Bazar günü günü, 14 iyun 2026
     

Azərbaycanlı yazıçı Türkiyədə 6 fevral fəlakətinə dair povest yazdı...

Image


6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ bütün dost-qardaş xalqları təəssüfləndirdi, kədərləndirdi, ağlatdı. Azərbaycan xalqı acı xəbəri ürək ağrısı ilə qarşıladı. Xalq bu acını öz acısı kimi qəbul edib, hərə əlindən gələni bir cür təqdim etdi. Kimisi dərhal Türkiyədə - hadisə yerində oldu, kimisi maddi köməklik göstərdi, kimisi mənəvi... Bir kasıb kimisi köhnə, sınıq maşınının üstündə yorğan-döşək daşıdı... Kimisi isə sadəcə göz yaşı axıtmaqla... 

Qələm sahibləri zəlzələdə həlak olanların xatirəsinə hörmət olaraq faciədən yazdılar. Yazdılar ki, faciənin dəhşətləri tarixdə qalsın, həlak olan insanlar unudulmasın. Yazıldı ki, minlərlə insan həyatını son edən bu faciə neçə yüz illərdən sonra da xatırlansın, yad edilsin. Bu gün - fevralın 6-sı 2024-cü ildə həmin faciənin bir illiyidir. Bu günə çox əsərlər yazıldı, yaradıldı. Həm böyüklər üçün, həm kiçiklər üçün. 

Hamımıza məlumdur ki, böyüklər üçün yazanlar çoxdur, amma yeniyetmələr və kiçik yaşlı uşaqlar üçün yazılan əsərlər həmişəki kimi yenə azdır. Halbuki, uşaqların kiçik yaşdan mütaliəsi daha vacibdir. 

Bu baxımdan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Gülzar İbrahimova Türk qardaşlarımızın başına gələn 6 fevral zəlzələ faciəsindən təsirlənərək, təsirli bir povest ərsəyə gətirmişdir. Povestin adı belədir: "Mən böyüdüm, sən də böyü". Bu əsərin ilk oxucusu Hacetepe  Universitetinin Akademiki (Uşaq Ədəbiyatı araşdırmaçısı) Yaşar Sözən olmuş və o, əsərə böyük dəyər verərək, povest haqqında müsbət fikir bildirmişdir. O deyib: ""Mən böyüdüm, sən də böyü" povestini çox həyəcanla oxudum. Əsər düşündürür, öyrədir, tərbiyə edir. Povestdə təsvir o qədər güclüdür ki, bütün bunları oxucu sanki faciənin içərisində yaşayır. Yazıçı bildirsə də, povest yeniyetmələrə aiddir, mən onu bir araşdırmaçı kimi 7-70 yaş qrupuna aid edərdim". 

Yaşar Sözen povestdəki Türkiyə-Azərbaycan dostluğunu xüsusi vurğulayaraq, onun sosial mediyada yayımlanmasından əlavə, həm Türkiyədə, həm Azərbaycanda kitab şəklində çap edilib, yayılmasını təklif etmişdir. 

"Mən böyüdüm, sən də böyü" povesti həmçinin dostluq öyrədir, insaniyyət təbliğ edir. Dara düşəndə təmkinli olmağı, böyüyə hörmət etməyi, nəsihətə qulaq asmağı, kiçiyə kömək etməyi öyrədir. 

Əsərin müəllifi Gülzar İbrahimova 11 yaşlı Saleh obrazı yaradaraq onun timsalında gələcəyin alicənab, xeyirxah, zəhmətkeş, özündən kiçiyə çətin anda arxa durmağı bacarmış, dosta sədaqətli, əsl türk oğluna xas olan, müsbət xarakterli obraz yaratmışdır. 

Salehin atası Hasan ustanın timsalında isə zəlzələ baş verən zaman tikdiyi binaların biri də uçmamış tikinti rəhbərinin zəhməti dəyərləndirilmişdir. Yazıçı əsərdə onun simasında böyük qəlbli, zəhmətkeş, minlərlə insanın xilaskarı olan bir insan obrazı yaradaraq, ucaltmış, onu oxucuya sevdirmişdir.   

Povestdə hadisələr əsasən Türkiyədə - Kahramanmaraşda, uçqunlar altında  cərəyan edir. Yeniyetmə türk oğlan uçqunlar altında balaca qızla rastlaşır. Onlar bir məhəllə uşaqlarıdır. Həyətdə həmişə onunla rastlaşanda üzünü nifrətlə yana çevirən bu ərköyün, kobud qızı, Saleh ölümdən xilas edir. Yeniyetmə oğlan özü də başa düşür ki, o öz həyatını riskə atmaqla bunu edir. Bunu anlasa da o, balaca, köməksiz qızdan köməyini əsurgəmir. Saleh insani yanaşması ilə bu kobud qızın xasiyyətini tamamilə dəyişdirir.  Əlbəttə, Ayşən uşaq olsa da Salehin yaxşılığını dərk edir, Salehin qızdırması qalxanda o da uşaq düşüncəsi ilə əlindən gələni edir ki, oğlan sağalsın.

Yazıçı Gülzar İbrahimova əsərdə cərəyan edən hadisələri xırda detalları ilə elə təsvir edib ki, sanki, faciəni özü yaşayıb. Belə bir əsər onda yaranar ki, faciəni öz faciən hesab edə biləsən. O acını öz acın, öz dərdin kimi yaşamağı bacarasan.  Povest elə təsir gücünə malikdir ki, düşündürür, gözü yaşardır, ağladır. Biz də bu gün - fevral zəlzələsində aşağıdakı ssilkadan "Mən böyüdüm, sən də böyü" povestini oxuyaq, dünyası dağılmış minlərlə insanı bir damla göz yaşımızla yad edək...

Biz belə gözəl, təsirli əsərə görə gözəl yazıçımıza minnətdarıq. İnanırıq ki, Gülzar İbrahimovanın "Mən böyüdüm, sən də böyü" povesti həm Azərbaycanda, həm də qardaş Türkiyədə məmnuniyyətlə oxunacaq və ədəbiyyat tarixində öz yerini alacaq...

Mətləb





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

14.06.2026 / 14:47
"15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır" – ŞƏRH

14.06.2026 / 14:31
İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

14.06.2026 / 13:58
İran–ABŞ sazişi üçün “rəqəmsal imza mərasimi” planlaşdırılır

14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

14.06.2026 / 13:45
AZAL-dan qərar - Naxçıvana bu günə olan bütün uçuşlar ləğv olundu...

14.06.2026 / 12:53
Nizamidə narkokuryer 30 kiloqrama yaxın narkotiklə yaxalandı

14.06.2026 / 12:08
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14.06.2026 / 11:55
İranda Xameneyinin mərasimləri səbəbindən imtahanlar təxirə salına bilər

14.06.2026 / 11:32
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev dühasının təntənəsi -MDU rektoru yazır

14.06.2026 / 11:17
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verdi

14.06.2026 / 10:35
Ağdamda mağazaya İLDIRIM DÜŞDÜ, güclü yanğın başladı...

14.06.2026 / 08:15
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ