çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Müdrikliyin təntənəli bayramı

Image


Biz – Xaqani Qayıblının övladları olaraq, düşünürük ki, atamızın 60 illik yubileyini sadəcə bir insanın həyatındakı rəqəmlərin qalaqlanmış yuvarlaq sayısı kimi deyil, daha geniş anlamda, müdrikliyin və eyni zamanda, ömrün hər gününü ilham çırağına çevirən saysız-hesabsız xoş xatirələrin bayramı kimi təntənəli qeyd etmək lazımdır. 

Özümüzü bildiyimiz, kimliyimizi tanıdığımız gündən etibarən, illərdir atamızın hər kəlməsinin, hər yazısının insanın daxili dünyasının mürəkkəbliklərini – sevinc və ağrı çalarlarını əks etdirən ruhun güzgüsü olduğunu dərk etmişik. Təbii ki, bu bizim üçün çox önəmli və yaddaqalan bu məqamdır. Eyni zamanda, inanırıq ki, atamızın şeirləri onu şəxsən tanımayan oxucuların da qəlbinə və idrakına müsbət təsir edərək, onlarda yaşantısı insana doyumsuz həzz verən bəşəri duyğular oyatmışdır.

Övladları olaraq, atamızın yaradıcılığında və ümumən həyatda qazandığı uğurları və bizə  ötürdüyü böyük mənəvi miras haqqında az da olsa bəzi məqamları yada salmaq istərdik. Atamızın 14 yaşında Qaraçöpdən – ailəsindən ayrılaraq, təhsil almaq üçün evini tərk etməsini, onun sonsuzluğa doğru yön alan səyahətinin və daimi dinamik hərəkətlə xarakterizə oluna biləcək həyatının başlanğıcı hesab etmək olar. Biz atamızı, poetik kompaslı dünya səyyahı kimi görürük. Bunun bir adı da Dərvişlik olsa gərək. Hər davranışında, hər danışığında mənsub olduğu millətin və cəmiyyətin dəyərlərini virtual və yaxud real ortamda bulunduğu məkanlarda cənfəşanlıqla, yorulmadan təbliğ edən Xaqani Qayıblı, sözün əsl mənasında bir Dərviş ömrü yaşayıb desək, zənnimizcə, çox da ifrata varmış olmarıq. Ayrıca, inanırıq ki, dünyanın dörd bir tərəfində vətən həsrətiylə yaşayan, xüsusilə, milli özünüdərkə ehtiyacı olan soydaşlarımız, atamızın şeirlərindən yaxşı mənada təsirləniblər. Ona da inanırıq ki, qürbətdə yaşayan soydaşlarımız onun misralarının rəngarəngliyində ana dilimizin zənginliyini duyub, dədə-baba yurdlarımızın müqəddəsliyini anlayıblar. Atamızın uşaqlığımızdan dilimizin əzbəri olan bu kiçik şeiri, içimizdə Böyük Vətən məhəbbətinə çevrilib:


güc almaq üçün

dizimi söykəməyə,

lap belə son anda 

rahatca uyumaq üçün 

üzümü söykəməyə

bir qarış, 

bir əlçim yer tapılmadı

bu vətənin içində...

mən qürbətdə yaşadım

vətən mənim içimdə!


Atamızın şəxsiyyəti müxtəlif mədəniyyətlərin zəngin qobelenini (dekorativ təsviri sənətin əllə toxunmuş bir növü, konkret süjetli birtərəfli xalça) xatırladır. O, coğrafi və mədəni boşluqları öz tolerantlığı ilə aradan qaldıraraq, müxtəlif mənşəli insanlarla asanlıqla əlaqə qurmağı hər zaman bacarıb. Bu davranış üzdə "kosmopolit dünyagörüşü"nü  əks etdirsə də, əslində, atamızın milli köklərə dərin bağlılığından qaynaqlandığına əminik və bu yönüylə bizə – öz övladlarına insanların müxtəlifliyindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, hər kəslə münasibət qura bilmənin vacibliyini dərk etməyi öyrədib.

Atamız bizim üçün sanki mədəniyyətlər arasındaki canlı bir körpüdür. Bunun bariz nümunəsi onun bədii yaradıcılığı ilə yanaşı, Azərbaycan diasporunun inkişafında və ictimai-mədəni sahədə əzmkarlıqla göstərdiyi çoxşaxəli fəaliyyətidir. Sevindirici haldır ki, atamızın bu fəaliyyəti Azərbaycan Dövləti tərəfindən vaxtında və layiqincə qiymətləndirilib – cənab preziden İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

İlk baxışda çox kiçik görünən, amma bizim üçün böyük məna kəsb edən bir detal haqqında danışmaq istərdik: evimizdə hələ də divardan asılmış və uşaqlıqdan beynimizə həkk olunmuş bir fotoşəkil var. Rəsmdə Türkiyə Cümhuriyətinin prezidenti Süleyman Dəmirəl və bütün varlığıyla prezidentə diqqət kəsilmiş səliqəli geyimdə bir gənc – atamız Xaqani Qayıblı. Fəxrlə deyə bilərik ki, o gəncin Türkiyə Cümhuriyyətinin xarizmatik prezidenti Süleyman Dəmirəl və yenicə bağımsızlığını qazanmış Estoniya Respublikasının yetərincə kaloritli prezidenti Lennart Merinin tərcüməçisi kimi fəaliyyəti, həm özünün uğurlu karyerasında, həm də iki dövlət arasında qurulan münasibətin daha səmərəli inkişafında danılmaz böyük rolu olub və bunun müqabilində atamız Estoniya Hökuməti tərəfindən Estoniyanın fəxri vətəndaşlığı ilə mükafatlandırılıb. Atamızın yüksək statuslu insanlarla birgə çalışmasını, üstəlik gənc yaşda prezident tərcüməçisi olduğunu bilmək bir övlad üçün qürurverici duyğudan əlavə, həm də o övladın gələcəkdə öz həyat yolunu nizamlamasında mühüm rol oynayan məsuliyyət yüklü bir duyğudur.

Atamızın dil bilgisi haqqında ayrıca danışmağa ehtiyac duyuruq. Onun bu sahədə qeyri-adi bacarığı, kəsinliklə, yalnız peşəkar tərcüməçiliyi ilə kifayətlənmir. Atamızın bildiyi dillərin sayı iki əlin barmaqlarını çoxdan keçib. Onunn heyrətedici və bir mənada inanılmaz kimi görünən nailiyyətlərindən birisi də heç şübhəsiz, linqvistikada ən çətin dillərdən hesab olunan eston dilini cəmi bir neçə həftəyə öyrənməsidir. Sevinirik ki, atamız öz "poliqlot genlərini" bizə də ötürüb. Təhsil aldığımız illərdə hər birimiz bir neçə müxtəlif dil öyrənsək də, təhsildən kənar azərbaycan dilini öyrənməyimizdə genetik yaddaşımızın hər zaman oyaq qalmasında ən boyük fədakarlığı məhz atamız edib.

Oxucuları Xaqani Qayıblını hər şeydən öncə şair kimi tanısalar da, onun oratorluq – natiqliq məharəti ailəmizdə ən cox yadda qalan xüsusiyyətlərindən biridır. Hər dəfə ailə yığınacaqlarımızda atamız bizə özünəməxsus nitqiylə sadəcə dil öyrətməyib, eyni zamanda, həyatı dərk etməyin sirlərini öyrədib. Bayram günlərimiz, ailəmizdə fərqli əyləncələrlə, şirin təamlarla yanaşı, həm də atamızın uzun və mənalı danışıqları ilə yaddaşımızda qalıb. Atamızın sosyal-ictimai ağırlıqlı, eləcə də həyatın və elmin bir çox sahələrində heyranedici dərin bilgisi və axıcı danışığı, metaforalarla zəngin, əyləncəli lətifələrlə dolu hekayətləri bizim dünyagörüşümüzü formalaşdırıb. O, bu hekayətləri hər zaman düşündürücü, maraqlı, sadə bir şəkildə anladıb və sonunu faydalı bir həyat dərsi kimi bitirib.

Atamızın xarakterik davranışlarından əlavə, onun sadə görünən misralarının mürəkkəb duyğuları və dərin həqiqətləri təlqin etmə xüsusiyyəti bizi həm tərbiyə edib, həm də gələcəyə yönəlik xəyallar qurmağa ruhlandırıb. Bu gün əminliklə deyə bilərik ki, məhz bunun nəticəsi olaraq, hər birimiz yazmağı və daha çox insan ruhunun dərinliklərinə enməyə maraq göstərməyi sevirik.

Yazıları və heyranedici nitqiylə yanaşı, atamızın yaradıcılığının hüdudları sərhədsizdir. Hətta atamızın rəsm çəkmə və musiqi istedadı, xüsusən saz (bəzən də piano) ifa etmək bacarığı bəzi oxucuları təəccübləndirə bilər. Xoşbəxtik ki, evimizin divarlarında həmişə saz havaları əks-səda verib. Keçmişimizdən xoş bir xatirəni bölüşmək istərdik: uşaqlıqda hərdən-hərdən işıqlarımız  kəsiləndə, atamız o axşamı xoş fürsətə çevirərək bizi şam işığının ətrafına toplayıb, o qaranlığı mənalı və ecazkar şeirlərini oxuyaraq işıqlandırıb, bəzən də sadəcə sazını kökləyib gözəl aşıq havaları ifa edib. Məhz atamızın sayəsində bənzəri ənənə bizim ailə şənliklərimizin əziz və vazkeçilməz bir hissəsinə çevrilib – həmişə mahnılar, rəqslər və şeirlərlə dolu məqamlar bizim əhval-ruhiyyəmizi gözəlləşdirib.

Xaqani Qayıblı, bizim üçün atadan daha artıqdır – o, bizim həyatımızı öz dərin zəkası, aşırı sevgisi və sarsılmaz dəstəyi ilə işıqlandıran və bizə yol göstərən ulduzumuzdur. Onun xəyallarımıza olan inamı, istəklərimizi daha da qüvvətləndirib, bizə zəhmətkeşliyin və qətiyyətin gücünü öyrədib. Tərəddüd etdiyimiz vaxtlarda, atamızın bizə olan inamı məqsədlərimizə qorxmadan nail olmaq üçün cəsarət veririb. O, həmişə bizim seçimlərimizi dəstəkləyib. Daima bizə doğru-düzgün dəyərləri aşıladığına əsaslanaraq, öz seçimlərimizi etmək üçün bizə necə etibar etdiyini vurğulayıb. Görünür bu sərbəstliyin nəticəsidir ki, dördümüz də çox fərqli, ayrı-ayrı peşələrə yiyələnmişik – birimiz psixoloq, birimiz hüquşünas, birimiz antropoloq, birimiz də biznesin idarə olunması kimi sərbəst məslək sahibi olmuşuq.

 Hər zaman köklərimizə sadiq qalmağın, haradan gəldiyimizi və bizi biz edən dəyərləri xatırlamağın vacibliyini öyrədib atamız bizə. Beləcə, biz də bu dəyərləri həyat yollarımıza əsas prinsip kimi götürmüşük. Atamızın bizim üçün yaratdığı bütün imkanlara və verdiyi ölçüyəgəlməz mənəvi mirasa görə sonsuz minnətdarıq.

Əziz atamız, Vətənimizin sadəcə bəlli bir coğrafi sərhəd içində olmadığını, onun ailə bağlarının səmimiliyində və sarsılmazlığında mövcut olduğunu öyrətdiyin üçün; ana dilimizin ana südü kimi cnımıza-qanımıza hopmasında, idrakımızda formalaşmasında göstərdiyin fədəkarlığa görə çox sağ ol! Arzu edirik ki, bu yubiley yaşın yaşadığın, öyrəndiyin,  sevdiyin hər şeyin... özəlliklə, Səni xarakterizə edən müdrikliyin təntənəli bayramı olsun! 

Hələ qarşıda çox söyləyəcəyin hekayətlər, yazmalı olduğun şeirlər və yaşamalı oldugun gözəl məqamlar var. Qoy bundan sonra gələn illərin Səninin üçün yaşayacağın uzun və sağlam ömrün təməli, bizim üçün zəngin və böyük mənəvi mirasımızın davamı olsun!


60 yaşın mübarək, gözəl ata!


Səni dünyalar qədər sevən övladların

Şərifə, Aylin, Aybikə, Şərif-Turan




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ