şənbə günü, 10 oktyabr 2026
     

Milli musiqi mədəniyyətimizin elçiləri

Image


Böyük Dəhnə böyük bir kənddir. Ərazisinin böyüklüyü və əhalisinin çoxluğu kənd anlayışı ilə bir araya sığmasa da, o "kənd" adlanır. Burada yaşayan əhalinin davranışı, həyat və məişət tərzi də çoxdan kənd anlayışını ötüb keçib. Bu münasibətlər, adətən kəndlərdə olduğu kimi, yalnız qohumluq və qonşuluq prinsiplərinə deyil, cəmiyyətin birgəyaşayış qaydalarına əsaslanan mədəniyyət üzərində bərqərar olub.
Yüz illər boyunca burada yaşayıb - yaradan, artıb-çoxalan və bir-birini əvəzləyən nəsillərin öz torpağına, öz ailəsinə və nəsil köklərinə bağlı olması onların kəndin hüdudlarından kənarlara çıxmasına, daha geniş cəmiyyətin fəal üzvlərinə çevrilməsinə heç zaman mane olmayıb. İndi Dəhnədə doğulub boya-başa çatmış insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta dünyanın bir çox ölkələrində yaşaması və çalışması da heç kimi təəccübləndirmir. Və bəlkə də artıq elə bir ailə yoxdur ki, onun digər bölgələrdə və ya bəzi xarici ölkələrdə yaşayan üzvləri olmasın. Bununla yanaşı, onların Dəhnəyə bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu toplumun sağlam ənənələr üzərində yetişdirdiyi mədəniyyətin daşıyıcıları kimi öz elinə, öz yaxınlarına sədaqətli olmağı, öz yurdunu və elini sevməyi, dədə-baba yurduna etibarlı olmağı öyrəniblər. Bu sevgini, bu etibarı onlara aşılayan, təlqin edən onların əsl-nəcabətindən gələn yurd sevgisidir, əvvəlki nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq fərqlənən məhəllələrdən ibarətdir. Hər məhəllənin heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir çox hallarda kökləri keçən əsrlərdə yaşamış bir ailəyə gedib çıxan bir nəslin soyadı ilə bağlıdır. Və ən maraqlısı da budur ki, şəcərə davamçıları təkcə öz əcdadlarının və ulu babalarının soyadlarını deyil, həm də onların həyat tərzini, fəaliyyət sahələrini, sənətkarlıq və yaradıcılıq ənənələrini davam etdirməyə üstünlük verirlər.
Özünəməxsus özəllikləri ilə seçilən belə məhəllələrdən biri də Zakir kişinin yaşadığı Salahlılar məhəlləsidir. Təkcə Dəhnədə yox, bölgədə və ölkədə adı böyük ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçılarının timsalında bu daha aydın görünür.
Hələ 70-ci illərdə SSRİ mədəniyyət Nazirliyinin rəhbərliyi altında Şəki Xan Sarayının bərpası üçün diqqətlə seçilmiş bərpaçılardan biri də elə Zakir kişi olmuşdu. 200 yaşlı unikal bir abidənin bərpa işlərini icra edən adam isə sadə bir bərpaçı deyil, bu sənəti, bu nadir memarlıq abidəsini sevən və onun sirlərinə yaxşı bələd olan mahir bir sənətkar ola bilərdi. Zakir kişinin bu məharəti onu dülgərlik səviyyəsindən xalqın və hətta dövlətin də qəbul etdiyi sənətkar səviyyəsinə yüksəltmişdi. Amma Zakir kişinin istedadı bununla da məhdudlaşmırdı. O təkcə tətbiqi sənətin və tarixi memarlığın sənətkarı deyildi. Yüzlərlə, minlərlə Dəhnəlinin qəlbində Zakir kişi özünə daha çox musiqi sənətkarı kimi yer tutub. Bir zamanlar heç bir xüsusi dəvət olmadan bütün sakinlərin üzünə açıq olan kənd həyətlərində,səhərdən başlayıb getdikcə şiddətlənən nağara-zurna səsi istisnasız olaraq bütün kənd əhlini "dədə- baba" toylarımıza çağırardı. Bir neçə gün davam edəcək toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb gələn bu möhtəşəm musiqini böyük həvəslə səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən, öz işini böyük zövqlə görən və həmyerliləri tərəfindən sevilən daimi üzvü idi. Kənd əhlinin həvəslə və xüsusi bir şövqlə rəqs etdiyi zurna havaları - Tərəkəmə, Uzundərə, Şəki Yallısı toyların ən möhtəşəm musiqi nömrələri hesab olunurdu. Toya tamaşa edənlərin ən böyük əyləncəsi isə hər dəyişən musiqiyə uyğun olaraq zurnaçıların və nağarçıların üzlərində anbaan dəyişən mimikalarını izləmək idi. Belə anlarda Zakir kişinin sanki musiqinin onun içindən süzülüb gəldiyini göstərən üz cizgiləri və əl hərəkətlərii onun musiqiyə böyük sevgisini, ifa edirkən sanki xəyallarında ulu babalarına qovuşmasını ifadə edirdi. Bu səhnəyə tamaşa edənlər musiqiyə müqəddəs sevginin təzahürünü məmnuniyyətlə seyr edirdilər. Zakir kişinin musiqi sevgisi sözün əsl mənasında müqəddəs bir sevgi oldu. On uşaqlı böyük bir ailənin hər bir üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə yer tapdı və bu gün onlar da Zakir kişinin bu müqəddəs duyğularını yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar. Rəhimə, Gültəkin, Gülyaz, Gülyanaq hələ məktəb illərində məktəb bədii özfəaliyyət kollektivinin daimi üzvləri idilər. İstər məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə bu qızcığazlar artıq az qala böyük sənətkarlar kimi qarşılanırdı. Bu uğurlar onların adını Şəkidə də tanıtmışdı. Şəhər mədəniyyət şöbəsi özünün təşkil etdiyi ən mötəbər konsertlərdə Məmmədova bacılarının çıxış etməsini istəyər və onları tez-tez Şəkiyə dəvət edərdilər. Ona görə də bir gün ölkənin ən böyük salonunda - bu gün Heydər Əliyevin adını daşıyan möhtəşəm Sarayda Məmmədovların ailə ansamblı çıxış edəndə bu, Dəhnədə heç kimi təəccübləndirmədi. Əksinə, hələ hamının evində televizorun olmadığı bir zamanda Dəhnəlilər bu konserti izləmək üçün bir-birinin evlərinə toplaşar, konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən öyünərdilər. Kənd yollarında Zakir kişi və Sevdayə xala ilə rastlaşan hər bir şəxs qızların istedadına heyran olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
Bütün bunlardan sonra Zakir kişinin qızlarının - Rəhimə, Gülyaz və Gülyanağın bir-birinin ardınca Asəf Zeynallı adına musiqi məktəbinə və hamısının da məhz muğam şöbəsinə daxil olması gözlənilən bir hal idi. Özləri bir-birindən nə qədər fərqli olsalar da, hamısının eyni məktəbdə eyni ixtisası seçməsi də təsadüfi deyildi. Kifayət qədər ciddi baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin düşüncəli və zarafatcıl Gülyaz, ərköyün və səs-küylü Gülyanaq bacılarını bir amala doğru istiqamətləndirən, onları məhz musiqi sənətkarlığına sövq edən, çox güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsinin nəticəsi idi. Sonradan Rəhimə ailə həyatı qurması ilə əlaqədar bu yolu davam etdirməsə də, Gülyaz və Gülyanaq bacıları bu sənətə ömürlük bağlanmağı, bu sənəti həyatlarının mənasına çevirməyi bacardılar. Hamının arzuladığı və gözlədiyi kimi, uğurlar özünü çox gözlətmədi. Məmmədova bacıları tezliklə təkcə dəhnəlilərin və şəkililərin deyil, bütün ölkənin heyranlıqla izlədiyi böyük sənətkarlar kimi tanındılar. Böyük fədakarlıqla xalq musiqisinin bütün incəliklərini öyrənən bacılar az sonra bu qədim xalq sənətinin ecazkar gözəlliklərini ölkənin ən böyük səhnələrindən bütün xalqa təqdim etməyə başladılar. Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından fərqləndilər. İllər öncə bir ailənin "Əhsən" mükafatını, daha sonra bir kəndin "Afərin" alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth etdilər. Bu böyük el məhəbbətini onlara qazandıran isə bacıların sadəliyi, əməksevərliyi, sənət yollarında qarşılarına çıxan əzab-əziyyətlərə fədakarlıqla qatlaşmağı və nəhayət, sevib-seçdikləri sənətin mahir ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu sənəti seçib yüksək peşəkarlığa nail olmağa can atanlar da bunun nə qədər çətin olduğunu yaxşı bilir. Gülyaz və Gülyanaq bacılarını şəxsən tanıyanlar, onların həyat yoluna yaxından bələd olanlar öz heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin hər bir guşəsində onları böyük məhəbbətlə sadəcə "bacılar" adlandırırlar. Xalq tərəfindən onlara verilmiş bu "titul" öz-özlüyündə dərin bir məna daşıyır. Milyonlarla insanın "bacıları" olmaq səadəti, milyonlarla insan tərəfindən bacı kimi sevilmək şərəfi heç də hamıya nəsib olan bir şöhrət deyil. Belə böyük xalq məhəbbətinin örnəyini Gülyaz və Gülyanaqdan başqa hələlik heç bir sənətçinin taleyində izləyə bilmirik.
Onlar öz inadından dönmədi, hələ uşaqlıq dövründən könüllərinə hakim kəsilmiş sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl qoymadılar, qarşılarında duran çətinliklərdən qorxmadılar, dönmədən öz məqsədlərinə doğru can atdılar və nəhayət, milyonların ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbəti çox çətin sınaqlardan keçməklə qazanılır. Bacılar üçün bu sınaqlar artıq keçilmiş yoldur. Bu yolu onlar məharətlə, ləyaqətlə və böyük uğurlarla keçiblər. Gülyaz özünün iyirmi ildən artıq səhnə həyatında yorulmadan çalışıb. Dahi Üzeyir bəyin Leylisini, "Arşın mal alan"nında Tellini, Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasında Şahsənəmi, unudulmaz Şəfiqə Axundovanın "Gəlin qayası"nda Gülbaharı, Ramiz Mustafayevin "Vaqif", Üzeyir Hacıbəylinin "Koroğlu", Vasif Adıgözəlovun "Natəvan" operalarında və eləcə də"Rast" baletində Xanəndə qız obrazlarını böyük uğurla yaradıb, öz qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi yaşayıb. 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan bacıların onlarla tələbələri də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini qazanmışlar. Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş ölkənin ən möhtəşəm saraylarına qədər bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli musiqimizin ən gözəl nümunələrini dünya paytaxtlarında - London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vyana, Strasburq, Stokholm, Oslo səhnələrində məharətlə səsləndiriblər. Vilnüs, Kiyev, Minsk, Kişinyov, İstanbul, Ankara, Daşkənd, Almatı, Aşqabad, Tbilisi şəhərləri Məmmədova bacılarını ayaq üstə alqışlayıb. Gülyaz və Gülyanaq bacılarının Moskva, Sankt - Peterburq, Yekaterinburq, Sıktıvkar şəhərlərində dəfələrlə baş tutan konsertləri hər dəfə anşlaqla müşayiət olunub. Buenos-Ayres, Braziliya kimi ölkəmizdən çox-çox uzaqlarda yerləşən şəhərlərin musiqisevərləri Gülyaz və Gülyanaq bacılarının istedadına heyran qaldıqlarını məmnuniyyətlə söyləyiblər. Dünyanın dörd bir tərəfində milli mənsubiyyətindən asılı olmayaraq bütün tamaşaçıların qəlbini riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən Məmmədova bacıları sözün əsl mənasında Azərbaycanın musiqi mənəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli missiyanı milli musiqimizə məhəbbətlə və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq bacıları hələ uzun illər tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə aşılamağı yorulmadan davam etdirəcəklər.
Bacıların bu nəcib işə sərf etdiyi gərgin əmək onların milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat tərzi, həyat amalıdır. Əminəm ki, bu yolda onları hələ çox uğurlar gözləyir. Bu günlərdə isə ölkə Prezidentinin Fərmanı ilə Gülyaz və Gülyanaq Məmmədova bacılarına Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verildi. Bütün xalqın sevimli bacılarına - musiqi mədəniyyətimizin tədrisi və təbliği yolunda fədakarlıqla çalışan Azərbaycan Respublikasının xalq artistləri Gülyaza və Gülyanağa ən möhtəşəm sənət uğurları və səadət arzuları ilə.

Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ