çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

"Kədər tablosunda sevinc işığı"- Hüseyn İsaoğlu (Məmmədov)

Image


Bir insan və şəxsiyyət, AYB-nin və AJB-nin üzvü, özü kimi əməli də bütöv olan, təvazökar və aristokrat xasiyyəti ilə seçilən Hüseyn İsaoğlu (Məmmədov) ilə tanışlığımızdan çox vaxt ötməyib. Çörək kəsmişik, ədəbi mülahizələr söyləmişik, bizi bürüyən çətinliklərdən söz açmışıq. Qısası, fikirlərimizin üst-üstə düşməsi bizi dostluqda daha da möhkəmləndirib.

Aprel ayı idi. "Azərbaycan" Nəşriyyatının 2-ci mərtəbəsinə qalxan kimi ilk növbədə "Bütöv Azərbaycan" qəzetinin redaksiyasının qapısını döyüb içəri keçdim. Təzə dəmlənmiş kəkotu çayının ətri məni bihuş etdi. Hüseyn müəllim təcrübəli jurnalist, yazıçı-publisist Sabir Hüseynovla yanaşı əyləşmişdi. Onlarla görüşüb hal-əhval tutdum. Söhbətimiz müxtəlif sahələrə yönəlsə də daha çox kitab və yazıçı məsələsinin üzərində gəzişirdi. Mən bir qədər kitaba və yazılara fərqli yanaşaraq dedim:

- Düşünürəm ki, kitabın kəşfi bəşəriyyətin, insanın ən kamil kəşfidir. Necə ki, riyaziyyatda, kimyada, fizikada, mikrobiologiyada, təbabətdə zaman ötdükcə belə əvəzolunmaz kəşflər edilir. Məncə, bu kəşflər içərisində kitabın özünəməxsus yeri var. Kitab bütöv halda müəllifin əsrlərə, nəsillərə vəsiyyətidir. Ümumən isə, əgər bir xalqı tanımaq istəyirsənsə onun ədəbiyyatını, tarixini, etnoqrafiyyasını, adət-ənənələrini bilməlisən...

Bayaqdan məni sakitcə dinləyən yazıçı-jurnalist dostum Sabir Hüseynov sanki kitab barədə fikirlərimin davamı olaraq dedi:

- Kitaba, yeniliklərdən xəbər tutmağa gəncliyimizdə necə həvəs göstərirdik. Ürəyimdən keçirdi ki, görəsən, mən də kitab yaza bilərəm? Yazıçılara möcüzəli sənət adamları kimi baxırdıq. On illər ötdü, yeni texnologiyalar, ritual aləm kitabı əvəz edə bilmədi. Necə ki, yüz illərdir xarici ölkələrdə qəzet, kitab və s. dərgilər nəşr olunur, kitab yenə də qiymətini, məna yükünü itirmir, indi də elədir...

Hüseyn İsaoğlu da söhbətə qoşularaq dedi:

- Dediklərinizlə həmfikirəm. Həyatda nəyə nail olmuşuqsa kitaba borcluyuq. Kitab rəfləri bəzəmək üçün deyil, onun tozunu silib oxumaq lazımdır. Gərək hamı vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən, varlı-kasıb olmasından asılı olmayaraq kitab oxusun. Gündəlik həyat tərzimizə çevrilmiş kitab sabaha, gələcəyə, tərəqqiyyə açardır...

- Hə, dostum, - dedim. Peşəkarların kitabları əsrlərlə yaşamalıdır. Kitab yaddaşdır, elm və tarixdir, mədəniyyətdir, etika və estetikadır, bəşəri sevgidir, məntiqdir, fəlsəfədir, ədəbi dünyadır, dilimizin inkişafı, cəmiyyətdə baş verən qanunauyğunluqları öyrədən elmdir, siyasi baxışdır. Kitab əvəzi olmayan vasitədir, o, puldan da qiymətlidir. Satış qiyməti ucuz olsa da, ariflər üçün çox bahadır... Mən çap etdirdiyim "Hər yazılan kitabdırmı?" adlı məqaləmdə kitabın mahiyyətinə, onun indiki durumuna toxunmuşam. Bəli, bu qeydlərim dünyanın dərki mövzusunda bizə bilgi verən kitab və onun sahibləri barədə idi.

Məlumat üçün deyim ki, yeni doğulan kitabların zəhmətkeş müəlliflərindən biri də Hüseyn İsaoğludur. Hüseyn müəllim Gədəbəyin Hacılar kəndində dünyanı tanıyıb. Təhsil aldıqdan sonra orada müəllimlik edib. 2012-ci ildən isə "Bütöv Azərbaycan" qəzetində şöbə müdiri işləyir. İstedadlı qələm ustası, peşəkar jurnalist Tamxıl Ziyəddinoğlu redaktoru olduğu qəzetdə Hüseyn İsaoğlu ilə çiyin-çiyinə işləməkdən, qəzetin yükünü birgə daşımaqdan məmnunluq duyur.

Söz vaxtı yüyrək olar, deyiblər. Söhbətimizin sonunda Hüseyn müəllim təbəssümlə mənə qara cildli bir kitab uzatdı:

- Bu da sənə kiçik hədiyyəm, - dedi. - Vaxtın olanda oxuyarsan. İrad və təkliflərini, tənqidi qeydlərini bildirərsən.

Kitabı ondan aldım, məmnunluq ifadə etdim. Axı, bizim dəyərli sözə, sözün gücünü, qiymətini bilənlərə həmişə ehtiyacımız var... Həmin an Hüseyn müəllim yəqin ki, hansı hisslər keçirdiyimin fərqinə vardı...

"Anam yuxuma gəlmişdi". Hüseyn müəllim yeni kitabına belə ad qoymuşdu. "İmza" Nəşrlər Evi həmin kitabı yüksək səviyyədə nəşr edib oxucuların ixtiyarına vermişdi. Qeyd üçün deyim ki, müasir dövrdə kitabın məzmunu ilə yanaşı tərtibatı, xüsusən, üz qabığı da oxucuya estetik zövq verməlidir. Həmin kitab "Kədər tablosunda sevinc işığı" adlı povestlə açılır. Bu əsər barədə 2023-cü ilin martında "Kredo" qəzetində "Söz taxtında mülk sahibi" adlı məqalə çap etdirmişdim. O məqaləm də adıçəkilən kitabda yer alıb. Nəşrdə həmçinin, Hüseyn İsaoğlunun müxtəlif janrlı məqalələri, hakayələri oxucuya təqdim edilib.

"Kədər tablosunda sevinc işığı" adı çox uğurlu seçimdir. Hüseyn müəllim əsərin qəhrəmanı Vəfanın səsini eşitmiş, duyğularını hiss etmişdir. Vəfanın ətrafında baş vermiş hadisələrin kədəri, dramatikliyi, həssas insan qəlbinin çəkdiyi iztirablar və bir insan taleyinin kədərdən sonrakı aqibəti povestin əsas leytmotivini təşkil edir. Deməli, Vəfa kiçik yaşlarında ikən bir qəza baş verir. O, hər iki ayağını itirir. Sonra yaxşı insanlar onu ümidsizliyin əlindən alır, tale Vəfanın üzünə gülür, böyüyüb, ayaqda qalır, ali təhsil alır, ailə həyatı qurur. Hər bir çətinlikdən, ağrı-acıdan mətanətlə çıxır, Tanrı onu səadətə qovuşdurur. Türkiyədə yaşayır, özünü tənhalıqdan qurtarır, adamların sevgisini qazanır.

Fəlsəfə doktoru, alim-tədqiqatçı Şakir Əlifoğlu adını çəkdiyimiz kitabda "Mərdliyə və mübarizəyə səsləyən əsər" adlı məqaləsində yazır: "Hüseyn İsaoğlu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: "Kədər tablosu"ndakı "Sevinc işığının" nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonunda təqdim edib. Tibb bacısı Mariya xanımın, ağır xəstə olanda Vəfaya verdiyi tövsiyə ona əslində "Sevinc işığı"nın yolunu göstərib... Bu tövsiyə sonrakı illərdə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur...

"Anam yuxuma gəlmişdi..." kitabının 111-ci səhifəsində dərc olunmuş hekayə duyğularımı tərpətdi. Hekayənin əvvəlində paytaxtdan xeyli aralıda yaşayan ağbirçək ananın son durumu haqqında oğluna telefonla xəbər verilir. Bundan sonra anasını son dəfə görmək ümidi ilə yola çıxan oğulun ürəyi titrəyir, gözlərindən yaş gilələnir. Son anda ana lal baxışları ilə oğlunu süzür, ruhu uzaqlara uçur...

Əzablar içində ürəyi döyünən oğulun gözləri önündən analı günləri kino lenti kimi ötüb keçir, dünyanın etibarsızlığından gileylənir, gücü göz yaşlarına çatır, kədərlənir, anaya möhtac olduğunu hiss edir. Heyhat, alın yazısından qaçmaq olmur...

Hekayə psixoloji sonluqla bitir: oğul anasını yuxuda görür. Yuxuda anasının qeybə çəkilməsi, oğulun nigarançılığı, anaya əlinin çatmaması hekayənin ən kəsərli ədəbi notlarıdır.

Yazının əvvəlində kitabdan, onun insan həyatına təsir gücündən söz açmışdım. Əlbəttə, tanınmış yazıçı Hüseyn İsaoğlunun qələmindən süzülüb çıxan, oxucunun ixtiyarına verilən "Anam yuxuma gəlmişdi" kitabı da maraqlıdır, oxunaqlıdır, oxucuya ibrətamiz duyğular bəxş edir, onu yaşamağa sövq edir. Hüseyn müəllimə uğurlar diləmək arzusu ilə...

İdris Şükürlü,

Əməkdar jurnalist




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ