Cümə axşamı günü, 13 avqust 2026
     

QAZAX AİLƏ-MƏRASİM FOLKLORU HAQQINDA FUNDAMENTAL TƏDQİQAT

Image


Ailə – türk etnosunun sosial-mənəvi strukturunun nüvəsini təşkil etməklə daim onu ayaqda saxlamış, bir sistem olaraq heç vaxt dağılmağa qoymamış, tarixin müxtəlif epoxalarından məhz türk kimliyi ilə keçməsini təmin etmişdir. Diqqətəlayiqdir ki, ailə dəyərlərinin sürətlə dağıldığı müasir dünyamızda ailə modeli hələ də ümumtürk mədəniyyətinin strukturlaşdırıcı modeli kimi qalmaqda davam edir. Bu da öz növbəsində türk xalqlarının ailə kompleksini onun müxtəlif milli variantları müstəvisində sosial-antropoloji baxımdan ardıcıl və sistemli şəkildə öyrənməyi zərurətə çevirir. Bu cəhətdən, görkəmli qazax alimi Kenjexan İslamjanulı Matıjanovun 2023-cü ildə Moskvada "Vostıçnıy ekspress" nəşriyyatında rus dilində çap olunmuş "Qazax ailə folkloru" ("Казахский семейный фольклор") kitabını elmi strukturu, məzmunu və araşdırmanın intellektual keyfiyyəti baxımından fundamental elm hadisəsi hesab etmək olar.

Kifayət qədər geniş həcmə malik olan (472 s.) monoqrafiyada qazax ailə-mərasim folkloru ilk dəfə olaraq qazax milli folklorunun müstəqil janrı kimi öyrənilmiş, onun genezisi izlənilmiş, janrın təbiəti və özünəməxsusuluğu açıqlanmış, etnoqrafik əlaqələrin tipologiaysı aşkar edilmişdir. Əsərdə ailə folkloruna aid olan mətnlərin hərtərəfli və dərin tədqiqi əsasında ailə-mərasim folklorunun janrdaxli növlərinin təsnifatı aparılmış, bir mürəkkəb bədii fenomen kimi ailə-mərasim folkloru bütün poetik özünəməxsusluqları səviyyəsində təqdim olunmuşdur.

Folklorşünaslar, ədəbiyyatşünaslar, kulturoloqlar, doktorantlar, magistrantlar, o cümlədən şifahi xalq ədəbiyyatını dəyərləndirənlər və sevənlər üçün nəzərdə tulumuş əsər altı bölmədən ibarətdir. Kitabın "Mövzunun tədqiq tarixi" adlanan birinci bölməsində qazax ailə-mərasim folkloru ilə bağlı bütün mövcud tədqiqatlar ələ alınmış və bu sahədəki nəzəri-metodloji fikirlər də cəlb olunmaqla problemin sanballı nəzəri-kateqorial bünövrəsi formalaşdırılmışdır.

Kitabın "Qazax ailə folklorunun təsnifatı və onun öyrənilməsinin perspektivləri" adlanan ikinci bölməsində zəngin materiallar əsasında son dərəcə dəqiq və mürəkkəb analiz aparılmışdır. Bu fəsildə reallaşdırılmış tədqiqatın əsas əhəmiyyəti təkcə qazax ailə folklorunun janr təsnifatı ilə məhdudlaşmır. Burada bizim diqqətimizi xüsusilə janrdaxili növlərin biri-birindən fərqləndirilməsi üçün müəllifin zərgər dəqiqliyi ilə ortaya qoyduğu intellektual səviyyə cəlb edir. Digər tərəfdən, sözü gedən fəsildə qazax ailə-mərasim folklorunun öyrənilməsinin perspektivlərinin müyyənləşdirilməsi K.İ.Matıjanovun bu tədqiqatını bu sahədə fundamental nəzəri-metodoloji baza statusunda da təsdiq edir.

Monoqrafiyanın "Körpə bəsləmə folkloru: beşik nəğmələri, uşaq mərasim nəğmələri, əzizləmə nəğmələri, layla nəğmələri" adlanan üçüncü bölməsində ana-uşaq münasibətlərini əks etdirən mətnlər tədqiqata cəlb olunmuşdur. Bu nəğmələri məzmunu, ideyası, formal-poetik elementləri səviyyələrində təhlilə cəlb edən müəllifi eyni zamanda həmin nəğmələrdə inikas olunmuş qazax kimliyinin, milli xarakterinin etno-psixoloji və mənəvi-humanist cizgilərini də təsvir etməyi bacarmışdır.

Əsərin "Toy folkloru: mərasimi başlayan nəğmə, xeyir-dua nəğməsi, ayrılıq nəğməsi, öyüd-nəsihət nəğməsi, duvaqgötürmə nəğməsi, nikah nəğməsi" adlanan dördüncü bölümündə türk ailə-mərasim folklorunun (o cümlədən inisiasiya sisteminin) struktur baxımından ən zəngin janrı tədqiqata cəlb olunmuşdur. Kenjexan Matıjanov bu bölmədə qazax toyunun bütün struktur elementləri və prosessual strukturun mərhələlərini təsvir etmiş, hər element və mərhələ üçün xarakterik olan nəğmələri təhlil etmiş, problemə struktur kontekstlə yanaşı, semiotik müstəvidə də yanaşaraq, qazax toyu və ümumən, qazax toy folkorunu türkün dünya quruculuğunun kosmoqonik modeli kimi şərh etmişdir.

Kitabın "Yas folkloru: vəsiyyət nəğməsi, xəbərduyurma nəğməsi, başsağlığı nəğməsi, ağı nəğməsi" adlanan beşinci bölməsində qazax yasının strukturu və prosessual dinamikası həm etnoqrafik, həm də folklor mətnləri baxımından təhlilə cəlb olunmuşdur. Müəllif mətnlərin təhlil zamanı onlarda əks olunan mifoloji elementlərin aşkarlanmasına da diqqət yetirməklə qazax epik-mifoloji dünya modelində kosmos-xaos münasibətlərinin semantikasını da öyrənmişdir. Bütün bölmələrdə olduğu kimi, bu bölmədə də ritual sistemi və onun söz ehtiyatları qarşılıqlı əlaqədə öyrənilmiş, yas mərasiminin qazax cəmiyyətindəki funksional semantikası təhlil olunmuşdur.

Tədqiqatın "Ailə folklorunun tarixi poetika məsələləri" adlanan sonuncu bölməsində qazax "folklor şüurunun" poetik obrazları təhlilə cəlb olunmuşdur. Bu təhlillə, Kenjexan Matıjanov, əslində, sözü gedən obrazları ilk dəfə öyrənmişdir. Belə ki, "xalq yaradıcılığının bədii dünyasının, onun poetik ölçülərinin öyrənilməsi, – müəllifin yazdığı kimi, – qazax folklorşünaslığının qarşısında duran məsələdir". Bunun öyrənilmə zərurəti isə ondan irəli gəlir ki, "folklorun, xüsusilə mərasim folklorunun cövhərini, mayasını ritual dünyaduyumu, mərasimi düşüncə təşkil edir". 

Kenjexan Matıjanovun bu fikri, təbii ki, bütün folklor mətnlərinə aid olub, folklorun öyrənilməsində mərasim faktorunun nə qədər vacib olduğunu ortaya qoyur. Bu cəhətdən, belə hesab edirik ki, müəllifin bu fikri Azərbaycan folklorşünaslığı üçün də nəzəri-metodoloji baxımdan aktualdır.

Monoqrafiyada son dərəcə zəngin folklor materialları əsasında fundamental fikir bazası formalaşdırılmışdır. Bu cəhətdən, Kenjexan Matıjanovun əsərində onun milli materialın təhlili nəticvəsində əldə etdiyi dərin nəzəri məzmuna və metodoloji perspektivə malik yeni fikirləri, nəticələri vardır. Müəllifin əldə etdiyi həmin nəticələrə görə:

– Qazax ailə-məişət folklorunun qeydə alınma, toplanma, nəşr və tədqiq tarixi erkən orta əsrlərə gedib çıxır.

– Ailə-mərasim folkloru insan həyatının mərhələlərini (doğum – yaşlanma – ölüm) müşayiət edən mərasimlər əsasında meydana çıxmış və formalaşmışdır.

– Qazax ailə-məişət folklorunun janr növləri içərisində körpə bəsləmə folkloru ("əlpeştey folklorı") xüsusi yer tutur. 

– "Toy folklorunun janrdaxili növləri bir-birindən tematika və məzmun, ifa tərzi, mərasim folkloruna münasibəti, nəğmələrin növləri baxımından ayrılsa da, onların funksional yükü və məqsəd yönləri eynidir. 

– Qazax ailə-mərasim folklorunun qədimlik və məzmunun zənginliyi baxımından xüsusi janrlarından biri yas folklorudur ("azalay folkorı").

– Qazax ailə-mərasim folklorunun poetikası ümumən bütöv qazax folklorunun çərçivəsisndə qurulan və funksionallaşan mürəkkəb bədii fenomendir.

– Formulluq (formullaşma) – folklor poetikasının ümumi imamnent (özünə aid olan) xassəsidir. Bir poetik (estetik) kateqoriya kimi formulluğun dərk olunması    folklor poetikasının anlaşılmasının, bədii formanın konkret tarixi ölçülərinin aşkarlanmasının, "ümumi yerdə toxunmuş" folklor mətnlərinin semantikasının başa düşülməsinin dəyişilməz şərtidir.  Kenjexan Matıjanovun son qənaətinə görə, ailə-mərasim folkloru – metafor, epitet, müqayisə, simvolik obrazlar baxımından parlaq janr hadisəsidir. Bu da onun öyrənilməsini folklorşünaslıq üçün zəruri hadisəyə çevirir.

Belə hesab edirik ki, alimin bu sözləri bütün türk folkloruna, o cümlədən  eyni dərəcədə Azərbaycan folkloruna da xasdır. Azərbaycan folklorşünaslığında ailə-məişət folklorunun öyrənilməsi ilə bağlı çoxlu sanballı tədqiqatlar vardır. Onlarda ailə-məişət folkloru həm mərasimlər, həm bədii mətnlər baxımından geniş şəkildə tədqiq olunmuşdur. Kenjexan Matıjanovun tədqiqatı ilə tanışlıq göstərdi ki, alimin bu əsəri müqayisəli kontekstdə çox böyük əhəmiyyətə malikdir. Bu cəhətdən, belə hesab edirik ki, sözü gedən monoqrafiyanın Azərbaycan dilinə tərcümə edilib çap olunması Azərbaycan ritualistikası üçün çox dəyərli töhfə olardı.

Prof. Qalib SAYILOV

Prof. Seyfəddin RZASOY




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiyada Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxarıldı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri "axmaq" adlandırdı

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ