarmışdı, təkrar yoxlanışa ehtiyac da yox deyil. Heç kəsi ittiham etmək fikrində deyiləm. Bu məsələni şəxsiləşdirmək, fərdiləşdirmək düzgün deyil, ona kompleks yanaşılmalıdır. Ölkənin əsas kinostudiyası iflic vəziyyətə salınıb, bu böyük bir problemdir. Bu da ayrı bir problemdir. Bilmirsən, nə baş verir ki, bura rəhbər təyin edilən şəxslər uzun müddətli işləmək istəmir.  

Bütövlükdə, "Azərbaycanfilm"ə kim rəhbərlik edirsə, hansısa səbəbdən tezliklə vəzifəsini tərk edir. Bu məsələyə aydınlıq gətirilməlidir ki, vəziyyət hər kəsə aydın olsun. Elə kinostudiyanın istefa verən rəhbəri də bu addımı atmasının səbəbini açıqlamalıdır ki, şaiyələrə, söz-söhbətlərə son qoyulsun"-deyə o qeyd etdi. 

X.Rəis bir daha vurğuladı ki, baş verənləri analiz edib nəticəyə gəlmək üçün mütləq mənada Hesablama Palatasının yoxlamasının nəticələri nəzərdən keçirilməlidir, onda hər şey aydın olar.    

Sorğumuza cavab göndərilsə, Mədəniyyət Nazirliyinin də mövqeyini dərc edəcəyik. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ