çərşənbə günü, 07 oktyabr 2026
     

Təbrizin ürəkləri yandıran zəngin folklor nümunələri...

Image


Cənubi Azərbaycan ərazisi qədim türklərin ana vətənlərindən biridir. Bu coğrafiya xalqımızın çox əski zamanlardan formalaşdığı, ayaqlandığı, öz mədəniyyətini, bənzərsiz söz incilərini yaratdığı bir məkandır. Əlbəttə, tarixin ayrı-ayrı dövrlərində aparılan arxeoloji qazıntılar zamanı əcdadlarımızın izləri, yaratdıqları xəzinələr, sənət inciləri üzə çıxarılıb.

Urmiya gölünün sahillərində aparılan arxeoloji qazıntılar zamanı türk mədəniyyətinin saysız inciləri aşkarlanıb. Bu gün molla rejimi Urmiya gölünü qurutmaqla tarixi mədəniyyətimizin izini itirməyə çalışır. Bir məqamı da qeyd edək ki, Güney Azərbaycan aşıq sənətinin ilkin ocaqlarından biri kimi bilinməkdədir. Sazlı-sözlü güneyin saz sənətindən, adı bəlli aşıqlarından bu dəfə söhbət açmayacağıq, indi xalq yaradıcılığından, ağız ədəbiyyatından, kədər-qəm butalı bayatılarından danışacağıq. Azərbaycan folklor mədəniyyətinin zəngin yartırımlarından biri məhz Güney Azərbaycandadır. Güney Azərbaycan Folkloru VII cildliyi də nəşr eidlib. Nəşr AMEA-nın Folklor İnstitutunun Güney Azərbaycan Folkloru şöbəsi tərəfindən həyata keçirilib. Azərbaycan folklorunun ən qədim janrlarından biri məhz bayatılardır. Bu bayatıların ən incə, ən zərif örnəklərini güneyli dədələrmiz, nənələrimiz yaradıb. Fars-molla rejimi tərəfindən dilimiz qadağan edilsə də, mədəniyyətimiz basqılara məruz qoyulsa da, sazımız 40 il sandıqda saxlanılsa da, dilimizdə təhsil almaq mümkünsüz olsa da, ana dilimizi folklorumuz, nənələrimizin, dədələrimizin bayatıları, nağılları, rəvayətləri yaşadıb. Folklor dilimizin bir nömrəli yaşayıdıcısı kimi özünü təsdiqləyib. Xalqın dili qadağan ediləndə folklora üz tutub, özünü onunla saxlayıb, dilimizi o cür qoruyub. Qoca Təbriz, uca Təbriz, ana Təbriz, gözümüzün nuru Təbriz, qəhrəmanlar diyarı, igidlər məsgəni Təbriz, sənin incə bayatıların, bizi həyata bağlayan sözün-söhbətin düşmənə bir ayrı cür dərd verir. Dərdin dağlara daşlara, düşmən başına ağsaçlı ana Təbriz!

Bu gün molla rejimi tərəfindən qan gölünə çevrilən Güneyimizin söz sənətini, folklorunu, bayatılarını, tarixini təbliğ etmək, onu yeni nəsilə çatdırmaq borcumuzdur.

Tədqiqatçı Almaz Həsənqızı “Folklorşünaslıqğa giriş” kitabında qeyd edir: “...İran adlanan ərazidə   otuz beş milyona qədər Azərbaycan türkü yaşayırsa, bu da oradakı folklor mətnlərinin nə qədər zəngin və sayının hədsiz dərəcədə çox olduğunu göstərməyə kifayətdir. Təəssüf ki, hələ də bu zəngin irsin toplanması, nəşri, məlum sə- bəblərə görə, böyük çətinliklərlə başa gəlir. Təbii ki, Azərbaycanın Güneyində folklor materiallarının toplanması işinə nə qədər maneələr törədilsə də, bu istiqamətdə müəyyən qədər işlər görülmüşdür. Belə ki, AMEA Folklor İnstitutu “Güney Azərbaycan folkloru” silsiləsindən beş kitabı nəşr etdimişdir. Lakin bir fakta nəzər salmaqla bu sahədəki vəziyyəti aydın təsəvvür etmək mümkündür...Bununla belə, Güneydə folklorla bağlı az da olsa, tədqiqatlar aparılmışdır. Azərbaycan folklorşünaslığına həsr edilən kitablarda bu araşdırmaların nəzərə alınması, təhlilə cəlb edilməsi də folklorşünalarımız qarşısında duran vacib məsələlərdir”.

Qeyd ediliyi kimi, Güney Azərbaycanda folklor örnəklərinin toplanılması işinə ciddi maneçilik törədilir. Əlbəttə, mollakratiya rejiminin əsas məqsədi dilimizi, mədəniyyətimizi silməkdir. Amma bunu bacara bilməyəcək...

Bu gün Güney Azərbaycan özünün çox həssas bir məqamını yaşayır. Biz də soydaşlarımızla, qandaşlarımızla həmrəyik, həmfikirik, onlara ciddi dəstək dururuq. Zaman olub ki, Güneyli Quzeyli Azərbaycan bir olub və onda Arazı azarlayan, həsrət çayına çevirən bayatılar bəlkə də olmayıb. O tay-bu tay həsrətilə yaranan bayatılar yəqin ki, son 200 ildə yaranıb. Gülüstan, Türkmənçay müqaviləsindən sonra böyük Azərbaycan cənublu şimallı Azərbaycana çeviriləndən sonra yaranıb bu bayatılar. Ayrılıqların, həsrətin, acıların səsinə çevirilib bu bayatılar. Bəlkə də əvvəllər Arazın suyu belə acı deyildi, çünki anaların göz yaşları ona qarışmamışdı, belə ahlı-naləli deyildi, anaların ahı tökülməmişdi ona. Təbriz Bakı yollarına göz dikən analar, nənələr hansı bayatıları dərdlərinə dərman bilməmişdilər.    

Araz, Araz Xan Araz!
Sultan Araz, xan Araz!
Çayın, çeşmən qurusun,
Mənim təki yanƏ, Araz!

Araz gəlir daşınnan,
Suyu qalxır başınnan.
Əzəli dumduruydu,
Bulandı göz yaşınnan.

Niyə də göz yaşından bulanmasın ki. Səməd Behrənginin, daha neçə-neçə Azərbaycan aydınının qətlinə fərman verilib Arazda.

Araz gəldi, yan axdı,
Dibindən min can axdı.
Vətən sarı baxanda,
Ürəyimdən qan axdı.

Ürəyindən qan axan da Araz oldu həmişə. Araz, xan Araz, bizi ikiyə bölən Araz hamıdan çox dərd çəkib. Dərdinə dərman kim olub ki? İrtica rejiminin basqıarı altında folklorumuzu yaşadan güneylilər dilimizə, mədəniyyətimizə sahib çıxıblar.   

Arazdan keçən də var,
Suyundan içən də var,
Qardaş adı çəkəndə,
Ürəyi keçən də var.

Bu bayatını da özü o tayda qardaş-bacıları bu tayda həsrətlə alışıb yananlar yazıb. Ürəyinə daş bağlaya bilməyib gecə-gündüz Araz boyu qaçıb sulara yalvaran bacılar oxuyub bu bayatını. Oxuyub ki, bəlkə yellər naləsini qardaşına yetirə.

Gözü bir cüt çeşmə olanlar, ayrılıq dəmini hiss edib qəlbindən oxlananlar Araz boyu oxudular.

Araza gəmi gəldi,
Mən dedim hami gəldi
Sən ağla, ay gözlərim
Ayrılıq dəmi gəldi.

Arazda axar qaldı,
Tərlan uçdu, sar qaldı.
Elimdən ayrı düşdüm,
Gözlərim baxar qaldı.

Bu gün də Təbrizin dərdinə dərman olmaq əlimizdən gələni etməyə hazırıq. Təbii, Təbriz də bizim elimizdir, özü də ən böyük, ən qədim elimiz...

Keçmə, Araz dərindir,
İçmə, suyu sərindir.
Həsrət baxan bu ellər,
Sənin də ellərindir.

Heç yadımızdan çıxmaz, keçən əsrin 90-cı illərinin əvvəllərində Şəhriyarın şeirlərini və Təbriz bayatıları yazılan vərəqləri tutiyə kimi gözlərimizə tuturduq. Məhəmmədhüseyn Şəhriyarın şeirilərini, xüsusən də “Heydər babaya salam” poemasını əzbərləyirdik, o bizə güneyimizdən gələn töhfə idi. Hələ Təbriz ruhlu, Təbriz bayatıların içimizə saldığı odu demirik.

Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı
Dərmanı qızda qaldı.

Təbriz üstə Marağa,
Zülfün gəlməz darağa
Sən mənimsən mən sənin
Düşmə özgə marağa.

Bu bayatının yükü nə boyda idi Tanrı, bir Təbriz boyda idi, əziz idi, gözəl idi...

Bu gün Cənubi Azərbaycandakı soydaşlarımız öz milli hökumətlərini yenidən qurmaq üçün mücadilə verirlər, iki aydan yuxarıdır ki, soydaşlarımıza divan tutulur, amma onlar geri çəkilmirlər. Meydanlarda neçə-neçə təzə və köhnə yaralar qan verir, biz də sözümüzlə, təsəllimizlə o yaraları bərk bağlamlıyıq ki, qan dayansın..  

Araz axar yan verər,
Səsi mənə can verər.
Yaramı yaxşı bağla,
Pis bağlasan qan verər.

Güney Azərbaycandakı soydaşlarımız bu gün ayaqdadır və Tanrının köməkliyi ilə ədalət zəfər çalacaq və biz onda həsrət dolu bayatılar yox, sevgi, sevinc cilalı bayatılar, türkülər oxuyacağıq. Sözün tükənməsin Təbriz, Miyanə, Zəncan, Ərdəbil, Salmas, Marağa, Xoy, daha neçə-neçə adı bəlli, tarixi, sahibi bəlli qayım-qədim ellərimiz.

Arazın başı mənəm,
Dibinin daşı mənəm.
Hər yanda qərib olsa,
Onun yoldaşı mənəm.

Bütöv Azərbaycanın qan damarı Araz, sən bu dəfə əbədi olaraq xalqımızı, torpağımızı birləşdirəcəksən, adın daha ayrılıq çayı olmayacaq. Az qalıb. Çox az qalıb...

Arazı ayırdılar,
Qum ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zor ilə ayırdılar-

Bayatısı güneyli qüzeyli Azərbaycanın, dünya azərbaycanlıların dilinin əzbərinə çevirilib, molla rejimini də məhvərindən silkələyib. Yeri gəlmişkən, bir sıra mənbələrdə yazılır ki, bu bayatının müəllifi xalq şairi Bəxtiyar Vahabzadədir. Olsun. Bəxtiyar Vahabzadə də bütün həyatı boyu Azərbaycanın birləşməsi uğurunda mücadilə verib, ölməz “Gülüstan” poemasını yazıb...

Araz axar lil ilə
Dəstə-dəstə gül ilə
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.

Bu da Araz bayatısıdır, sevgi cilalı, sevgi butalı bayatı.

Əziz oxucular, biz bundan sonra hər gün Güney Azərbaycan tarixi, mədniyyəti, coğrafiyası, yaşamı, folkoru, aşıq sənəti, ədəbiyyatı barədə silsilə yazılar təqdim edəcəyik. Bizi izləyin. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ