Cümə günü, 20 noyabr 2026
     

Ən yeni dövlətçiliyimizdə azərbaycançılıq ideologiyasının başlanğıc dəyəri - Qurtuluş...

Image


 Azərbaycan dövlətçilik tarixində mühüm rolu olan Heydər Əliyev Azərbaycan xalqı üçün olduqca böyük xidmətlər göstərib, xalq yolunda uğurlu, yaddaqalan işlərə imza atıb. Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər dövlətimizi, xalqımızı bütün dünyada tanıdıb. Dünyanın hər yerində Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı kimi tanınır.
Qeyd edək ki, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 1993-cü il 15 iyun tarixində Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, bir sıra sahələr kimi, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində də böyük inkişaf, tərəqqi baş verib. Heydər Əliyev irsini araşdıran tədqiqatçıların fikrincə, bu böyük şəxsiyyəti səciyyələndirən xüsusiyyətlərdən biri də onun elmə, ədəbiyyata, incəsənətə və mədəniyyətə daim diqqət göstərməsidir. Onların bildirdiyinə görə, Heydər Əliyevin qayğısı sayəsində 1969-1982, 1993-2003-cü illərdə respublikamızda elmin bütün sahələri inkişaf edib. Məlumatlara görə, dünya miqyasında tanınan alimlərimiz tərəfindən fundamental əsərlər yaradılıb. Tədqiqatçıların qeydlərinə görə, geniş profilli, yüksək ixtisaslı kadr potensialı yetişib. Tədqiqatçılar bildirir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnədək Milli Elmlər Akademiyası sistemində, ədəbiyyata, mədəniyyətə, tarixə, incəsənətə qayğı məsələsində ciddi problemlər olub. O isə Akademiyanın normal fəaliyyəti üçün hər cür şərait yaradıb. Hazırda respublikamızda onlarla ali məktəb fəaliyyət göstərir, elmi-tədqiqat institutları elmimizin inkişafına layiqli töhfələr verir. Bütün bunlar respublikamızda yaradılan sabitliyin, əminamanlığın, işgüzar fəaliyyətin nəticəsidir.
Tədqiqatçılar Heydər Əliyevin "Ümumi çətinlik nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik" fikrini önə çəkir, ona şərhlər verir.
Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə də mədəniyyətə xüsusi diqqət yetirib. Onun dövründə ölkənin mədəni həyatında yaddaşlarda qalan canlanma müşahidə edilib. Bu mənzərə Azərbaycanın tanınan mədəniyyət, ədəbiyyat, incəsənət, fikir adamlarının xatirəsində yaşayır. Həmin illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 kino qurğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət göstərib. H.Əliyevin diqqət və qayğısı sayəsində doğma Bakımız dünyanın ən möhtəşəm memarlıq tələblərinə cavab verən, orijinal görünüşə malik arxitektura nümunəsinə çevrilib. Misilsiz sənət abidələri olan "Gülüstan" və "Respublika" sarayları, idman kompleksi, kondisioner zavodu, neçə-neçə inzibati və yaşayış binası, yazıçı, şair və ictimai-siyasi xadimlərin ucaldılmış heykəlləri böyük öndəri tarixdə yaşadacaq.
Tədqiqatçılar yazır ki, H.Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə bütün rayon mərkəzləri öz görkəmini dəyişib. Məlum olduğu kimi, ədəbiyyatın, incəsənətin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr misilsizdir. Bu illərdə tarix diyarşünaslıq muzeyləri, poeziya evləri açılıb. Tarixi yerlərin mühafizəsi gücləndirilib. 1977-ci ildə "İçərişəhər" dövlət tarix- memarlıq qoruğu elan edilib. Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri sürətlə böyüyüb, inkişaf edib.
Özünəməxsus memarlıq görünüşü olan paytaxtımızın adı XXI əsrdə də dünyanın inkişaf etmiş şəhərləri sırasında çəkilir. Dünya praktikasından bəllidir ki, sivil ölkələr və onların aparıcı şəhərləri tərəqqiyə məhz bazar iqtisadiyyatı sayəsində çatmışlar. Bu baxımdan İstanbulu, Romanı, Parisi, Dubayı, Nyu-Yorku göstərmək olar.
Tədqiqatçılar qeyd edir ki, H.Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətəlayiqdir. Məlumdur ki, yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdir və bütün bunlar dövlət səviyyəsində aparılır.
Tədqiqatçıların bildirdiyinə görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Lüksemburqda Rusiya Federasiyası səfirliyinin binası önündə yad edilməsi bunu aydın sübut edir. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinə türkdilli dövlətlər qurumundan nümayəndələrin gəlməsi, N.Nərimanovun Tiflisdə ev muzeyinin açılması, Ulyanovskda büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin açılması, H.Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi H.Əliyevin Azərbaycan mədəniyyətinə dair siyasətinin bir hissəsidir.
H.Əliyevin sərəncamı ilə "Dədə Qorqud"un 1300 illik yubileyinin təntənəli surətdə qeyd olunması bunun bariz nümunəsidir.
Heydər Əliyev Azərbaycan mədəniyyəti haqda deyirdi: "Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".
Heydər Əliyev haqqında danışan sənət adamları, mədəniyyət xadimləri bildirir ki, işinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq, hər zaman mədəniyyət adamlarının işinə diqqət yetirir, teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşərək konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyirdi: "Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam".
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa "Prezident təqaüdü" verilib. Onların bir çoxu "Şöhrət" ordeninə layiq görülüb. Tədqiqatçılar yazır ki, Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Arif Babayev, Habil Əliyev kimi musiqi xadimləri "İstiqlal" ordenilə təltif olunub.
Tədqiqatçılar qeyd edir ki, Heydər Əliyev özü də Azərbaycanın xalq mahnılarının vurğunu olub. Rəsmi yazılarda bildirilir ki, yeri gələndə, onun özü də zümzümə edərdi. Heydər Əliyev "Alagöz" mahnısı ifa edilərkən musiqiyə o qədər həssas yanaşırdı ki, lirik mahnı onu kövrəldirdi.
Kinoşünasların bildirdiyinə görə, Azərbaycan kinosunun inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Bir sıra filmlərin yaranmasında onun şəxsi təşəbbüsü olub. "Uzaq sahillərdə", "İstintaq", "Bir cənub şəhərində", "Nəsimi", "Babək" ekran əsərlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Heydər Əliyev mədəniyyətin misilsiz gücü haqqında belə deyirdi: "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur".
İncəsənət xadimləri qeyd edir ki, 15 iyun Azərbaycan dövlətçiliyinin xilası kimi tarixə düşüb. Rejissor Bəhram Osmanov bizimlə söhbətində qeyd etdi ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mədəniyyətinə, teatr sənətinə xüsusi diqqət və qayğı göstərib. B.Osmanovun bildirdiyinə görə, Azərbaycan teatrının 40-50 illik inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycan teatrının inkişafına xüsusi önəm verən Heydər Əliyevin dövründə teatr sənəti özünün yüksəliş dövrünü yaşayıb. Bu illərdə yalnız teatr deyil, mədəniyyət-incəsənət və ədəbiyyat sahəsində böyük bir inkişaf baş verib. Milli teatrla bağlı nəzəri və praktik təhlillər göstərir ki, Heydər Əliyevin teatrla bağlılığı həddən artıq böyükdür. Bu illərdə teatrlar üçün yeni binalar tikilib, teatrlar təmir edilib, teatr adamlarına fəxri adlar, mükafatlar verilib. Onu da qeyd edim ki, o, həmişə teatra bağlı idi. Tamaşalara baxırdı, tamaşa haqda, aktyor oyunu, rejissor işi barədə fikirlərini bildirirdi. Hər bir aktyorun tərcümeyi-halını onun özündən yaxşı bilirdi. Bəzən görürdün ki, aktyor keçmişdə oynadığı əsərin, rolun adını səhv deyir, onun səhvini də düzəldirdi. Heydər Əliyev yaxşı bilirdi ki, yalnız elm və texnikanın inkişafı yox, mədəniyyətin də inkişafı vacibdir. Teatr canlı sənət olduğu üçün onun təsir imkanları daha böyükdür".
Azərbaycan dövlətinin, mədəniyyətinin xilaskarı və himayədarı kimi Heydər Əliyev çox böyük işlərə imza atıb. Bu işlərin sayı o qədər çoxdur ki, sadalamaqla bitmir. Mədəniyyət, mənəviyyat aləmində baş verən inkişafın əsas təkanverici qüvvəsi Heydər Əliyev siyasəti idi. 15 iyun yalnız dövlətçiliyimizin xilas günü deyil, həm də mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin xilas günü kimi tarixə düşüb. Heydər Əliyevin rəhbərliyi ilə qurtuluşa qovuşan uğurlu günün mübarək, Azərbaycan!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ