çərşənbə günü, 07 oktyabr 2026
     

"Xatirə Kitabının nəşrləri şəhidlərə qoyulan ölməz abidələrdir" - şəhid xatirəsinə möhtəşəm toplantı...

Image


Şəhidləri ölməz, əbədiyaşar edən amillərdən biri onların Vətən qarşısında öz borclarını təmənnasız yerinə yetirmələridir. Vətən də canını ona vəda edən, qanını torpağına qatan oğulları heç zaman unutmur. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası uzun illərdir ki, Vətən şəhidlərinin solmaz xatirəsini əbədliləşdirməklə, kitablaşdırmaqla, filmləşdirməklə məşğul olur. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub və bu cildlərin hər biri də bir canlı əsərdir. Elə filmlər də. İndiyə kimi Redaksiya "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 şəhid haqqında dəyərli filmlər çəkib və onlardan 4-ü əvvəlki dövrlərdə təqdim edilib, yeni çəkilən 4-ü isə dekabrın 20-də Nizami Kino Mərkəzinin böyük zalında təqdim olundu. Respublikanın nüfuzlu şəxslərinin, millət vəkillərinin, ictimai-siyasi xadimlərin, ədəbiyyat, sənət adamlarının, media kapitanlarının, dövlət qurumlarının, ictimai təşkilatların təmsilçilərinin, hərbiçilərin, müharibə veteranlarının, şəhid ailələrinin qatıldığı təqdimat mərasimi sözün həqiqi mənasında şəhidlərimizin müqəddəs ruhuna layiq tədbir oldu. 

Layihə müəllifi və direktoru Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nuru olan "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında çəkilmiş növbəti 4 film Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Filmlərin nümayişindən əvvəl ölkənin tanınmış simaları Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyəti gördüyü işlərlə bağlı danışdılar, maraqlı fikirlər, təşəbbüslər səsləndirdilər.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub 

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı tədbir iştirakçılarını salamladı. Azərbaycanın dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin xatirəsi işığında çıxış edən aparıcı bildirdi ki,  müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Redaksiya barədə məlumat verən aparıcı vurğuladı ki, bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Qeyd edildi ki, bu kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, "Heç kim unudulmur, heç nə yaddan çıxmır!".

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. 

"Şəhidlər ölməz, Vətən bölünməz!" 

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır!.

Aparıcı qeyd etdi ki, xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir. Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. O vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində bu kimi filmlər böyük əhəmiyyət kəsb edir.

"Xatirə Kitabı öz üzərinə düşən missiyanı..."

Aparıcı Redaksiyanın fəaliyyəti ilə bağlı geniş məlumat verdikdən sonra sözü millət vəkili Aydın Hüseynova verdi. Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyətini təqdir edən A.Hüseynov bildirdi ki, bu redaksiyanın ülu öndər tərəfindən yaradılmasının xüsusi əhəmiyyəti var: "Hesab edirəm ki, Xatirə Kitabı öz üzərinə düşən missiyanı, ən başlıcası isə ulu öndər Heydər Əliyevin tapşırıqlarını, tövsiyələrini çox böyük uğurla həyata keçirir. Qarşılarına qoyulan məqsədləri çox gözəl şəkildə yerinə yetirə bilirlər. Buna görə Xatirə Kitabı Redaksiyasının rəhbərliyinə, kollektivinə təşəkkür edirəm".

Redaksiyanın həyata keçirdiyi layihələri təqdir etdiyini bildirməklə yanaşı  qeyd etdi ki, görülən işlər şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Şəhid ailələrinə hörmətini ifadə edən millət vəkili qeyd etdi ki, şəhidlərə həsr edilən tədbirdə iştirak etməklə qürur duyur.    

Millət vəkilinin cıxışından sonra aparıcı bildirdi ki, Xatirə Kitabı yeni kitablar, yeni layihələr istiqamətində işləyir və gələcəkdə yeni örnəklər təqdim ediləcək. 

"Respublika Xatirə Kitabının timsalında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bütün başqa ölkələrin təcrübəsindən fərqlidir"  

Z.Eldarqızı qeyd etdi ki, Respublika Xatirə Kitabı redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. Sonra isə Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Bakı-Xəbər" media qrupunun rəhbəri Aydın Quliyevə söz verdi. Çox maraqlı fikir və təkliflərlə çıxış edən A.Quliyev "Bizim cəmiyyətimiz hələ yaşayır, döyüşür, vuruşur və şəhidlərin xatirəsini belə əziz tutursa, yaşatmaq fikrindədirsə, onun üçün vaxt sərf etməkdən qızırqalanmırsa, demək bu millət həqiqətən də məğlubedilməzdir. Bu gün Xatirə Kitabı Redaksiyanın ərsəyə gətirdiyi sənədli filmlərin təqdimatına yığışmışıq. Bütün bunlar hamısı Respublika Xatirə Kitabının çiynində daşıdığı böyük tarixi missiyanın hissələridir. Bu missiya həqiqətən də böyük missiyadır. Bilirsiz ki, dünyanın bütün ölkələrində dövlətlər vətən uğurunda həlak olan və qəhrəman hesab etdikləri insanların xatirəsini müxtəlif formalarda əbədiləşdirirlər, heykəllər qoyurlar, əsərlər yazırlar və sair. Amma bunun Xatirə Kitabı olaraq bir missiya daşıyan təşkilatın yaradılması formasında əbədiləşdirilməsi unikal bir Azərbaycan təcrübəsidir. Xatirə Kitabını yaratmaq və onun fəaliyyəti ilə şəhidlərin xatirəsini əbədiləşdirmək rəhmətlik Heydər Əliyevin unikal tapıntılarından biri idi. Respublika Xatirə Kitabının timsalında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bütün başqa ölkələrin təcrübəsindən fərqlidir"-deyə bildirdi.

A.Quliyev qeyd etdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə təkcə  Xatirə Kitabı məşğul olmur, bütün dövlət qurumları məşğul olur və başda ölkə başçısı olmaqla şəhidlərimizin xatirəsini əbədiləşdirmək işi ölkəmizdə fasiləsiz, davamlı bir prosesə çevirilib. "Respublika Xatirə Kitabının həyata keçirdiyi missiyanın özəl xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, I və II Qarabağ müharibələri zamanı həlak olanların xatirəsi əbədiləşdirilir. İndiyə qədər neçə-neçə cildlik kitablar buraxılıb, bunlar hamısı dəyəri əsərlərdir". A.Quliyev təklif etdi ki, Xatirə Kitabı Redaksiyasının ayrıca bir ofislə təmin olunması, fəaliyyətinin genişləndirilməsi, buraxılan kitablarının sayının artırılması, o nəşrlərin Azərbaycanda, o cümlədən də diasporun xətti ilə xaricdə yaşayan azərbaycanlılar arasında yayılması, müxtəlif xarici dillərə tərcümə edilib təqdim edilməsi arzuediləndir.   

"...Heç zaman öz şəhidlərimizi unutmuruq" 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova da çıxışında tədbir iştirakşılarını Müdafiə Nazirliyi rəhbərliyi adından salamladı və qeyd etdi ki, Müdafiə Nazirliyi daim şəhid ailələrini diqqətdə saxlayır, onlara həssas münasibət bəsləyir. Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü misilsiz işləri xüsusi dəyərləndirən Z.Səmədova "Mənim üçün şəhidlərlə bağlı hər bir tədbir dəyərlidir. Biz fədakar və xoşbəxt xoşbəxt millətik, çünki heç zaman öz şəhidlərimizi unutmuruq"-deyə bildirdi. 

Natiqlərin çıxışından sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş olundu. 

Bu filmlərdə nakam, lakin qəhrəman, cəsur Azərbaycan oğullarının həyatı, döyüş yolu vərəqlənir, həyat yoldaşına "birdən şəhid olaram, başınızı aşağı dikməyin" vəsiyyətini edən  Dəyanət Əliyevin övladlarının, həyat yoldaşının,  anasının, qardaşının ağlayan ürəyi, əyilməyən qüruru danışdı, bəy gərdəyinə girməyən Məhəbbət Quliyevin, həyatsevər, vətənsevər Murad Əsədovun və Toğrul Abbasovun qısa, eyni zamanda zəngin həyatı, döyüş yolu əzizlərinin dilindən səsləndi. Şəhidlərin ata-anası, qardaş-bacısı, yaxınları kimi bu həyat dastanları, kədər biçimli qəhrəmanlıq epopeyaları hər birimizi ağlatdı, həm də qürurlandırdı... 

"Bu filmlərdə vətən daşından vətəndalığa gedən yolu göstərməyə çalışdıq" 

Filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru "Biz şəhidimizi nə qədər seviriksə, Vətənimizi də o qədər sevirik, Vətənimizi nə qədər seviriksə, şəhidimizi də o qədər sevirik. Şəhidlərimizin vətənin daşına çevirilməsi o daşın müqəddəsləşdirilməsidir. Bu filmlərdə vətən daşından vətəndaşlığa gedən yolu göstərməyə çalışdıq"-deyə bildirdi. 

Şəhid atası Əmirsoltan Abdullayev də çıxış etdi və Xatirə Kitabının həyata keçirdiyi misilsiz işlərin şəhidlərin xatirəsinə böyük töhfə olduğunu bildirdi. 

"Şəhdilər ölmürlər, onların ruhları əbədiyaşardır" 

Tədbirin sonunda Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək bütün iştirakçılara təşəkkürünü bildirdi. "Şəhdilər ölmürlər, onların ruhları əbədiyaşardır. Bu dünya yaxşılarındır, fədakarlarındır. O oğullar Vətənə etdikləri yaxılıqları ilə şəhidlik zirvəsinə çatdılar. Bu gün burada onları yad edirik. Bilirsiz ki, şəhid anaları ilə mütəmadi görüşlər keçirirəm, hər gün qapımızı şəhid anaları açır. Bütün sullara cavab tapmaq olar, amma şəhid analarının gözlərindəki suallara cavab tapmaq mümkünsüzdür"-deyə N.Məmmədova qeyd etdi. 

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ