Cümə axşamı günü, 13 avqust 2026
     

Yazıçının "Trolların sirri"nin izi ilə Norveçə səfəri... - FOTO

Image


(Gülzar İbrahimova ilə söhbətdən hazırlanıb)

Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində  Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbi açılıb. Məktəbin açılmasında məqsəd Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili öyrətmək və ana dilinin unudulmamasına çalışmaqdır. Bunun üçün Azərbaycan məktəbi müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Azərbaycandakı uşaq yazıçıları ilə uşaqlar arasında görüşlərin keçirilməsidir. 

Növbəti onlayn görüşlərdən birində  məktəb uşaqları yazıçı Gülzar İbrahimova ilə görüşüblər. Yazıçı şagirdlərin mütaliəyə böyük həvəslərini hiss edir və  oxucularına söz verir ki, onlara Norveç nağıl qəhrəmanlarından nağıl yazacaq. Bir gün verdiyi sözə əməl edir, onlara Trollara aid "Trolların sirri" nağıl yazır. Əsasən yeniyetmələrə aid olan nağıl, yüz səhifədən çox alınır.  Nağıl kitab şəklində nəşr etdirilib Oslodakı Azərbaycan məktəbinin şagirdlərinə göndərilir. "Trolların sirri"ni çox xoşlayan uşaqlar Gülzar İbrahimovanı yaxından, canlı görmək istəklərini bildiriblər. 

Eyni vaxtda Gülzar İbrahimovanın sözlərinə yazılmış "Ana dili" (bəstəkar Elşən Nicat) mahnısını da müəllim heyəti çox bəyənir, onu şagirdlərinə öyrədir. 

Oslodakı Azərbaycan Məktəbinin şagirdlərinin arzusunu nəzər alaraq Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə qonaq dəvət edir.

Yazıçı böyük sevinclə görüşə hazırlaşır. O yolunu gözləyən balaca balaları da unutmayıb, onlar üçün "Norveç qoğal"ını Azərbaycan dilinə tərcümə edir. Rəssam Mərziyə Tağıyeva böyük sevgi ilə nağıla maraqlı illüstrasiyalar çəkir. Norveç nağılından kitab nəşr edilir, Norveçdəki balalara hədiyyə aparılır.

Yazıçı Gülzar İbrahimova ilə   aparılan müsahibədən məlum oldu ki, yazıçı Norveç görüşlərindən çox razı qalıb. Bir həftə ərzində Oslodakı Azərbaycan dili məktəbində həm şagirdlərlə, həm də kiçik yaşlı uşaqlarla silsilə görüşlər keçirilib. 

Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbində baş tutub. Burda həm kiçik yaşlı uşaqlar, həm də məktəblilər iştirak edib. Uşaqlar yazıçıya onları maraqlandıran suallarını veriblər. Nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə veriblər. Nağılçı onlara təzə nağıllarından danışıb. Xatirə şəkilləri çəkilib.

Əsas görüş isə may ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında baş tutub. Keçirilən görüşlər ayrı-ayrı yaş qruplarına bölünüb. Yazıçı oxucularını yeni yaradıcılığı ilə tanış edib. Onların istək-azularını öyrənib ki, yeni əsərlərində nəzərə alsın. 

Məktəbin adını daşıdığı N.Gəncəvinin həyat və yaradıcılığından da bəhs edib. "Nizami Gəncəvi nəyə görə türk dilində yox, fars və ərəb dillərində yazırmış", mövzusunda apardığı araşdırma da yeniyetmələrin marağına səbəb olub.  

Bütün uşaqlar üstündə nağıl personajları çəkilmiş xüsus geyimlərdə tədbirə qatılıblar.  Norveçdə yaşayan azərbaycanlı yeniyetmə Səlim əvvəldən iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmini çəkib. Tədbirdə çıxış edərkən o bildirib ki, o bunu sevə-sevə, yorulmadan edib. Səlim sevdiyi yazıçıya üstündə vikkinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu  sandıq da hədiyyə verib.

Görüşün sonunda yazıçı hər uşağa təzə kitablarından hədiyyə edib. Onlar da öz tərəflərindən sevdikləri  yazıçıya xatirə hədiyyələri təqdim ediblər. Tədbir xoş təəsüratlarla sona çatıb. 

Gülzar İbrahimova ilə növbəti görüş Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirilib. 
 /The International Museum of Children's Art/ 

1986-cı ildən fəaliyyət göstərən Muzeydə 185-dən çox ölkədən 2-18 yaşlı uşaq və gənclərin yaratdığı sənət kolleksiyaları var. (Həmçinin burda azərbaycanlı uşaqların da əl işləri var). Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu öndərimiz H.Əliyev də bir vaxt bu muzeydə olub. 
Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və yaymaqdır.

Muzeydə sərgilənən işlərə baxmaqdan başqa burda uşaqlar öz əl işlərini də düzəltməyə imkan var. Adı uşaq muzeyi olsa da, bura uşaqlardan başqa yeniyetmələr, gənclər və hətta ahıl yaşda insanlar da gəlib əl işləri ilə gözəllik yaradaraq vaxtlarını maraqlı keçirirlər.  

Muzeydə uşaqların çəkdikləri rəsmlər uşaq fantaziyasının nə qədər güclü olduğunu göstərir. Muzeyin hazırkı rəhbəri  Alla Qordina Yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş nağıl saatı uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqlar tərəfindən düzəldilmiş bütün əl işləri yazıçıya hədiyyə edildi. 

Gülzar İbrahimovanın Bakıya qayıtma saatını öyrənmiş oxucular onu yola salmağı da özlərinə borc biliblər. 

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 11:50
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:26
Samuxda kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanaya yerləşdirildi

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ