şənbə günü, 21 noyabr 2026
     

"Yazıçılar Birliyi buraxılsın" dedi və qəzəbə gəldi...

Image


Elşad Barat: "Anar müəllim ağsaqqal adamdır, mən o şeirdə ona qarşı çox sərt misralar işlətmişdim" 

Azərbaycan Yazıçılar Birliyi (AYB) respublikada yeganə ictimai təşkilat, yaradıcı qurumdur ki, həm Sovet dövründə, həm də indi daim müzakirə predmetidir. Bu qurumda baş verənlər daha çox diqqəti cəlb edir, nəinki o biri yaradıcı qurumlarda baş verənlər. 

Başqa yaradıcı təşkilatlarda yaşanan istənilən hadisə nə diqqəti cəlb edir, nə də müzakirə olunur. Amma AYB daim müzakirə, tənqid obyekti olaraq qalır. 

Son 30-35 ildə AYB ətrafında elə qalmaqallar, elə söz-söhbətlər baş verib ki, bunları bir-bir sadalamaq üçün günlər bəs etməz. Daim narazlıqların və intriqaların meydan suladığı qurumdan indiki dövrdə də ciddi narazılıqlar var. Xüsusən də gənc yazarlar iddia edirlər ki, ya AYB ləğv edilməlidir, ya da Xalq yazıçısı Anar sədr kürsüsünü tərk etməlidir, amma Anar müəllim də deyir ki, hələ də sədr olmaq istəyindədir, yaxın üç ildə postunu tərk etməyi düşünmür. 

Bu günlərdə  Azərbaycan Yazıçılar Birliyinin ( AYB) İdarə Heyətinin üzvü,  şair Elşad Barat mətbuata açıqlamasında bu təşkilatın fəaliyyəti ilə bağlı narazılığını bildirib, onun bağlanmasını təklif edib. "... AYB ləğv edilməlidir. Azərbaycan ədəbi mühitində bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər nizamsızlıq varsa, deməli, bu sahənin bir ciddi quruma ehtiyacı var. Məncə, Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı qurum yaradılmalıdır. Elə bir təşkilat ki, öz işinin öhdəsindən gələ bilsin. Düşünürəm ki, problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, Birliyin öz köhnə xəttindədir. Yəni Birliyin indiki halı, idarəçilik prinsipləri saxlanılmaqla rəhbərliyə kimlər gəlsə yenə də belə olacaq, yenə də yüzlərlə qələm adamı narazı qalacaq, yenə də rəhbər şəxslər dövlətin yazıçılara ayırdığı evləri sürücülərinə verəcəklər, yazıçılara olan dövlət qayğısını katibələrinə ayıracaqlar.

Bu gün Yazıçılar Birliyinin 3000 nəfərə yaxın üzvü var, onlardan 52 nəfəri İdarə Heyətinin üzvüdür, mən də bu 52 nəfərin biri olaraq düşünürəm ki, bu Birlik ləğv edilməlidir. Yeni yaradılacaq təşkilatda müəyyən senzura olmalı, istedadlı qələm adamlarını bir araya toplayıb dövlət üçün, vətən üçün, ədəbiyyat üçün ciddi işlər görmək olar. İndiki sistem yazıçıları kütləvi şəkildə dövlətə qarşı üsyan həddinə gətirir. Birlik 30 ildir edə biləcəyini edib, biz bulağı şəlalə ola bilmədiyinə görə qınaya bilmərik. Bulaq suyunun dağdan atılıb intihar edə biləcək cəsarəti olmalıdır ki, şəlalə ola bilsin. Sadəcə, yeni birlik yaradılmalıdır, yəni yeni bulaq elə yerə çəkilməlidir ki, şəlalə ola bilsin".

AYB-nin sədri Xalq yazıçısı Anar mətbuata açıqlamasında bildirib ki, Elşad Barat Birliyin 2000 üzvünün adından danışa bilməz. "Sizcə bu təklif maraqlı fikirdir? O yalnız öz adından danışa bilər, 2000 nəfərin  adından fikir deyə bilməz. Elşad Baratın  xoşu gəlmir, ərizəsini yazsın, İdarə Heyətindən  çıxıb getsin. Niyə getmir? Bir dəfə getdi. Üzr istədi, geri qayıtdı, gedər, yenə üzr istəyib qayıdar",- deyə o bildirib.

Doğrudanmı E.Barat üzr istəyib? Anar deyir xoşu gəlmir İdarə Heyəti üzvlüyündən istefa versin, siz İstefa verəcəksiniz? Nə baş verir, niyə bu qənaətə gəldiniz AYB ləğv edilməlidir? Hətta bir müddət əvvəl Xalq şair və yazıçılarını yarışa da çağırdınız, amma bu da aqressiv qarşılandı. AYB ilə  nə problem yaşayırsınız? 

"...Mənim birlikdən istefa vermək fikrim yoxdur" 

AYB-nin İdarə Heyətinin üzvü,  şair Elşad Barat "Bakı-Xəbər"ə açıqlamasında "Birincisi, yazdığım statusda Anar müəllimin adını çəkməmişəm, hətta yazmışam ki, rəhbərliyə başqa insanlar gəlsə də heç nə dəyişməyəcək. Bunu özüm də İdarə Heyətində olduğun üçün yox, İdarə Heyətində olub hər şeyi gördüyüm üçün demişəm. 

İkincisi, bəli, Anar müəllimdən ona yazdığım "sovetin qalığı" şeirimə görə üzr istəmişəm. Lazım olsa, yenə bu şeirimə görə üzr istəyərəm, çünki Anar müəllim ağsaqqal adamdır, mən o şeirdə ona qarşı çox sərt misralar işlətmişdim. Üçüncüsü, gələk əsas məsələyə, bu gün ölkədə bütün qurumlar yenilənir, fərqli və uğurlu idarəçilik tətbiq olunur. Amma Yazıçılar Birliyində rəhbərlik dəyişsə də heç nə dəyişməyəcək. Mənim təklifim budur ki, AYB ləğv edilsin, bu qədər əli qələm tutmayan insanın bir araya toplanmasının nə onların özünə, nə də dövlətə, xalqa faydası var. Təklifimin özəyi budur ki, yeni bir ad altında ciddi qələm adamları bir araya toplansın, vətən üçün, xalq üçün, dövlət üçün yararlı işlər görülsün, lazımlı layihələr həyata keçirilsin. Bu sadəcə bir təklifdir, bəlkə İdarə Heyəti mənim fikrimi dəstəklədi, bilmirəm, amma mənim birlikdən istefa vermək fikrim yoxdur. Elə çox adam istəyir ki, mən istefa verim"-deyə qeyd etdi. 

E.Baratın sözlərinə görə, bu gün ölkədə çox ciddi gənc qələm adamları var, onların hamısını AYB küsdürüb. "Bu gənclərin əksəriyyəti dünyaya çıxa biləcək səviyyədədir, amma onların hər yerdə qarşısı alınır. Həmişə bu məsələlərdə konkret günahkar axtarmışıq, nəticə də olmayıb. Bu dəfə qalmaqala meyl etməyək, ciddi iş görmək üçün çalışaq, mən bir qələm adamı kimi, bu təklifim istiqamətində ciddi addımlar atmağı düşünürəm və mənim kimi düşünən hər kəsi bir olmağa çağırıram"-deyə E.Barat vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ