çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Kamalə Abiyevanın şeirləri haqqında - Vaqif Yusifli yazır

Image


Kəmalə Abiyevanın şeirlərini otuz ildir oxuyuram, hər dəfə onun  bir şair kimi irəliləyişinin, yeni, təravətli poetik sözünün şahidi oluram. O, müasir qadın yazarları içərisində öz fərdi deyim tərzi ilə seçilir.

Qadın yazarların əksəriyyətinin mövzuları hamımıza yaxşı tanışdır. (mən müasirlərimizi nəzərdə tuturam): Sevgi – məhəbbət, gözəllik, incə-zərif hislərlə bağlı duyğuları, Ana-Qadın ürəyindən qopub gələn sevincləri, kədərləri, Vətən və təbiət sevgiləri daha çox öz əksini tapır. Amma mövzular,  həyata poetik münasibətlərin fərdiliyini inkar etmir. Kəmalə xanım da öz həmcinsi olan yazarlardan məhz fərdi, özünəməxsus dəst-xətti ilə seçilir. İnsan öz sevgisini (qəlbində atəşlər yandıran əsl sevgisini) necə anlamalıdır, onu şeirdə necə canlandırmalıdır? – burada böyük Füzulinin xatırlamamaq olmur: "İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbassat mən sənin qurbanınam". Amma bu gün insan öz sevgisini belə mübaliğəli şəkildə ifadə edə bilməz. Sadə, səmimi sözlərlə belə deyə bilər:

İlk sevdiyim deyilsən sən,

Sənə qədər nəyi sevdim,

Kimi sevdim, bilmirəm mən.

Bəlkə qışı, qarı sevdim,

Bəlkə də baharı srvdim.

Sənə qədər onu sevdim, bunu sevdim,

Kimisinin gözlərini, kiminin boyunu sevdim

Bəlkə sevdim mən hamıdan çirkinini,

Bəlkə də ən gözəlini?

Amma demə sənə qədər

Sevməmişəm heç birini.

Demə sənə çatanadək bilməmişəm sevgi nədir,

Amma ki, mən səni sevdim.

Hər tikəni, hər parçanı

Gözlərimə, ürəyimə yığdım elə

Səni bütöv sevgim elə.

"Son sevgimsən" adlı bu şeir müasir sevgi poeziyasının xarakterik nümunələrindən biridirmi?  Bu şeirdə bizim klassik poeziyaya məxsus yüksək romantik duyğularla qarşılaşmırıq, amma real və inandırıcı hisslərlə tanış oluruq.

Amma bu sevginin obyekti İnsan deyil, sevgili deyil – Vətəndir.

Niyə yanıldıq? Yox yanılmadıq. Deməli, dünyada Sevgi deyilən bir anlayış təkcə insanların (aşiq və məşuğun) şəxsi münasibətlərinə aid deyil. Sevginin hüdudları və məna dairəsi çox genişdir. Odur ki:

Hər daşını əzizlərəm,

Hər ağrını ovudaram.

Səni bütöv sevəcəyəm ömrüm boyu.

Sən uğruna öləcəyəm,

Sən uğruna yaşadığım varlığımsan –

Səni bütöv sevirəm mən ana Vətən.

İlk sevgilim deyilsən sən –

                     Son sevgimsən

Kəmalə Abıyevanın vətənpərvərlik ruhu ilə aşılanan digər şeirlərində də ("Sən elə azadsan", "Vətən ətri", "Vətən savaşı"), POETİK VƏTƏNİ  görürük.

Mən onun Bakıya həsr etdiyi iki seiri haqqında da xoş söz deyə bilərəm. Bu şeirlərdə Bakı məhz Poetik Bakı kimi nəzərə çarpır. Kımalə xanım məlum şablon təsvirlərdən imtina edir.  Bir şeirdə Bakı Xəzər və Günəş obrazları ilə qiyas olunur.

Səhərlər Xəzərdə güzgülənərək,

Qızılı saçların darayır Günəş.

Şirin yuxusundan Günəş hər səhər

Odlu öpüşlərlə oyadar onu.

Bakım min naz ilə durub deyinər

Onun bəxş etdiyi qızılı donu.

Bədii təsvir vasitələrinin mükəmməl nüunələri ilə qarşılaşırıq bu şeirlərdə. İkinci şeir də Bakıya sevgilərin bir ifadəsi kimi diqqəti cəlb edir:

Hər səhərdə sevgim səni,

Hər gecəylə yaşadım mən.

Dalan-dalan, küçə-küçə

Ürəyimə daşındın sən.

Kəmalə Abıyevanın şeirlərin onun daxili dünyası, mənəvi aləminin çırpıntıları,  bu fonda isə həyat və ömür haqqında düşüncələri əks olunur. Özü də bu şeirlər hisslərin səmimiliyi ilə diqqəti cəlb edir. Sanki onun hisslərinin bütün misralarında SƏMİMİYYƏT adlı bir işıq dolaşır.

O üzünü tanrıya tutub deyir ki: "Tanrı mənim sənə şikayətim var". Səbəb:

Həyat həyat deyil, tilsim olubdur,

Yaxşılar yamana təslim olubdu.

Sevgi də, nifrət də batıb günaha

Haqq da, həqiqət də batıb günaha

Yalanla gerçəyin fərqi bilinmir.

Cavabsız qalıbdı bütün suallar.

Bu səmimi etirafların səsləndiyi "İtirdim", "Xəyanət", "Demədimmki", "Elə darıxdım ki", "Unut" şeirləri də öz poetik səviyyəsinə görə diqqətdən yayınmır. Bu şeirlər içərisində "Elə darıxdım ki" mənim fikrimcə, Darıxmaq anlayışına yeni poetik məna verir. "Elə darıxdım ki, bu yer üzündə Buludlara dönüb çəkildim göyə. Göydə də  sığmadım sərildim yerə bəlkəı bir damcımı tapasan deyə".

Bu misralar : "Elə darıxdım ki, mən bu şəhərdə bir küçə, bir qapı olmaq istədim".

Kəmalə Abiyeva lirik şairdir – bəlkə də, bu fikir bir qədər bəsit səslənə bilər. Çünki haqqında söz aşdığım şeirlər sırf lirika üstə köklənib. Amma bu lirik şeirlərin hamısında bir kimsənin təkrar edə bilməyəcəyi çalarlar var – bu lirikada hisslərin, duyğuların çoxşaxəliliyi ilə rastlaşırıq. Məsələn, "Demədimmi" şeirində vaxt və ayrılıq məfhumları müxtəlif təbiət hadisələri çevrəsində bir-birilə uzlaşır. Yaxud "unut" şeiri dərdin, kədərin, ağrının bir ürəkdə necə cövlan etdiyini poeziyanın kədər vadisinə çəkib aparır.

 Boynu bükük bir atanın

Gözlərindən cığır açan

Bir ananın saçlarında

Dən-dən olan

Dərd gördünmü?

O saçlarda dolandınmı?

Sən kədəri gördünmü heç?

Kədər vətən yarasıdı,

Kədər torpaq ağrısıdı.

Lirika üstə köklənən şair mütləq mahnıya doğru səmt almalı, qəlbindən süzülüb gələn bu lirik hissləri musiqiyə çevirməlidir. Kəmalə xamı neçə gözəl mahnıların söz müəllifidir – bəstəçilər  onun şeirlərinə biganə qalmamışılar. Baxın, onun "Məktəb illəri" şeiri illərdən bəridir ki, gözəl müğəni Lalə Məmmədovanın ifasında səslənir. "Özün günahkarsan", "Yağış yağır bu şəhərə", "Bu dünyanı nağıl bilək", "Bu sevgi", "Can Azərbaycan" şeirləri gözəl mahnılara çevrilib.

Mən bu yazıda Kəmalə Abiyevanın bütün şeirlərindən deyil, yalnız "Azərbaycan" jurnalında və "Ədalət" qəzetində dərc olunan şeirlərindən söz açdım. Ancaq bir şairi tanımaq və sevmək üçün onun bütün yaradıcılığına müraciət etmək o qədər də vacib deyil. Ən vacibi odur ki, Kəmalə Abiyeva bu gün qadın yazarların içində seçilən fərqlənən istedadlı bir ŞAİRDİR.

Vaqif Yusifli



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ