Cümə günü, 20 noyabr 2026
     

Xaricdəki milli mədəniyyət mərkəzlərimiz azərbaycançılıq nümunəsi kimi...

Image


Azərbaycançılıq ideyasının Azərbaycanla yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında təbliği böyük əhəmiyyətə malikdir. Xalqımızın maddi-mədəni dəyərləri hələ qədim zamanlardan avropalılara məlum olub və onlar bu heyrətamiz sənət nümunələrinə maraq göstərib. Bilirik ki, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin incilərinə sonsuz diqqət var.
Sevindirici haldır ki, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri mədəniyyətimizin, başlıcası isə azərbaycançılığın təbliğində müstəsna rol oynayır.
Tədqiqatçılar qeyd edir ki, böyük mədəniyyətə, möhtəşəm dövlətçilik ənənələrinə, fundamental elmə malik olan xalq sözsüz ki, bütün dünyada tanınmalı, onun mədəniyyəti, tarixi, dili, dəyərləri geniş təbliğ edilməlidir.
Azərbaycan mədəniyyəti tarixən Şərq mədəniyyətinin gözü sayılıb. Təsadüfi deyil ki, dünyanı heyrətə salan bir sıra mədəniyyət-incəsənət nümunələri Azərbaycan torpağında yaranıb. Xoşbəxt xalqıq bu baxımdan. Azərbaycan mədəniyyəti onun minillərlə yaşı olan xalçaçılıq, tikmə, toxuma sənətində, şəbəkələrdə, quramalarda, butalarda, milli musiqisində, sazında, balabanında, tütəyində, neyində, tarında, kamançasında, qavalında əks olunub. Misgərlik, dulusçuluq, oyma, döymə, dəmirçilik və s. xalq sənəti örnəklərində özünü büruzə verib. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız bəşəriyyətə çox hədiyyələr verib. Azərbaycan mədəniyyəti tarixən əcnəbiləri cəzb edib, onları sehrinə salaraq özünə məftun edib. Azərbaycan dövləti ərazisində qurulan dövlətlər, xanlıq və sultanlıqlar dövründə də, Azərbaycan Xalq Cumhuriyyəti zamanında da, sovet illərində də, bugünkü müstəqillik çağında da mədəniyyətimiz dövlətimizin maraq dairəsində olub. Müstəqil Azərbaycanın isə hazırda konkret mədəniyyət siyasəti mövcuddur. Mədəniyyət konsepsiyamızın əsasında dövlətə və dövlət müstəqilliyimizə söykənən, milli maraqlarımızı, mədəniyyət ənənələrimizi yaşadan və təbliğ edən bir ideya dayanır-azərbaycançılıq. Əsas məsələ isə mədəniyyətimizin azərbaycançılığın tərkib hissəsi olmasıdır. Mədəniyyətimiz azərbaycançılığın əsaslarından birini təşkil edir. Azərbaycan dövlətinin mədəniyyət siyasətinə daxil olan məqamlardan biri milli mədəniyyətimizin başqa ölkələrdə də təbliğ edilməsi, tanıdılması ilə bağlıdır. Azərbaycan xalqı sülhə, dostluğa, mədəni əlaqələrə, qarşılıqlı ünsiyyətə açıq ürəkli xalqdır. Əsas dostlarımızı da mədəniyyətimiz qazandırıb bizə. Mədəniyyətimiz ölkəmizlə yanaşı, xaricdə açılan mədəniyyət mərkəzləri tərəfindən də təbliğ edilir.
İyirmi ildən çoxdur davamlı olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzləri, mədəni əlaqələr dərnəkləri açılır. Onlardan bəhs etməzdən öncə yadınıza 2012-ci ilin sentyabr ayında Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimini salmaq istəyirik. Dörd il əvvəl baş verən bu tarixi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısı və xanımı Mərkəzdə yaradılan şəraitlə tanış olmuşlar. Onlara məlumat verilirdi ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan mühüm addımlardan biridir. Həmin tarixi hadisə haqda rəsmi məlumatlarda deyilirdi: "Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi Mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq".
Məlumatlara görə, Mərkəzin binası 1904-cü ildə inşa olunan tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan Mərkəz Parisdə, bir növ, Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırmışdı.
Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı Mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş, qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir. Bildiyimiz kimi, son iki ildə davamlı şəkildə adı qeyd edilən Mərkəzdə Azərbaycan mədəniyyətinin incilərinin sərgisi açılır. Geniş tamaşa auditoriyasını cəlb edən sərgilər Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan xalçaları Mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi Mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu Mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.
Məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana Mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir. Mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu Mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür. Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərindən istifadə edilməklə konsertlər də verilir.
Bu Mərkəzdə keçirilən təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları da öyrədilir. Göründüyü kimi, Parisdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi bir elm-mədəniyyət məbədidir. Burada Azərbaycan xalqının həyatına, məişətinə, keçmiş və müasir aləminə aid olan bütün nümunələr var. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, xalçaçılığının, təsviri incəsənətinin, mətbəxinin, musiqisinin cəmləşdiyi Mədəniyyət Mərkəzinin mövcudluğu çox dəyərlidir. Xaricdə oxuyan, Fransada yaşayan soydaşlarımız bu Mərkəzə baş çəkdikcə tariximizlə, mədəniyyətimizlə maraqlanır, böyük bir xalqın bir parçası olduqları ilə fəxr edir. Bu Mədəniyyət Mərkəzinin açılması təqdirəlayiqdir. Öz xalqının tarixini gəlib bu Mərkəzdə öyrənir azərbaycanlılar. Elə ailələr var ki, onlar 100 ildir Fransada yaşayır. Onların davamçıları mədəniyyətimizdən xəbərsizdir. Bu Mərkəz o ailələrin davamçıları üçün bir mədəniyyət məktəbi olacaq. Azərbaycanla bağlı kitablar, muğam otağı, xalçaların sərgisi gerçək bir mədəniyyət təbliğatıdır.
Tədqiqatçılar qeyd edir ki, xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri, sözün həqiqi mənasında, bir azərbaycançılıq məkanıdır. Azərbaycandan kənarda milli mədəniyyət mərkəzləri hələ keçən əsrin 90-cı illərinin sonlarından yaranmağa başlayıb. Bu dövrdə o mədəniyyət mərkəzlərinin fəaliyyəti zəif olsa da, sonralar Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyilə o təşkilatların bir çoxu yenidən quruldu, bəzilərinin isə fəaliyyəti gücləndirildi.
2008-ci il noyabrın 12-də Özbəkistanın Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Özbəkistanda açılan bu Mədəniyyət Mərkəzi Azərbaycan və özbək xalqının dostluq münasibətlərinin möhkəmləndirilməsinə, qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsinə xidmət edib. Bu Mərkəz də illərdir bir Azərbaycan evi kimi soydaşlarımızı öz ətrafına toplayır. Mərkəz mədəniyyətimizi təbliğ edir, yayır.
2000-ci illərdən sonra xaricdə Azərbaycan mədəniyyət-tədris mərkəzlərinin sayı durmadan artmağa başlayıb. Mərkəzlərdə aparılan işlərin əsasında Azərbaycan dilinin, mədəniyyətinin təbliği dayanır. Bu məsələdə Azərbaycanın bəzi ali məktəbləri dövlətin məlum siyasətinə dəstək verir. Xaricdə bu işin davamlı xarakter alması müsbət işdir. Bunun ən bariz nümunəsi kimi 2009-cu ilin aprel ayında Rusiyanın nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət Linqvistik Universitetində və 2010-cu ilin dekabr ayında isə Belarusun M.Tank adına Minsk Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasını göstərə bilərik. Mərkəzin fəaliyyətində ümumilikdə dil, mədəniyyətimiz, elmimiz təbliğ olunur. Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir.
Qeyd edək ki, BSU-da 2001-ci ilin oktyabrından Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təsis edilən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəz iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsində xüsusi rola malikdir. Qeyd edək ki, həm xarici dövlətlərdə açılan, həm də onların ali məktəblərində fəaliyyətə başlayan Azərbaycan mədəniyyət mərkəzləri elmimizin daha geniş səviyyədə yayılmasına xidmət edir.
Azərbaycan dövlətinin böyük qayğı və diqqət göstərdiyi Gürcüstanda yaşayan soydaşlarımız Heydər Əliyev Fondunun da köməyini öz üzərində hiss edir. Belə ki, Gürcüstanda yaranan Azərbaycan mədəniyyət mərkəzlərinin bir çoxu H.Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Fond tərəfindən Rustavi şəhərində yeni istifadəyə verilən Azərbaycan Mədəniyyət Mərkəzinə kompyuter avadanlıqları təqdim olunub. Yeri gəlmişkən, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi Borçalı türklərinin mədəniyyətinin qorunması, inkişafı, təbliği, təhsil sahəsində ciddi işlər aparır. Gənclərdən ibarət çox gözəl kollektiv formalaşıb və onlar qısa zaman ərzində xeyli vacib layihələr həyata keçirib. Məsələn, bir-iki il əvvələ qədər Gürcüstanda Azərbaycan rəqsini, musiqi mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ edən bir qrup yox idi. Fondun dəstəyilə mədəniyyət mərkəzi bu sahədə ciddi işlər görüb. "Sarvan" adlı gözəl rəqs qrupu yaranıb.
Azərbaycan mədəniyyət mərkəzləri başlıca olaraq dilimizin təbliğatçısıdır. Mədəniyyətimizin, mənəviyyatımızın soydaşlarımız arasında daha geniş yayılmasını öz çiyninə götürüb bu mərkəzlər. Azərbaycançılıq ideyasının, azərbaycançılıq məfkurəsinin geniş intişar tapdığı bu mərkəzlərin fəaliyyəti günü-gündən genişlənir. Azərbaycandan kənarda açılan Azərbaycan mədəniyyət mərkəzləri böyük bir missiyanı həyata keçirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ