çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

İçimdə bir Göyçə yanğısı gəzir…

Image


Bilirik ki, poeziya (bütünlükdə ədəbiyyat) zamanın ən qaynar hücrələrində bir neçə həqiqətlə əks edir - mifik, real, tarixi, mental əsaslı, şüurüstü, yaradıcı, qismən də formal. İnsan (oxucu) qəlbi bu həqiqətləri bir xarakterdə ehtiva etsə də, dövr, mühit ayrı-ayrı səmtlər tapır.

Lakin poetik düşüncə sahibləri zaman boşluğunda burulğanlara düşən gerçəkləri yox olmaq təhlükəsindən qurtarır, bununla yeni bir ideoloji işin əsasını qoyurlar. Heç şübhəsiz, istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mizahim Mehvalıoğlu da balanslaşmış orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana, real faktlara söykənərək leqal əhatəli fikirlər kəsb edir, kodlaşmış mənaları zehni təfəkkürə cəmləşdirir. Onun oxucu üçün maraq doğuran «İçimdə bir Göyçə yanğısı gəzir» şeiri də tutarlı, sanballı qələm nümunələrindən hesab olunur. Bu şeirdə ən başlıca komponent gerçəyə tapınmaqdır; müəllif mifik deyil, real fikrə ekskurs edir, duyğusal məqamları poetik-inandırıcı vahidlərə uyğunlaşdırır. Diqqət yetirək:

Orda təhlükə var, orda ölüm var,
Duru su həmişə dayaz görünür.
Özüm də bilmirəm nə üçün mənə
Yayın bu istisi ayaz görünür.

Bəlli olur ki, şair uzaq düşdüyü Vətənin hicranında bişib-qovrulur, əsarətdə olduğu üçün adını belə dilinə gətirməyə ar edir, «orada» kəlməsi ilə içindəki Vətən dərdinə susayır.

Həssas yaranmışam yaranışımdan,
Sözü bir baxışda anlaya billəm.
Adi səhv üstündə saf vicdanımla
Əbədi özümü danlaya billəm.

Beşgünlük dünyada kiminsə əsla
İnan, toxunmaram heysiyyatına.
Məni düşürdərlər, düşərəm deyə,
Minmərəm kiminsə köhlən atına.

Əslinə qalsa, Müzahim Mehvalıoğlunun fikir xəritəsində poetik an duyğusal tərənnümlə başlayır, pünhan məcralarda təlatümə uğrayır, sonra da bir anın içində daşlaşan gerçəklərə güzgü tutur. Bu misralarda da zəruri-effektiv və ictimai məna ürəkyaxıcıdır, müəllif mənəvi zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və ictimai-ədəbi məğzini maraqlı statuslar kimi təqdim edir. O, öz dürüstlüyünü hər şeydən uca tutur, “Məni düşürdərlər düşərəm deyə, Minmərəm kiminsə köhlən atına” deməklə göyçəlilərə xas əsl kişi qururunu itirmir.

Ustadım, ədibim, Xəlilim Rza,
Yatan şüurları oyada bildi.
Xalq üçün kim nəyi edə bildisə,
Onu daş da bildi, qaya da bildi.

Vətənin, millətin ağır günündə
Böyükdən, kiçikdən “mənlik” umurduq.
İçimiz saflıqdan yoğrulub deyə,
Qan-qada içində şənlik umurduq.

İstedadlı şair əslində, demək istəyir ki, mübariz xalq olduğumuz halda kimsədən kömək ummağa dəyməzdi və necə ki, biz bu gün öz Vətənsevərliyimizi sübut etmişik…

İçimizdə olan ağ satqınları,
Bir-bir asam gərək dar ağacımdan.
Hər hansı sifətlə, hər hansı yolla,
Çoxdu sallananlar bar ağacından.

Poeziya üçün (əsl zahirdə) həqiqət bütün gerçəklərin ictimai zərurətidir. Belə deyək, sözlərin şifrələnmiş şəkli də bu həqiqətə əsasən mifik-real təsəvvür verir və fikirlər özü də öz kod açılışlarında zahiri əlamətlər təcəssüm etdirir. Müzahim Mehvalıoğlu  məhz bu mənada bütün haqsızlıqları, Vətəni bir qəpiyə satmağa hazır tipləri kəskin qamçılayır, «Hər hansı sifətlə, hər hansı yolla, Çoxdu sallananlar dar ağacından» fikrinin çevrə daxilində (və xaricində) tarixi həqiqətlərə çıxış tapır. Bu proses onun özünə də bəlli edir ki, ictimai-bədii resursları bəzən mifik-kosmoloji proyeksiya ilə açmağa çalışmaq yaddaşdan itmək üzrə olan reallıqları balanslaşdırır.

Kiminsə əlindən bərk-bərk yapışıb,
Kiminsə yanını qaşıyır böhtan.
Həqiqət çəkilib, durub kənarda,
Qışqıra-qışqıra yaşıyır böhtan.

Heç yerdə əymərəm mən qamətimi,
Hacanın önündə baş əyirəm mən.
Onun xatirinə, onun eşqinə
Zirvə uçururam, daş əyirəm mən.

Müzahim Mehvalıoğlunun “Hacan” dediyi şəxs Böyük Göyçəli, ideal vətəndaş Orucov Hacan Qənbər oğludur. O, elə bir uca şəxsiyyət olmuşdur ki, aləm ruhuna minnətdarlıq edir. O, hətta qarşısında baş əyiləcək qədər ölməz insandır. Buna görə Müzahim Mehvalıoğlu “Heç yerdə əymərəm mən qamətimi, Hacanın önündə baş əyirəm mən” deyir.

Fikrimdə sərbəstəm, sözümdə qəti,
Əhdimdən, andımdan dönən deyiləm.
İçimdə bir Göyçə yanğısı gəzir,
Əbədi məşələm, sönən deyiləm.

Müzahim Mehvalıoğlunun şeirlərindəki zərrəvi zəmin bizə həyatın, dərdin, Vətən yanğısının ədəbi-coğrafi və ictimai komponentləri, uzunluq-en vahidləri barədə doğru-dürüst düşünmək cəsarəti verir. Məsələn, onun mentallığı əks etdirən «Göyçə yanğısı» obrazlıdır, bu obrazın bədii məsamələri çoxxassəlidir, mürəkkəb quruluşdadır. Andından dönməmək fəhmi onu əbədi məşəl olmaq barədə düşündürür. Şeirdəki müxtəlif təlatümlər də bu fəhm qarşılığında eyni məntiqə sirayət edir.

Çiçəyin yanında, gülün yanında,
Qanqalı, tikanı biçə bilmirik.
Su,- deyə od tutub yansaq da belə,
Arazın suyundan içə bilmirik.

Bu parçada da Vətən həsrəti ağırlaşmış, qabıq atmış dərd kimi ehtiva edir. Müəllifin içində yanğının hərarəti ətrafa od salır.

Hələ nə yaşım var, ay ismi-pünhan,
Uzaq etmə meydən, məzədən məni.
Köhnə xatirələr unudulmasın,
Qaytar o illərə təzədən məni.

Bəlkə də dərdin hansı ölçüdə olduğunu bilənlər bilərəkdən cəmiyyətdə «dəli» fəhmi ilə qərar tuturlar. Bu mənada, müəllif özünü mey-məzə əhatəsinə atmaq, həlli mümkün, lakin həllini tapmayan məsələlərin çınqısından çərləməmək üçün başını köhnə xatirələrlə qatmaq istəyir. Bu da bir reallıqdır və mütləqdir ki, barışmaq zorundayıq...

Hələ görünməmiş bir möcüzədi,
Sözdən köynək tikdim bilin, lələ, mən.
Özüm sahib durdum öz taleyimə,
Vermədim bəxdimi özgə ələ mən.

Bu aləm içində azından azı,
Qələmim yaşayar, sözüm yaşıyar.
Çoxunu isidər şaxdada, qarda,
Sönməz əsrlərlə közüm, yaşıyar.

Ömrümdə bircə yol sısqalaşmadım,
Qabaran, çalxanan çayam, onu bil.
Mənim nə işim var bu yer üzündə,
Səmada dolanan ayam, onu bil.

Ədəbi dəyərlər cəmiyyət prioritetləri ilə həmahəngdir. Sözün xidmətində duran hər kəs bu prosesin daşıyıcısı hesab olunur. Bu parçalardan aşkar görünür ki, parlaq istedadlı şair Müzahim Mehvalıoğlunun peşəkar ədəbi fəaliyyəti də cəmiyyət resurslarını özündə müfəssəl ehtiva edir. Onun yaradıcılığınının ədəbi və fəlsəfi predmeti şəxsiyyət faktorudur və bu müstəvidə o, məsuliyyət hissinin fövqündə durmağı bacarır...

Bu zərif gözəlin, bu zərif qızın,
Bənövşə həyası var görkəmində.
Belə olmalıdı bu xalqın qızı,
Əsla əskik deyil ar, görkəmində.

Mən də bir oğlunam, bir əsgərinəm,
Yanlışlıq etmərəm seçimdə, Vətən.
Nə gecəm bəllidi, nə də gündüzüm,
Toxluca yurd salıb içimdə, Vətən.

Öz doğulduğu kəndi – Toxlucanı bir Vətən hesab edən Müzahim Mehvalıoğlu oxucuda vətənpərvərlik hissini coşdurur, real obrazlarla gerçək əhatə qurur, münbit fikirlər axtarışına çıxır.

Böhtandan uzaqda, şərdən uzaqda,
Halal bir ocaqda dünyaya gəldim.
Bələdçilik etdi tər deyimlərim,
Şairlər içində mən saya gəldim.

Bir-birindən canlı və təravətli görünən bu misralarda (dediyimiz kimi) şəxsiyyət amili aparıcı xəttir. Müəllifin gəldiyi poetik qənaəti bu mental prosesin gündəliyi kimi də xarakterizə edə bilərik. Çünki illər, bəlkə də insan ömründən səssiz ötən xatirə köçü kimidir; qəlbinin qapısını nə vaxt tıqqıldadır, gözlərini məchul bir nöqtəyə nə zaman zilləyir, ruhunu səninlə necə qabaq-qənşər qoyur, xəbərin olmur, bir də görürsən ki, saçlarına «qar» yağıb, çöhrənə şeh düşüb...

Bu zalım rüzigar, qoca kainat,
Libas geydirməsin qaradan mənə.
Göyçə mahalıma qayıtmaq üçün,
Bir az macal versin Yaradan mənə.

Müzahim Mehvalıoğlu fikir və düşüncəmizdə öz ovqatını qəfil bir sıçrayışla görünməzliyə sövq edən insan surəti kimi diqqət çəkir. Ürkək duyğulu anların onun üçün xüsusi bir özəlliyi var. O, bu əhatədə qəlb cilalayır. O, bu işıqlı səmtdə ağ və qa­ra sevdaların cəngindədir. Onun «Bir az macal versin Yaradan mənə» fikri də bu qaynarlıqda təcəlla edir.

İçimin, çölümün rəngi eynidi,
Bir şair ürəyi daşıyıram mən.
Məni bağışlasın soyuqqanlılar,
Duyan ürəklərdə yaşıyıram mən.

Əlbəttə, “qanan adam üçün ölməyə dəyər” fikri şaie ürəyi daşıyan, duyan ürəklərdə yaşayan Müzahim Mehvalıoğlu üçün də bir ədəbi prioritetdir. Onun saf qəlblərdə məskən salmaq istəyi hər kəsin arzusudur…

Obaya tanıtdı, elə tanıtdı,
Atdan salan deyil bu ilham məni.
Bu yoldan çəkinib yana durmaram,
Yüz də eyləsəniz ittiham məni...

Oxucuya maraqlı gələ bilər ki, biz nə üçün Müzahim Mehvalıoğlunun təhlilə çəkdiyimiz bu fırtınalı şeirində gerçəklərə təsəvvüf kimi məna veririk. Diqqətlə nəzər salaq və görək bu şeir cəmiyyətə nəyi təlqin edir. Məsələn, insan var ki, gözlərinə baxdığın an ruhun gen küçələrində xəyal qatarının səsini eşidirsən. Bu səs səni təmiz, saf ənginliklərə aparır. Biz məhz bu mənada, Müzahim müəllimin gəldiyi ədəbi qənaəti formal deyil, real təpki ilə süsləyirik. Çünki şəxsiyyəti təmiz və pak olanlar Vətən üçün can fəda etməkdən çəkinməzlər. Çünki belə insanların surətlərindəki doğmalıq ruhunun işığı parlaq, qəlblərin saf, vicdanları bütöv olur. Müəllifin içindəki ləngər, çılğın haray, dəlisov-düşüncəli məmnunluq, bir də həqiqət hissi min il əvvəldən başlayan və bundan sonra hələ min il də davam edəcək real təbəddülatlara diqqət çəkir. Şeiri içimizin təşnəsi ilə oxuyub belə fikrə gəlirik ki, Müzahim Mehvalıoğlu zülmətin işığından sıyrılmağa can atan sevdaların köçünə qoşulub. Çöhrəsindəki Allah eşqi saf qəlbinə işıq salır. O, pak dualarının hənirində bir ömür cilalayır, varlığında təcəlla edən həyat duyğuları oxucularının yaddaş qapılarına parıltı səpir. Bu duyğusal anın fəhmindəki dürüstlük tarixlərin yaddaşında çırpınan gerçəklərə çağırışdır. Poetik-ictimai məğzindən bəhs etdiyim bu şeir əslində Vətən eşqində təcəlla edir, müəllif öz könül aləmini Vətən sevdaları ilə rəngləyib. Bu, onu uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur edir... Bəlkə də buna görə şeirin sonunda «Bu yoldan çəkinib yana durmaram,Yüz də eyləsəniz ittiham məni...» deyir və daim bu ovqatda qalacağına əminlik nümayiş etdirir.

Vətən, əslində, çox aydın hücrədir, onun geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz sadəcə, ruhsal yöndən onu xarakterizə edirik; vücudumuzda oyanan ləngərli çırpıntılar bizi gen vadilərdə üşüyən xatirələrə dartır. Bu minvalda poetik sahillərin ən isti çöhrəsində Müzahim Mehvalıoğlu qələmi ilə də qarşılaşırıq...

Şeirin qabarıq-ləngərli hissələrində biz müəllifin diq­qətimizdən yayınmayan narahat baxışlarına şahidlik edir, onun içində qəribə bir üşüt­mə görürük. Başadüşüləndir, çünki qəm acısından yorğun düşmüşə ancaq Vətən sığalı kar edər.

Eldar HƏSƏNLİ
Azə
rbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ