çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

QARAÇÖPÜN QARAPENCƏK – QARACA ŞAİRİNƏ!

Image


Günlər keçdikcə, aylar ötdükcə, illər dolandıqca ömür iz-iz öz yolu, öz magistral xətti ilə mənzilinə doğru varır. Bir-birinə bənzəməyən enişdən, yoxuşdan keçir. Sınanır, güvənilir, bəzən də güvənsiz gədiklərdə darılır, nəhayətdə yenə də, geriyə dönüşü olmayan, girişli-çıxışlı bu varışı davam edir ömür. 

Hardan başlayır bu ömrün yolu? Əlbəttə ki, iki insanı bir-birinə bağlayan eşqin çılğın enerjisindən; bu enerjinin ana bətnində bağlanan kündəsindən; o kündədə formalaşan, yetginləşən, Tanrı vergisindən doğan alın yazısından. Hər insanın isə alnına digərinə bənzəməyən bir tale yazılır. O tale insanı gözləmədilyi, heç vaxt ağlına gəlməyən yerlərə aparır...

...Kim deyə bilərdi ki, Qaraçöpdə, məhəbbətlə dolu bir ailədə dünyaya göz açan, yüyürə-yıxıla-dura böyüyən iri-qara gözlü, qarabəniz bir körpə, günlərin bir günündə, qara pencəyinin qoynunda, daşlı-kəsəkli yollardan keçib vardığı Estoniyanın Tartu universitetinin auditoriyalarında Vətən üçün, Yur üçün darıxa-darıxa, "beli qırılsın qarıflığın!.." deyə söylənə-söylənə alın yazısının aparıb çıxardığı o gözəl məmləkətdə təkcə Qaraçöpün deyil, ümumən türk dünyasının təkcənəsi olacaq...

Qara pencək sözü elə-belədən gəlmədi dilimə... 

Bu yay, Qaraçöpdə, bir axşam Xaqaninin şen olmuş dədə yurdunda, yenidən qurub-yaratdığı, sahmana saldığı ocağında görüşdük. Bu görüş elə bir görüş oldu ki, bu yaşıma qədər unuda bilmədiyim çox az saylı görüşlərdən biri kimi yaddaşımın elə yerinə yazıldı ki, demək olar, hər gün xatırlayıram. O gecəki süfrə möhtəşəm idi – bu ayrı; kiçik qızım Elif mənimlə idi, məclisdə yaşıdı olmadığı üçün, darıxmağa başladı, Xaqani elə bir metodik priyomlarla Elifi məclisin gedişatına bağladı ki, uşaq darıxdığnı unutdu, heyran qaldım – bu da bir ayrı; bütün deyilən sağlıqlar şeirlərlə bəzənirdi, bunun da misli yox idi – bu da bir ayrı; istiqanlılıq, insancanlılıq, dostyanalıq, az qala, hər kəsi öz əlləri ilə yedirməyə çalışırdı – bu da bir ayrı – belə "ayrılar" çox idi, ancaq nəql etdiyi bir əhvalat ayrıların-ayrısı oldu. Bax, hər gün xatırladığım məhz həmin qeyri-adi "ayrı" o idi ki, o əhvalatı mən səhnə əsərinə çevirmək niyyətindəyəm. Ona görə də qeyri-ixtiyarı o görüş gözlərim önündə dönə-dönə canlanır. Əhvalatın qısa məzmunu belədir – ancaq, ürəkyandıran bir möcüzədir:

Deməli, bir gün Xaqaniyə evdən zəng olunur ki, evə tez gəlsin. Qızları gəlib, onu gözləyirlər. Xaqanini heyrət götürür. Axı qızların hərəsi Avropanın bir ölkəsində yaşayır, nə hadisə baş verib ki, gəliblər? Soruşur, rahatlayıcı bir cavab ala bilmir. Düşünür ki, yəqin oğlunun "həngaməsidir". Oğlunun qarasınca danışa-danışa evə tələsir. Evə çatır, (mən əhvalatı bir az öz bildiyim kimi danışıram, azacıq təhrifim olsa, qardaşım məni bağışlayar!) tələm-tələsik içəri girir, baxır ki, süfrə açılıb, hamı süfrənin başındadır. Yadına düşür ki, bu gün onun ad günüdür. Gülümsünür, "ay sizi, ürəyim qopmuşdu", deyə, qızlarla qucaqlaşır, görüşür, bir qədər kövrəlir (kövrəklik də ki, Xaqaninin etiketidir!), ağlamsınır... lakin, sonrakı mənzərə onu hönkürdür...

Xaqani əhvalatı danışarkən mən hadisənin dramatizminə onun hönkürtüsündən daha çox göz yaşlarına qərq oldum. Demək, qızlar bir qutu gətirirlər, qoyurlar stolun üstünə, atalarına xahiş edirlər ki, qutudakı hədiyyəni çıxarsın. Xaqani qutunu açır, qutudan bir pencək çıxır. Çox bəyəndiyini söyləyir. Ancaq soruşur ki, "niyə məhz pencək? Evdə pencəklər çoxdur". Xaqanini hönkürdən və əhvalatı göz yaşları ilə xatırladan və mənim də ağlamağıma səbəb olan o unudulmaz günün söylənən əhvalatının kuliminasiya nöqtəsi ondan ibarətdir ki, demə, qızlar orta məktəbə gedəndə, demək olar ki, Xaqani hər gün qızlara deyərmiş ki, "Qızlarım, siz mütləq oxumalısınız. Qardaşınız oxumasa, o qədər özümə dərd eləmərəm, ancaq sizi, lap pencəyimi satmaq da olsa, oxudacam. Qurbanınız olum, amandı-hoydu, oxuyun!". Xaqani demək olar ki, qızlara hər gün pencəksatmaq ideyasını təkrarlayarmış. Qızlar da uşaq ağılları ilə inanır, bir oxumalıylarmısa, qorxudan beş oxuyurlarmış ki, ataları pencəyini satmalı olmasın. Estoniya soyuq olan ölkədir. Pencəyi satar, qalar pencəksiz, soyuqdan ölər... 

Qız uşaqlarındakı ata məhəbbətinə baxın!.. 

Uzun illər bu qorxu ilə təhsil alan qızlar, maşallah, atalarını qürurlandıracaq dərəcədə yetişdilər və yüksək təhsilləri ilə mühüm mərtəbələrə ucaldılar... 

İndi isə, demə, qızlar belə qərara gəlirlər ki, "atanın doğum günündə onun başına yığışaq, o "qəmli", "qorxunc" hadisəni rəmziləşdirmək üçün ataya əziz olan günündə sürpriz olaraq pencək hədiyyə edək."...

Dostlar, bu hadisənin emosional təsiri bilmirəm sizdə hansı hissləri oyatdı, ancaq həmin gün qızların gözlərinin içinə baxdıqca Xaqaniyə hansı hissləri yaşatdığını, necə duyğulandırdığını təsvir etməyə ehtiyac qalmır. Məni isə, Xaqani gapını elədikcə, necə dəhşətli dərəcədə sarsıtdığını sözlə ifadə edə bilmirəm... Mən, o körpəcə qızların qeyrətini, heç bir mübaliğəsiz, Tomrisdən üzü bu tərəfə, böyük bir etnosun bütovlüyünün, paklığının rəmzi kimi qiymətləndirirəm! Və düşünürəm ki, Qaraçöpün qarapencəkli – qaraca şairinin övladları məhz belə əqidə sahibi olmalıdırlar! Çünki, Xaqani özü də bənzərsiz və yüksək keyfiyyətləri ilə tanınan, türkün qayım-qədim kişilərindəndir! Millət içində milliliyini qoruyan, təpədən dırnağa qədər özü olan, millətinə şan gətirən bir ziyalıdır.

Mən Xaqanini uzun illər qiyabi tanımışam. Haqqında həmişə xoş sözlər eşitmişəm. Ara-sıra, rast gəldikcə, şeirlərini oxumuşam. Bəyənmişəm. Qürurlanmışam. Ancaq, yaxından tanıdıqdan sonra, xüsusən də bu yay bu əhvalatı eşitdikdən sonra ona münasibətim o günə qədərki rəğbəti geridə qoydu və Xaqaniyə bir insan kimi, bir eloğlu kimi, bir şair kimi, bir ata kimi və nəhayət bir Vətən oğlu kimi, həm də bir dost kimi bir könüldən min könülə bağlandım. O, artıq mənə fərəh gətirən qardaşımdır!.. 

Beləliklə, gələk o məqama ki, hər bir insanın öz obrazı var. Hər bir insan öz obrazı ilə nəzərlərdə canlanır. "Ağayana adamdır", "mülayimdir", "dəli-doludur", "Kişi adamdır" və s. bu kimi etiketlər insanın obrazını ifadə edir.  

Bəzən adama elə gəlir ki, iri-qara gözlü, qarabəniz Xaqani Qayıblı əynində qara pencəyi və ya qara yapıncısı, ağ at üstündə, bir əli atın yalmanında, bir əlində isə qamçısı başı üzərində yellənən, şeirləri dilində əzbər, qıy qoparıb şeirlərini hayqıraraq yara-yara dəli küləyi, üzü körpəliyindən bəri, Qaraçöpün əsl qədir-qayım kişiləri kimi 60 ildir ki, elə hey çapan bır kolarit mücəssiməsidir. Elə bil, Qavrı çayı kükrəyib, daşıb və sellənə-sellənə anrıdan bəri coşaraq, sağı-solu yara-yara gəlir misallı... 

Şeirləri küləyin ahəngində nəğməyə çevrilərək, sanki həzin-həzin aləmə yayılır. Bax, Xaqani Qayıblının obrazı mənim gözlərimdə həmişə bu cür, belə nəhəng timsalda, çılğın dinamika ilə canlanır.  Çap, eloğlu, çap... çap, dərdiş, çap... çap, ağrın alım, çap... çap, a Qaraçöpün qarapencək, qarabəniz – qaraca şairi, çap!.. 

Alın yazın yığvallı, yolun həmişə açıq, uzun, izlərin qalımlı, varacağın mənzilin uzaq olsun! 

Çoxunu Tanrı versin, ən azından, bundan sonra bir 60 da, ancaq sağlam və könül xoşluğuynan yaşanacaq ömrü mən arzulayıram!




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ