"Fikrimcə, Bakı Sirkinin binası şəhərin mərkəzində və daha geniş ərazidə olmalıdır”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media rəhbərləri ilə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, sirkin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır: "Bu günlərdə sirkin yanından keçirdim, gördüm ki, o binanın xarici görünüşü qənaətbəxş deyil. Qeyd etməliyəm ki, sirkin daxili infrastrukturu yaxşı vəziyyətdədir. Cənab prezidentin tapşırığına əsasən 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşısı seçiləcək. Mən inanıram ki, sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır”.