Cümə günü, 20 noyabr 2026
     

"Azərbaycan multikulturalizmi" fənni dünya universitetlərində multikulturalizmin Azərbaycan modelini təbliğ edir...

Image


Azərbaycan multikulturalizmi dünyada ən mütərəqqi model kimi qəbul edilir. Multikulturalizmin Azərbaycan modelinin alternativi olmadığı dəfələrlə ən yüksək səviyyədə vurğulanıb. Bu da məlumdur ki, multikulturalizm ölkəmizdə azərbaycançılığın vacib hissəsi kimi mövcuddur.
15 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan, mövcud multikultural modelləri təbliğ və təşviq edən qurumdur.
Bilirik ki, Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi həm ölkədə, həm də xaricdə Azərbaycanın multikulturalizm modelini geniş şəkildə tanıdır, təbliğ edir. Məlum olduğu kimi, Mərkəz davamlı olaraq respublika daxilində və ondan kənarda tədbirlər keçirir.
Diqqətçəkən məqamlardan biri odur ki, bu tədbirlər xarici ölkələrin ali məktəblərində keçirilir. "Azərbaycan multikulturalizmi" fənni dünyanın bir sıra universitetlərində keçilir və ortada böyük nəticələr var. Bu tədbirlərin əhəmiyyəti çoxdur, onlardan biri də xaricilərə Azərbaycanın yüksək səviyyədə tanıdılması məsələsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən "Bakı-Xəbər"ə daxil olan məlumata görə, Mərkəz xarici ölkələrdə tədbirləri davam etdirir. Bildirilənə görə, xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. Mərkəzin mətbuat xidməti əməkdaşları "Azərbaycan multikulturalizmi" fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barəsində söhbət edib.
Qeyd edilənə görə, R.Şəfiyeva bildirib: "Dərslər bu ilin mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölümünün tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstərib".
Pedaqoq Praqada olduğu müddətdə "Çex mərkəzləri" təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.
R.Şəfiyevanın təşəbbüsü və "Azərbaycan multikulturalizmi" fənnini öyrənən tələbələrin iştirakı ilə aprel ayında Karlov Universitetində "Azərbaycan mətbəxi" günü keçirilib. Tədbirdə tələbələr milli mətbəximizə aid təamlar hazırlayıb, Azərbaycan xalq musiqilərini dinləyib. Tədbirin sonunda iştirakçılara milli mətbəximizi əks etdirən "Azerbaijani cuisine" adlı kitab hədiyyə olunub.
Çexiyada Azərbaycanla bağlı daha bir maraqlı təqdimatı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi Qış məktəbinin iştirakçısı, eyni zamanda 2015-ci ildə "Azərbaycan multikulturalizmi" fənninin dinləyicisi Yakup Blinka təqdim edib. Y.Blinka həmin kursun hazırkı dinləyiciləri ilə Qış məktəbi haqqında təəssüratlarını bölüşüb, dərs zamanı Azərbaycan haqqında dinlədiyi, oxuduğu məlumatları, burada müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birlikdə sülh içində yaşadıqlarını öz gözləri ilə görüb şahidi olduğunu bildirib və Azərbaycan xalqının qonaqpərvərliyini xüsusilə vurğulayıb. Sonda o, çoxsaylı sualları cavablandıraraq bütün dinləyiciləri növbəti Yay məktəbində iştiraka dəvət edib".
R.Şəfiyeva söhbətində önəmli məqam kimi Azərbaycanın Çexiyadakı səfirliyinin, bilavasitə səfir Fərid Şəfiyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrə dəstək olduğunu, "Azərbaycan multikulturalizmi" fənnini öyrənən tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini diqqətə çatdırıb: "Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev aprel ayında Karlov Universitetində "Azərbaycan multikulturalizmi" fənni üzrə təhsil alan tələbələrlə görüşüb. "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı" mövzusunda oxunan mühazirədən sonra tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizin daxili və xarici siyasəti, tarixi və digər sahələri ilə bağlı maraq doğuran çoxsaylı suallarla səfirə müraciət edib. Fərid Şəfiyev sualları cavablandıraraq tələbələrin Azərbaycanla bağlı biliklərinin artması və inkişafı üçün mövcud imkanları çərçivəsində səfirliyin dəstəyini əsirgəməyəcəyini bildirib. Səfirlik əməkdaşları ilə daha bir görüş may ayında keçirilib. Səfir Fərid Şəfiyev və səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Nigar Əfəndiyeva Karlov Universitetində "Azərbaycan multikulturalizmi" fənni üzrə təhsil alan tələbələrlə səfirlikdə keçirilən görüşdə Azərbaycanla bağlı planlaşdırılan tədbirlər barəsində məlumat verib. N.Əfəndiyeva tələbələri səfirlikdə yerləşən Azərbaycanın mədəniyyəti və tarixi nümunələri ilə tanış edib. Sonda tələbələrə Azərbaycana aid kitablar paylanıb".
Litvada Azərbaycan multikulturalizmi ilə bağlı tədbir keçirilib. Qeyd etdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrin universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində dünyanın 13 nüfuzlu universitetində sözügedən fənn tədris edilir.
Xatırladaq ki, bu ilin yaz semestri ərzində "Azərbaycan multikulturalizmi" fənni Litva Pedaqoji Universitetində də tədris olunub. Fənni tədris edən filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova Litvada fənnin tədrisinin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği və təşviqi istiqamətində görülən işlər barəsində Mərkəzin mətbuat xidməti əməkdaşlarına məlumat verib: "Ölkəmizin Litvadakı səfirliyi tərəfindən açılan Nizami Gəncəvi adına otaqda keçirilən Azərbaycan multikulturalizminin ümumi qayəsi və məramı haqqında tanışlıq səciyyəli ilk dərsdə universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Kestutis Salaveyus, şöbə müdiri Loreta Xodzkien və departamentin bir neçə əməkdaşı da iştirak edirdi. Mühazirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin proqramı əsasında və slaydlar şəklində təqdim olunub. Qeyd edim ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri, ədəbi-bədii qaynaqlarda izləri tələbələrin ən çox maraq göstərdiyi sahədir. Mühazirələrin sonunda tədrislə bağlı bilik səviyyəsini yoxlamaq üçün keçirilən sorğuda fərqlənən 3 tələbə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi Yay məktəbinə müraciət etmək şansı qazandı".
Mətbuat xidmətindən verilən məlumata görə, Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində tədrislə məşğul olmaqla yanaşı, Vilnüs Universitetində və Kaunasın Vyatautas Magnus Universitetində qonaq mühazirəçi qismində müştərək və birdəfəlik olmaqla silsilə mühazirələrlə çıxış edir.
Məlumata görə, pedaqoq mühazirələrdə Azərbaycanın tarixi, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz müstəqilliyini qazandıqdan sonra əldə etdiyi uğurlar, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və sair haqqında da ümumi bilgi verməklə yanaşı, multikulturalizmin dünya təcrübəsi, Azərbaycan multikulturalizminin tarixi, sosial-ictimai səbəbləri, ədəbi-bədii qaynaqları haqqında məlumat verib, müxtəlif din və millətlərdən olan xalqların multikonfessional dövlət tərkibində dostluq, sülh şəraitində yaşadıqlarını, dil, din fərqinə baxmayaraq, hamının eyni hüquq və bərabərliyə malik olduqlarını bildirib. Alim milli kimlik və milli birlik ideologiyası haqqında litvalılarla yanaşı, İtaliya, Ukrayna, Türkiyə, İspaniya və Rusiyadan olan tələbələri məlumatlandırıb. Əfsanə Məmmədovanın Vilnüs Universitetində keçirdiyi ilk mühazirəsi Novruz bayramına təsadüf etdiyi üçün tələbələri bu bayramın adət-ənənələri ilə tanış edib, öz təşəbbüsü ilə tələbələr üçün şənlik təşkil edərək onları Novruz şirniyyatına qonaq edib.
Ə.Məmmədova Vilnüs Universitetinin Xarici dillər və Şərq dilləri Departamentinin müəllim heyəti ilə görüşüb: "Qeyd edim ki, Vilnüs Universitetindəki say etibarilə ikinci birdəfəlik mühazirəm Türk Bilim Mərkəzi tərəfindən təşkil olunub. Mayda qonaq mühazirəçi qismində növbəti birdəfəlik mühazirəm isə Kaunasin Vytautas Magnus Universitetinin Politologiya kafedrasının tələbələri üçün nəzərdə tutulmuşdu. Mühazirə böyük maraqla qarşılandı. Tələbələr arasında 4 azərbaycanlı da var idi. Kafedranın müdiri dr. Andzejus Puksto məni çox gözəl qarşıladı, 2014-cü ildə Azərbaycanı ziyarət edərkən aldığı xoş təəssüratlarla bölüşdü.
Beynəlxalq departamentin rəhbəri Kestutis Salavejus ən sadiq tələbələrim sırasında idi. Azərbaycan multikulturalizminə, xüsusilə də Azərbaycanın müxtəlif millətlərdən olan xalqlara əsrlər boyu ev sahibliyi etdiyini öyrənən alim ölkəmizdə litvalıların izlərinə düşərək, bu səpkidə bir sıra dəyərli məlumatlar toplamağa müvəffəq olub. Məhz onun sayəsində Litvanin məşhur yazıçılarından, Litvanın tanınmış alimi, ictimai xadimi Vintsas Krevenin yaradıcılığı ilə tanış oldum, onun 20-ci əsrin əvvəllərində ADR vaxtında Azərbaycanda Litvanın konsulu kimi çalışdığını, Azərbaycana dair bir sıra hekayələr qələmə aldığını öyrəndim. Litvadakı Azərbaycan diasporunun sədri Mahir Həmzəyevin Vintsas Krevenin həyat və yaradıcılığına, eləcə də Azərbaycan dövrünə dair çox sayda məqalə və tərcümələri var. Krevenin "Azəristan ölkəsi" adlı əsəri ilə tanışlıq da məhz Mahir Həmzəyevin tərcüməsi sayəsində mümkün oldu. Bu tanışlıq sonradan gözəl bir layihənin ərsəyə gəlməsinə səbəb oldu. Sözügedən hekayəni bəzi əlavə və dəyişikliklərlə mayın 30-da Litva Pedaqoji Universitetində səhnələşdirdim. Teatr tamaşası Azərbaycan klassiklərinin musiqiləri ilə müşayiət olunurdu. İngilis dilində səhnəyə qoyulmuş tamaşa Azərbaycanın müstəqillik gününə həsr edilmişdi.
Multikultural ideyaların qabardıldığı tamaşaya aktyor qismində müxtəlif millətlərdən olan tələbələri cəlb etdim. Litvalı, türk, rus, azərbaycanlı və ukraynalı tələbələrdən ibarət 13 nəfərlik heyətin hazırladığı tamaşa fərqli formatda tərtib olunmuşdu.
Tamaşanın nümayişindən sonra Litva Pedaqoji Universitetinin yeganə azərbaycanlı tələbəsi Arif Qafarovla birgə "Sarı gəlin" xalq mahnısını piano və gitarada ifa etdik. Tamaşa və ifa hərarətlə alqışlandı.
Hesab edirəm ki, Litvada tədris müddətində xarici tələbələrə həm mühazirələr, həm müxtəlif görüşlər, həm də şəxsi təşəbbüslərimizdən irəli gələn layihələr vasitəsilə Azərbaycan multikulturalizmini daha geniş şəkildə təbliğ və təşviq etməyə müvəffəq olduq".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ