çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycan alimləri Nizami Gəncəviyə həsr olunmuş Urmiyyə konfransına görə İrana etiraz məktubu göndəriblər

Image


"İran mətbuatında verilən məlumatlardan konfrans iştirakçılarının məkrli niyyətləri açıq-aydın görünməkdədir"

"Yazıqlar olsun, bu gün dil problemini siyasiləşdirən, "fars dilində yazıbsa, mənimdir",- deyərək milli təfriqə salmağa can atan aciz  oyunçulara!"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq  şöbəsində AMEA-nın müxbir üzvü, görkəmli Nizamişünas Nüşabə Araslının rəhbərliyi və  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş Urmiya konfransına etiraz məktubu hazırlanıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq  şöbəsindən baki-xeber.com-a verilən məlumata görə, N.Gəncəvi ilə bağlı İranda belə bir konfransın keçirilməsi Azərbaycan Nizamişünaslarının,  ədəbiyyatşünaslarının, ziyalılarının narazılığına səbəb olub. 

Sözügedən etiraz məktubunda bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları və Nizamişünaslıq şöbəsinin bütün elmi heyəti 2024-cü ilin fevral ayının sonunda İran İslam Respublikasının Urmiya  Universitetində "İranın hikmət xəzinəsi - Nizami" adı altında keçirilən üzdəniraq  konfransa qarşı öz açıq  etirazlarını bildirirlər.  "Konfransın  təşkilatçı qurumları olan  İranın Qərbi Azərbaycan  üzrə Mədəniyyət İdarəsi  və Urmiya Universiteti heç bir elmi əsası olmadan Nizami Gəncəvini mənsub olduğu Azərbaycan torpağından, şairin doğulduğu Gəncə şəhərindən ayıraraq, süni şəkildə İrana bağlamağa çəhd  ediblər. Həmin qurumlar elmi etikaya əməl etmədən, Azərbaycan və İran xalqları arasında əsrlərlə mövcud olan siyasi-ictimai və elmi-ədəbi əlaqələri nəzərə almamış və dostluq və qonşuluq münasibətlərinə bilərəkdən xələl gətirmişlər. 

Təşkitatçılar XII əsrdən başlayaraq, əsrlər boyunca təxəllüsü və nisbəsi dünyada  - Nizami Gəncəvi- olaraq tanınan məşhur Azərbaycan şairinin haqqını pozmuş və bununla da  Beynəlxalq müəlliflik hüququnun qorunması qanunlarına zidd hərəkət etmişlər.

Nizami Gəncəvi əsərlərində həm öz adını, həm də doğulduğu qədim Azərbaycan şəhəri olan Gəncənin adını əbədi yaşatmışdır və nəslini-nəcabətini Gəncədən ayrı təsəvvür etməmişdir. Orta əsrlər boyu Nizami Gəncəvinin "Xəmsə" mövzularını davam etdirən tanınmış Şərq müəllifləri də onu "Gəncəli ustad", "Gəncə xəzinadarı"və "Gəncənin söz sehrkarı" adlandırmışlar"-deyə etiraz məktubunda qeydolunur. 

Məktubda qeyd olunana görə, tədqiqatlar sübut etmişdir ki, Nizami Gəncəvi ömrü boyu Gəncədə yaşamış, onun atası Yusif, babası Zəki Müəyyəddin də Gəncədə doğulub fəaliyyət göstərmişlər: "Hazırda da Gəncə şəhərində Nizami Gəncəvinin nəslinə mənsub olan mülklər və başqa tikililər vardır. Nizami Gəncəvinin özünün və onun atasının, anasının qəbirləri də Gəncə şəhərindədir.

İran mətbuatında verilən məlumatlardan konfrans iştirakçılarının məkrli niyyətləri açıq-aydın görünməkdədir. Məsələn, İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru deyib: Nizami Gəncəvi İran mədəniyyətinə aiddir və İran milli kimliyinin dirçəldilməsinə xüsusi diqqət yetirilməlidir. Sual olunur: İran özünün fars milli kimliyini Ənvəri, Gürgani, Firdovsi, Sənai, Sədi, Hafiz kimi onlarla dünyaşöhrətli şairlərilə dirçəldə bilmirmi? Bunun üçün Azərbaycan türkü olan və Türk milli kimliyini dünyaya car çəkən Nizami Gəncəvinin mənşəyini süni şəkildə təhrif etməkmi lazımdır? Əgər onlar  dil faktorunu əsas gətirirlərsə, XI əsrdən başlayaraq hind, əfqan, özbək və türk şairləri də öz əsərlərini dünyaya yaymaq məqsədilə həmin dövrün ədəbi ənənəsinə uyğun olaraq saray dili olan fars-dəri dilində yazmışlar. Bu o demək deyildir ki, Nizami Gəncəvi türkcə əsərlər yazmamışdır. Nizami Gəncəvinin, onun müasirlərinin və ardıcıllarının doğma ana dilində yazdıqları şeirlər məqsədli şəkildə gizlədilmiş və ya məhv edilmişdir. Dahi Nizami Gəncəvi türk dilində əsərlər yazdığını açıq-aşkar bəyan edərək yazmışdır:

Torkiyəm ra dər in həbəş nə xərənd

Lacərəm, doğba-ye xoş nə xorənd

(Mənim türkcəmi bu Həbəşdə almırlar, təəssüf ki,  xoş dovğanı yemirlər).

Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasında  Şirvanşah hökmdarı Axsitana verdiyi kəskin cavab da onun türkcə əsərlər yazdığını aydın şəkildə nümayiş etdirir. Şərqin müxtəlif ölkələrinin kitabxanalarında Nizami Gəncəviyə aid olan türkcə şeirlər vardır. Azərbaycan alimləri artıq bu qəbildən olan qiymətli əlyazmaları əldə ediblər.

İran rəsmilərindən və elm adamlarından fərqli olaraq, görün, orta əsrlərdə türk hökmdarları necə bir yüksək bəşəri dünyagörüşlü şəxsiyyətlər olmuşlar ki, onlar başçılıq etdikləri ərazilərdə dil siyasəti aparmamışlar. Türk Samanoğullarının dövründə Rudəkinin fars dilində yazdığı poeziyanın  gözəlliyini sonrakı hökmdarlar əsrlərlə qorumuşlar.  Onlar  xəyallarına belə gətirməmişlər ki, zaman gələcək, fars dilli poeziya siyasət oyunçularının əlində süni bir alətə çevriləcəkdir. Yazıqlar olsun, bu gün dil problemini siyasiləşdirən, "fars dilində yazıbsa, mənimdir",- deyərək milli təfriqə salmağa can atan aciz  oyunçulara! Orta əsrlərdə Avropada yaşayıb – yaradan çoxsaylı şairlərin və yazıçıların əsərlərini latın dilində yazmaları, yaxud keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaları təmsil edən müxtəlif millətlərə mənsub olan sənətkarların bədii əsərlərini rus dilində yazmaları heç bir əsas vermir ki, onların milli kimliyi danılsın.

İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru Əlirza Novruzinin konfransın bağlanışında "Nizami  Gəncəvi İran mədəniyyətinə aiddir və biz qayğı göstərməsək, mədəniyyətimiz əlimizdən alınacaq" - söyləməsi  hiddət və təəccüb doğurur. Ona üzümüzü tutub deyirik: "Nizami Gəncəvi də, onun doğma Gəncə şəhəri də Azərbaycanın göz bəbəyidir". Artıq bütün dünya yaxşı bilir ki, Nizami Gəncəvi böyük Azərbaycan şairidir.

Ona görə də süni şəkildə Nizami Gəncəvinin milli kimliyi haqqında yanlış məlumatlar yaymaq İran İslam Respublikası ilə aramızda mövcud olan çoxəsrlik elmi-ədəbi və mədəni əlaqələrimizə zərbə vurmaqdan başqa bir şey deyildir".

Etiraz məktubunu AMEA-nın müxbir üzvü,  Nüşabə Araslı, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru Fəridə Əzizova, filologiya elmləri  doktoru Ataəmi Mirzəyev, filologiya elmləri  doktoru Almaz Binnətova, filologiya elmləri  doktoru Xuraman Hümmətova, filologiya elmləri doktoru Ülkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasani, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Teer, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülçin Babayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Leyli Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, elmi işçi Hürnisə Bəşirova, elmi işçi Samirə Əliyeva, elmi işçi Məsumə Nuriyeva və elmi işçi Lalə Paşayeva imzalayıblar. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ