şənbə günü, 10 oktyabr 2026
     

Yaradıcılıq ittifaqları arasında «Bakı-2015» I Avropa Olimpiya Oyunlarına dəstək genişlənir

Image


Xəyal Rza: «Şair və yazıçılar da bu Oyunlara dəstək məqsədilə yazılar yazacaq, bədii-publisistik örnəklər yaradacaqlar»

Fariz Çobanoğlu: «Bu tədbirin Azərbaycanda keçirilməsi həm də ona görə maraqlı və arzuediləndir ki...»
«Bakı-2015» Birinci Avropa Olimpiya Oyunlarının ilk ocağı, ilk ünvanı Azərbaycan torpağı, əsrarəngiz Bakı şəhəri olacaq. Dövlətimizin böyük dəstək verdiyi, vətəndaş cəmiyyətinin, insanların dəyərləndirdiyi Olimpiya Oyunlarının paytaxtımızda keçirilməsi böyük tarixi hadisədir.
Bu bir tərəfdən Azərbaycan tarixinin, mədəniyyətinin, idmanının, yaşam tərzinin, uğurlarının, inkişafının dünyada təbliği, tanıdılması, başqa bir tərəfdən, Azərbaycanın sülhpərvər, demokratik, tolerantlığın hökmran olduğu bir dövlət olduğunu bəyan etmək deməkdir. Keçən yazılarımızda da qeyd etmişik ki, Azərbaycan dövləti bu Oyunların Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb və idmançıları, turistləri, qonaqları qarşılamağa hazırdır.
Bilirik ki, artıq yaradıcı təşkilatlar, qurumlar, sənət adamları-bəstəkarlar, rəssamlar, şair və yazıçılar bu sahəyə öz töhfələrini verir, memarlar, mühəndislər tikinti-quruculuq işlərində yaxından iştirak edirlər. Bu da o anlama gəlir ki, Azərbaycan xalqı dövlətin yanındadır və onların söz-əməl birliyi mövcuddur.
Mövzu ilə əlaqədar keçən yazımızda Bəstəkarlar İttifaqının sədri, görkəmli musiqiçi Firəngiz xanım Əlizadənin fikirlərinə, bəstəkarların, musiqiçilərin, musiqişünasların «Bakı-2015» Birinci Avropa Oyunlarına verəcəyi töhfələrdən, onların bu sahədə gördüyü işlərdən danışmışdıq. Bu dəfə isə üz tutduq Azərbaycan Yazıçılar Birliyinə. Birliyin rəsmi münasibəti ilə yanaşı, Yazıçılar Birliyi olan qələm adamlarının da fikirlərini öyrəndik.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza «Bakı-Xəbər»ə bildirdi ki, «Bakı-2015» Birinci Avropa Olimpiya Oyunları ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayan gündən bu tarixi hadisəyə AYB olaraq dəstək göstəriblər: «AYB-nin bu barədə xüsusi layihəsi yoxdur. Amma dövlətin həyata keçirdiyi bu işə həmişə dəstək oluruq. Bizim saytda «Bakı-2015» Birinci Avropa Olimpiya Oyunlarının loqosu, emblemi və başqa atributları yerləşdirilib, o cümlədən də bu Oyunlarla bağlı yazılar burada yer alır. Saytımıza qoyuruq yazıları».
Birinci Avropa Olimpiya Oyunlarına yazıçı və şairlərin, ədəbiyyatşünasların dəstəyinə və onların yeni poetik nümunələr, publisistik məqalələr yaratmasına gəlincə, X.Rza bildirdi ki, bəli, dəstək yazıları çap olunacaq, bu sahədə bədii-publisistik yazılar nəşr ediləcək: «Azərbaycan Yazıçılar Birliyi bu Oyunları dəstəkləyir. Şair və yazıçılar da bu Oyunlara dəstək məqsədilə yazılar yazacaq, bədii-publisistik örnəklər yaradacaqlar. Artıq onlar çap olunmağa başlayacaq. Açığı, bizim özümüzün, yəni ədəbiyyat adamlarının Birinci Avropa Olimpiya Oyunları ilə bağlı bir dəstək layihəmiz var, ancaq hələ təsdiq edilmədiyi üçün geniş açıqlama verə bilmirəm. O layihəni həyata keçirə bilsək yaxşı olacaq».
AYB üzvü, tanınmış şair-publisist Fariz Çobanoğlu bizimlə söhbətində bildirdi ki, bütün şair və yazıçılar «Bakı-2015» Birinci Avropa Olimpiya Oyunlarına dəstək verməlidir. Onun sözlərinə görə, bu Oyunların keçirilməsi üçün Azərbaycanın, paytaxtımız Bakının seçilməsi bütün mənalarda böyük hadisədir: «Bir qələm adamı kimi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirəm. Dünyada belə bir Oyunlar, yarış ilk dəfə keçirilir və ona da Azərbaycan ev sahibliyi edir. Bu böyük tarixi əhəmiyyətə malik olan hadisədir. Burada təkcə Azərbaycan idmanla deyil, eyni zamanda mədəniyyəti, ədəbiyyatı, kitabı-kitabxanası, xalq sənəti, mətbəxi və başqa dəyərləri ilə təmsil olunacaq. Bu bizim özümüzü dünyaya bir daha təqdim etməyimizə şərait yaradacaq. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı güclü şəkildə inkişaf edib ki, belə bir Oyunlar bizim ölkəmizdə keçirilir. Dövlətimizin gücü var ki, bu baş tutur. Fikrimcə, Azərbaycan şair və yazıçıları, publisistləri, ədəbiyyatşünasları bu işə töhfələrini verməlidir, bədii nümunələr, şeirlər yaratmalıdır. Bu mövzuda məzmunlu bədii-publisistik yazılar, məqalələr yazılıb çap olunmalıdır».
F.Çobanoğlu hesab edir ki, Olimpiya Oyunları zamanı kitab sərgiləri, rəsm əsərlərinin nümayişi təşkil olunacaq, Azərbaycan xalçaları, musiqisi, mədəniyyəti qonaqlara təqdim ediləcək. Onun sözlərinə görə, hazırda bu sahədə ciddi hazırlıq işləri həyata keçirilir və Azərbaycan dövləti, ictimaiyyəti, yaradıcı insanları, mediası, vətəndaş cəmiyyəti Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün səfərbər olunub: «Bu gün bütün qüvvələrimiz, səylərimiz birləşib. Xalq dövlətin, dövlət də xalqın yanındadır. Onlar bir-birindən enerji almasa, bir-birinə dayaq olmasa, müsbət nəticə əldə olunmaz. Azərbaycan dövləti, hökuməti və xalqı arasında böyük harmoniya, bağlılıq var. Bu tədbirin Azərbaycanda keçirilməsi həm də ona görə maraqlı və arzuediləndir ki, biz burada Qarabağ həqiqətlərini də dünyaya çatdıra bilərik. Turistlər, idmançılar bu Oyunlar zamanı şəhərimizlə, şəhərimizdəki mədəniyyət ocaqları, orada açılan sərgilərdəki Qarabağla bağlı kitablar, materiallar, rəsm əsərləri ilə tanış olacaqlar. Bizim dünyaya deyəcək çox sözümüz var. O sözü deyəcəyik».




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ