çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanla bağlı mədəniyyət tədbirləri - dövlətçilik tariximizin səhifələri...

Image


Milli dövlətçilik tariximizin şanlı səhifələrində Qərbi Azərbaycanın, İrəvan xanlığının xüsusi yeri və mövqeyi var. Qərbi Azərbaycanda yaranan milli mədəniyyət nümunələrimiz, mətbəxt mədəniyyətimiz, dövlətçilik ənənəmiz bu gün də maraq kəsb edir.

Qərbi Azərbaycan etnoqrafiyası, arxeologiyası, insanların yaşam tərzi məşğuliyyəti sənət əsərlərində, əl işlərində yaşayır. Onlar uzun illərdir öz ata-baba yurdlarından, kökləri ilə bağlı olduqları tarixi torpaqlarından ermənilər tərəfindən qovulublar, Ermənistan adlanan dövlət onların izlərini silmək üçün hər cür vasitəyə əl atıb. Amma tarixdən izlərini silməyə müvəffəq ola bilməyib. Düzdür, Qərbi Azərbaycandakı türk – islam abidələrini məhv ediblər, xristianlıq və ondan əvvəlki dövrə aid bütün abidələri isə "erməni irsi" kimi qələmə veriblər. Buna baxmayaraq, soydaşlarımız öz mədəniyyətlərini bütün incəliklərinə qədər qoruya biliblər. Qərbi Azərbaycan xalçaları, tarixi eksponatları, mətbəx nümunələri xalqımızın zəngin tarixi ənənəsindən xəbər verir. 

Bu gün aktual olan əsas məsələlərdən biri Qərbi azərbaycnlıların öz tarixi yurdlarına qayıtması məsələsidir ki, bu onların beynəlxalq hüquqla təsbit olunan haqlarıdır. Ermənistan dövləti onların bu hüququnu tanımalı və dinc, təhlükəsiz şəraitdə öz yurdlarına qayıtmalarını təmin etməkidir. Amma təəssüf ki, hələ də Paşinyan hökuməti oyun oynamaqla məşğuldur. Gec-tez bu proses baş verəcək və onlar öz ellərinə qayıdacaqlar...

Qərbi Azərbaycana aid sərgilər...

Son zamanlar Qərbi Azərbaycan mədəniyyətini özündə ehtiva edən bir sıra tədbirlər, sərgilər keçirilir, bu sərgilərdə xalqımızın tarixi irsi təbliğ edilir.  Keçən illərin sonlarında bu cürsərgilər həm Bakıda, həm də Naxçıvanda keçirildi. 

Məsələn,  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Qərbi Azərbaycan – tarixi torpaqlarımız" adlı sərgi təşkil edildi. Sərgidə nümayiş edilən Ə.Ələkbərlinin "Qərbi Azərbaycan abidələri" kitabında qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqqında qısa məlumat və abidələrin şəkilləri verilib. H.Verdiyeva və C.Əlizadənin "İrəvan məkanında Azərbaycanlılara qarşı etnik təmizləmə: tarixi və hüquqi aspektdə" kitabında ermənilərin XIX əsrin birinci otuzilliyində Arazdan şimalda olan Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülmələri, ermənilərin erkən orta əsrlərdən etibarən yeni "vətənlər" axtarışı, XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı və XX əsrin 80-ci illərində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər ətraflı şəkildə araşdırılır. F.Cəfərovun "Erməni vəhşiliyi" monoqrafiyasında XX yüzillikdə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan, vəhşiliklərdən, ermənilərə qarşı vuruşan qırmızı taborçulardan və polis işçilərindən bəhs edilir. Z.Dərələyəzli və R.Dərələyəzlinin "Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər" kitabında Dərələyəzin tarixi haqqında və əslən Dərələyəzli olan Qarabağ döyüşlərində mərdliklə vuruşan döyüşçülər, heç vaxt unudulmayacaq şəhidlərimiz haqqında məlumat verilir. F.Əliyevin "İrəvan xanlığı" kitabında müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai - iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747-1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində erməni dövləti yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar verilmişdir. Ə.Rüstəmlinin "Zəngəzurun türk mənşəli yer - yurd adları" kitabında türkologiyada indiyə qədər tədqiqata cəlb olunmayan oğuz yurdunun – Zəngəzurun türk mənşəli oykonim, oronim və hidronimlərinin etimoloji, leksik - semantik, morfoloji, sintaktik xüsusiyyətləri və zonanın qədim toponimlərinin etimoloji təhlili verilir. H. Mirzəyevin "Qərbi Azərbaycanın Dərələyəz mahalı" kitabında son iki əsr müddətində Dərələyəzdə yaşayan azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərdən, soyqırımlardan, azərbaycanlıların deportasiya olunmasından bəhs edilir, onlara məxsus tarixi-mədəni abidə və yaşayış məskənlərinin dağıdılıb viran edilməsi və bir sıra digər məsələlər oxucuların nəzərinə çatdırılır. G.Məmmədovanın "Oğurlanmış Zəngəzur" tarixi-sənədli romanı 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, apardıqları dəhşətli, qandonduran soyqırımlardan bəhs edir. Sərgidə həmçinin F.Qaraoğlunun "Ermənilər və həqiqətlər", M. Fərmanoğlunun "Tarixi saxtakarlıq və həqiqətlər", V.Muradovun "Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları", S.Eloğlunun "Zəngəzur hadisələri", H.Mirzəyevin "Dərələyəz folkloru", S.Zaminin "Gör nələr keçir könlümdən", A.Natellanın "Şövqiyar", Ə.Abasovun "Zəngəzur", Hidayətin "Burdan min atlı keçdi" və s. Qərbi Azərbaycanın tarixi abidələri, etimologiyası, folkloru, mədəniyyəti, erməni soyqırımına məruz qalmış soydaşlarımızın taleyini, vətən oğlullarımızın həmin torpaqlarda göstərdikləri şücaətləri əks etdirən kitablar nümayiş olunub.

İncəsənət Muzeyində "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi 

Bu sərgilər sırasında keçən ilin dekabrında açılan Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərginin ayrıca yeri var. 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı Xalçalar" Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir. Muzeyin direktoru əlavə edib ki, sərgidə 100-ə yaxın eksponat təqdim olunur. Burada da vurğunaırdı ki, 

Qərbi Azərbaycan qədim mədəniyyət nümunələri ilə zəngindir, orada böyük tarixi mədəni irsi var və bu irs haqqında məlumatları geniş kütləyə çatdırmaq mütləqdir.

Qeyd edilirdi ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğrayıb. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunur.

Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi "Qaçqınlar" silsiləsi təqdim edilir. Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların surətləri, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.

Qeyd edək ki, sərgi fevralın 28-dək davam edəcək.

"Qərbi Azərbaycana qayıdış" festivalı... 

Bu tədbirlərin sırasında keçən ilin noyabr ayının 23-də Naxçıvan şəhərində keçirilən "Qərbi Azərbaycana qayıdış" adlı festival və "Qərbi Azərbaycana qayıdışa gedən yol" adlı konqresin öz yeri var. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin yadda qalan oldu. 

Tədbirdə  Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib. Bütövlükdə bu, festivalda Qərbi Azərbaycan mədəniyyəti, İrəvan xanlığı, folkoru, etnorqfiyası, xəritəsi və sair geniş şəkildə təqdim edildi. 

"Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" adlı sərgi... 

Keçən ilin dekabrında Milli Xalça Muzeyində ilk dəfə olaraq "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" adlı sərgi açıldı, bu ilin yanvarın 5-nə qədər davam edən sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilmişdi. Sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlmişdi.

Məlum olduğu kimi, uzun illər Ermənistan tərəfindən Qərbi Azərbaycan xalçaları mənimsənilib və "erməni xalçaları" kimi təqdim edilib. 

Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı sərgidə nümayiş olunub.

Sərgidə nümayiş olunan xalçalar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları "Qasımuşağı", "Ləmpə", "Muğan", "Qubadlı", "Gəncə" və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla, həmçinin fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verməklə onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə nümayiş olunan xalçalarla bağlı Azərbaycan və ingilis dillərində kataloq da çap olunub.

Onu da bildirim ki, barəsində danışdığımız tədbirlərin hər biri Ermənistanda böyük həyəcanla, narahatlıqla qarşılandı, hətta onlar bu tədbirlərə qara yaxmağa da çalışdılar. Amma əllərinə heç nə keçmədi, bu möhtəşəm tədbirlərdə Qərbi Azərbaycan mədəniyyəti layiqincə təbliğ edildi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ