çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Naxçıvanda tarixi abidələrin bərpasına başdansovdu münasibət açılır...

Image


Faiq İsmayılov: "Təəssüflər olsun ki, bu tarixi abidənin bərpası zamanı ciddi nöqsanlara yol verilib və bu sonda hazırkı vəziyyətin yaranmasına səbəb olub"

Azərbaycanda abidələrin bərpasında bir sıra hallarda ciddi nöqsanlara yol verildiyini dəfələrlə ekspertlərin dilindən eşitmişik. Təəssüflər olsun ki, çox zaman bu prosesə bərpaçı mütəxəssislər, qruplar cəlb edilmədiyi üçün dövlət vəsiti hesabına bərpa olunan abidələrin əksəriyyətində ciddi problemlər müşahidə edilir.

Bir sözlə, Azərbaycanda belə başdansovdu bərpa edilən abidələr az deyil. Azərbaycan dövlətinin bir parçası olan Naxçıvanda da, Azərbaycanın başqa yerlərində də abidələrin bərpasına başdansovdu yanaşma özünü göstərir. Çünki tarixi abidələrin bərpasında bir çox qaydalar gözlənilmir, lazımı materiallardan istifadə edilmir və sair. Şübhəsiz ki, keçmişdə əlaqədar nazirliklərə rəhbərlik edənlərin zamanında  çox vaxt abidələrin bərpası peşəkarlara yox, öz yaxınlarına məxsus şirkətlərə verilib, yəni tenderdə onları qalib ediblər, nəticədə isə ortaya acınacaqlı mənzərə çıxıb. 

Mətbuatda yayılan məlumata görə, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın ön divarlarından birinin uçmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına görə, hadisədən dərhal sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qala divarının uçması ilə bağlı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib:

"Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzi binaları uğursuz restavrasiya zamanı sökülüb, köhnə torpaq divarlarına metal tor çəkilərək təbii sal daşı və sement əsaslı tikinti materialları ilə üzlənib. Restavrasiya zamanı yol verilən ciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir.

Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.

Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib".

Onu da vurğulayaq ki, Talıbovun dövründə Naxçıvan abidələrinin bərpası zamanı ciddi qüsurlara yol verildiyi barədə çox danışılır. Naxçıvan Xan Sarayının, Gülüstan türbəsinin və başqa abidələrin bərpasında müasir materiallardan istifadə edildiyi, hətta bir çox köhnə abidələrin "yevroremont" edildiyi barədə fikirlər var. Azərbaycanın digər yerlərində də bərpa adı altında tarixi abidə və binaları "yevroremont" ediblər. Bu da acı gerçəklikdir. Təbii, "Naxçıvanqala"da baş verənlər digər abidələrin timsalında da yaşana bilər. 

"Nəinki Naxçıvanda, eləcə də digər ərazilərimizdə abidələr olduqca keyfiyyətsiz bərpa olunur" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Naxçıvanqala"nın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən qalanın ön divarlarından birinin uçması çox narahatedici məqamdır. "Təəssüflər olsun ki, bu tarixi abidənin bərpası zamanı ciddi nöqsanlara yol verilib və bu sonda hazırkı vəziyyətin yaranmasına səbəb olub. Bu abidənin o şəkildə "bərpa" edilməsi tamamilə bərpa qaydaları ilə ziddiyyət təşkil edir. Ona görə ki, bərpa yeni kosmetik düzəlişlərlə binanı gözəlləşdirmək deyil, bərpa var olan memarlıq tikintisini, quramasını olduğu kimi restavrasiya edib insanlara çatdırmaqdır. O qalanın üst divarları mərmər, yaxud da başqa daşlarla üzlənib. Bu yolverilməzdir. Abidələrin bərpasında bu cür hallar qəbuledilən deyil. Bizim bədbəxtliyimiz odur ki, Azərbaycanda abidələrin bərpası ilə məşğul olan kadrları yetişdirən məktəblər, hətta peşə təhsili belə yoxdur. Bu baxımdan, biz abidələrin bərpasında çox əziyyət çəkirik. Nəinki Naxçıvanda, eləcə də digər ərazilərimizdə abidələr olduqca keyfiyyətsiz bərpa olunur və abidələrin bərpası zamanı müəyyən nüanslar unudulur. Məsələn, hansısa bir abidənin bərpası gündəmdədirsə, yaxud plana salınıbsa, bu abidələr bərpa olunasdırsa onun mühafizə sahəsində əvvəlcə arxeoloji qazıntılar aparılmalıdır. Burada Milli Elmlər Akademiyasının uyğun elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət qrup tərəfindən tədqiqatlar, analizlər aparılmalıdır.  Divarların, qazılan ərazilərin müayinəsi həyata keçirilməlidir və orada hansısa eksonatlar aşkar edilməyibsə həmin ərazidə yaşıllaşdırma işləri aparıla bilər"-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılovun sözlərinə görə, görünür, "Naxçıvanqala"da  divarların bərpası həyata keçirilməyib, sadəcə divarlar keyfiyyətsiz şəkildə üzlənib, altda qalan zədələnmiş hissə isə təbiət hadisələrinə davam gətirə bilməyib uçub. "Ümumilkdə götürdükdə, bizim işğaldan azad edilən ərzilərdəki abidələrin bərpasında da nöqsanlara yol verilir. Məsələn, Şuşa şəhərində Aşağı Gövhər ağa və Yuxarı Gövhərağa,  Saatlı məscidlərinin köhnə şəkillərlə bərpadan sonrakı şəkillərinə baxsanız görərsiz ki, nə qədər rəng çalarlrı dəyişdirilib, nə qədər çox uyğunsuzluqlar var. Bərpa işinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Büdcədən ayrılan vəsait elə istifadə olunmalıdır ki, həm xalqın, həm də mədəniyyətimizin təqdimatında bir amilə çevrilsin. Bu nöqsanlar ondan qaynaqlanır ki, bərpa ərəfəsində ekspert qrupundan istifadə edilmir, işi daha tez başa çatdırmaq üçün bərpanı başdansovdu edirlər. Daha yeni   abidələr bərpa edim, daha çox pul qazanım prinsipi ilə işə yanaşılması bizim həm tariximizi, həm abidələrimizi məhv edir. Azərbaycan dövləti öz ərazilərini necə işğaldan azad etdisə, əminəm ki, tarixinin və mədəniyyətinin qorunmasına da o cür ciddi qayğı göstərəcək, bu cür problemlərin öhdəsindən gələcək. Güman edirəm ki, gələcəkdə bərpaçılar məktəbləri yaradılacaq və və bərpaçılar nəsli yetişdiriləcək. Biz nəyə görə xaricdən bərpaçılar dəvət etməliyik, nə üçün Azərbaycan bərpaçıları qonşu ölkələrdə abidələrin bərpasına dəvət edilməsinlər? Bu baxımdan fikirləşməyə dəyər"-deyə F.İsmayılov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ