çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

8 ildə Aprel döyüşlərinə bir sanballı film çəkilmədi...

Image


Xəyalə Rais: "Bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı üçün  Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur, halbuki, bu barədə film çoxdan çəkilməli idi"

 Müstəqil dövlərçilik tarixində Dörd günlük Aprel döyüşlərinin müstəsna yeri var. Azərbaycan Ordusunun sücaətinin, qəhrəmanlığının, gücünün rəmzinə çevrilən bu döyüşlər barədə bədii ədəbiyyatda, publisistikada, sənədli kinoda kifayət qədər uğurlu nümunələr yaradılsa da, təəssüf ki, kino sahəsində, bədii film formatında hansısa bir örnəyə rast gələ bilmirik. Torpaqlarımızın azadlığına, işğaldan azad edilməsinə gedən yolun başlanğıcı olan Aprel döyüşləri və onun qəhrəmanları sanki kino sahəsinə rəhbərlik edənləri qəti maraqlandırmır. 

Bu il də Aprel döyüşləri haqda bədii film çəkilmədi, yenə də bu Zəfərimizi təbliğ edən filmə rast gəlmədik. 

Bildiyiniz kimi, əvvəlki illərdə İTV-nin sifarişi ilə Aprel döyüşlərindən bəhs edən bir bədii film çəkildi, lakin sonra onu da ekrana buraxmadılar. Səbəb kimi onu göstərdilər ki, çəkilən film Aprel döyüşlərini tam ifadə etmir. Bu gün bizim Aprel döyüşləri ilə bağlı  möhtəşəm bir bədii filmə ehtiyacımız var. Xalq olaraq, bizə Zəfər bəxş edən bu mühüm hadisəni ekranlarda görmək istəyirik. 

Əslində, məsələyə ciddi yanaşılsaydı indiyə qədər o film çoxdan çəkilərdi, çünki ortada kifayət qədər məlumatlar, faktlar, real qələbə var. Ümumikdə yanaşsaq, heç Birinci Qarabağ müharibəsi haqda da normal bir filmimiz yoxdur. Acı da olsa deməliyik ki, ermənilər Qarabağ müharibəsi haqda da, Aprel döyüşləri barədə də öz qondarma, mifik düşüncələri əsasında filmlər çəkib dünyaya yayıblar. Filmlə informasiya müharibəsi aparırlar. Bizim isə onların qarşısına çıxaracaq bir filmimiz yoxdur ki, onun vasitəsilə ermənilərin çəkdikləri filmlərin saxtakarlıqdan başqa bir şey olmadığını ortaya qoyaq. Danışmaqla, yazmaqla heç nə edə bilmərik, ortaya film qoymalıyıq ki, biz ermənilərin təqdim etdiyi kimi deyilik. Başqa bir tərəfdən, Aprel döyüşlərində Azərbaycan igidlərinin göstərdikləri şücaəti, ordumuzun əzəmətini dünya niyə görməli deyil? Görməlidir, gerçəkliyi dərk etməlidir.

44 günlük Vətən müharibəsindən sonra Mədəniyyət Nazirliyi elan etdi ki, qardaş Türkiyə şiurkətlərindən biri ilə Zəfər tariximizlə bağlı serial çəkilir, amma sonda ortaya heç bir nəticə çıxmadı. 

Zəfər tariximiz haqda film çəkməyə pul tapmaq o qədərmi çətindir? 

Məsələ burasındadır ki, kinoya ayrılan vəsaitin özü məişət mövzusunda filmlərə xərclənir, bir dənə də olsun ideoloji, mənəvi yükü olan filmə rast gəlmirik. 

Biz qalib dövlətik, qalib xalqıq, Müzəffər Orduya sahibik. Şəhidlərimizin, qazilərimizin, Ordumuzun haqqını özlərinə qaytarmalıyıq. Gəlin, qardaş Türkiyəyə baxaq, o ölkədə Türkiyə ordusunun, əsgərinin, zabitinin qəhrəmanlığını, gücünü ifadə edən nə qədər filmlər, seriallar çəkilib, adam baxmaqdan doymur, az qala təkrar-təkrar baxırsan. 

Öz özünə sual verirsən ki, bəyəm bizim ordumuz belə filmləri haqq etmirmi? Niyə kinoya rəhbərlik edən qurumlardan səs çıxmır? Niyə Mədəniyyət Nazirliyi bu barədə bir iş görmür? Bu suallar uzun müddətdir ki, cavabsızdır, açıqdır. 

Aprel döyüşləri ilə bağlı bədii filmin, yaxud filmlərin hansı səbəbdən çəkilmədiyini öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Nazirlik sorğumuza cavab verən kimi, onu təqdim edəcəyik.

Görək bu barədə ekspert nə düşünür? 

"İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film..."

Sənətşünas, Moderator.az saytının baş redaktoru  Xəyalə Rais "Bakı-Xəbər"ə şərhində təəssüflə bildirdi ki, Aprel döyüşləri barədə hələ bir filmimiz yoxdur. "Film bir ölkənin dünya arenasında mədəniyyətini, tarixini, siyasətini göstərmək üçün ən gözəl  vasitədir. Azərbaycanın tarixən də, indi də çox istedadlı rejissorları, aktyorları olub və var. Ancaq di gəl ki, onları önə çəkmək, istedadlarından yetəri qədər istifadə etmək bir qədər qəliz məsələyə çevrilib. 

Tarixi filmlərin çəkilməsinə gəlincə isə, müharibə, döyüş səhnələri kifayət qədər büdcə tələb edir. Hər il yeni filmlərin çəkilməsi üçün dövlət tərəfindən büdcə ayrılsa da bu büdcə filmi çəkən rejissora, aktyora, aktrisaya gəlib çatana qədər 10 nəfərdən keçir. Onlardan hər biri bu büdcənin üzərindən öz payını götürəndə, demək olar ki, ortada heç nə qalmır. Elə ortalığa çıxan filmlər kimi. Filmlərdə rol alan aktyorlarla danışanda qeyd edirlər ki, bizə filmdə çəkilməyə geyim belə verilmir. Hər bölümdə öz geyimlərimizlə çəkilirik. Nəyimiz var, onu geyinirik. Halbuki, hesabatda geyimlər üçün də büdcə ayrıldığı vurğulanır. 

Yaxşı film yaxşı sərmayə deməkdir. Bu gün isə filmlərə yalnız dövlət sərmayə ayırır. Özəl şirkət rəhbərləri filmə sərmayə ayırmağı əlavə xərc, daha doğrusu itirilmiş vəsait hesab edirlər. Ondansa bir-iki manıs müğənniciyə dəstək olub onların kliplərini çəkdirib, "Youtube" platformasında ön sıralara çəkməyin onlara daha çox üstünlük bəxş edəcəyini düşünürlər. Hesab edirlər ki, ən azından tarixi filmlərə ayıracaqları böyük büdcələr onlara heç bir şəkildə geri dönüş etməyəcək. 

Onu da qeyd edim ki, film bir siyasətdir. Bizim mədəniyyət adamları isə buna siyasətdən çox iqtisadiyyat kimi baxır, filmə ayrılan büdcədən nə qədər, hansı şəkildə silmək olar deyə.

Məlumat üçünsə deyim ki, ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə də, müharibədən sonra da Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar.

İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu "Accolade Qlobal Film Yarışması"nda əsas mükafata layiq görülüb. 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film "Bahar..." adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film "Accolade Qlobal Film Yarışması"nın "Ən yaxşı şou film" nominasiyasında qalib olub"-deyə bildirən X.Rais vurğuladı ki,  Azərbaycan əleyhinə olan uydurma "Bahar... " filmi həmçinin ABŞ-da "Sərhədsiz Sənədlər" Beynəlxalq Film Festivalında qalib olaraq, "Mükəmməllik Mükafatı"na layiq görülüb, Amerika festivalı "Qlendeyl Beynəlxalq Film Festivalı"nın müsabiqə proqramına daxil edilib. "Çox təəssüf ki, bu gün ermənilər Aprel döyüşləri barədə saxta filmlərlə dünyaya çıxa bilirlər. Əfsuslar olsun ki, bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı  üçün   Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur. Halbuki, bu barədə film çoxdan çəkilməli idi. Hesab edirəm ki, bu məsələyə barmaqarası baxılmamalıdır"-deyə X.Rais bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ