Cümə günü, 20 noyabr 2026
     

İlham Əliyevin diaspor siyasətində azərbaycançılıq ideyaları...

Image


I yazı

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi işlər uğurlu nəticələr verir. Prezident İlham Əliyev yalnız Azərbaycan vətəndaşlarına deyil, xarici ölkələrdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı ilə yanaşır. Ölkə başçısının diaspor siyasəti haqqında analizlər aparan ekspertlər qeyd edir ki, Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasət uğurludur və kifayət qədər müsbət nəticələri var.
Tədqiqatçılar qeyd edir ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal-azərbaycançılıq ətrafında birləşdirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldırıb və bu məsələni daim diqqət mərkəzində saxlayır.
Ekspertlər vurğulayır ki, 2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş İlham Əliyev diaspor məsələlərinə diqqətini artırıb, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirib. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətində həmvətənlərimizin ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulayıb və Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan edib.
Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulayırdı və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirib. Ekspertlər bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir. 2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etmiş, dövlət başçımızın daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildiriblər. Məlumatlara görə, 2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşayan həmvətənlərimizlə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış edərək azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləyib, onlara uğurlar diləyib.
Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlılırın vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması üçün görülən işlərlə yaxından maraqlanıb.
Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Prezidenti 2004-cü ilin martında Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edib, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşüb. Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı həmvətənlərimizlə görüşüb söhbət edib, onların yaşayış şəraiti, doğma Vətənlə əlaqələri ilə maraqlanıb.
Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləyib, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımi addımlar atılacağını vurğulayıb. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış olub, burada yaradılmış şəraitdən razı qaldığını bildirib.
Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspor ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulayıb. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olub.
Məlum olduğu kimi, 2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğuna daha bir əyani sübutdur. Məlumatlara görə, sözügedən qurultayda Rusiyada yaşayan həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın Rusiya Federasiyasının ictimai-siyasi həyatında daha fəal iştirakı məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Rusiyadakı azərbaycanlıların problemlərinin həlli üçün hökumət tərəfindən zəruri tədbirlər görüləcəyini bəyan edib.
O da qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini müsbət qiymətləndirməklə yanaşı, yeni nailiyyətlər əldə etmək üçün imkanların tükənmədiyini vurğulayıb. Dövlət başçısı Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin bərabərhüquqlu vətəndaşları olmasından məmnunluğunu bildirib, Azərbaycanda da ruslara çox mərhəm münasibətin olduğunu xatırladıb. Prezident İlham Əliyev bir daha qeyd edib ki, Rusiyada, eləcə də bütün digər ölkələrdə məskunlaşmış azərbaycanlıların təşkilatlanması, onlar arasında milli-mənəvi birliyin təmin olunması bu gün mühüm məsələlərdəndir. Azərbaycan Prezidenti Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də razı qaldığını və konqresin ötən dövrdə səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.
Ümumiyyətlə, Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı dünya azərbaycanlılarının diaspor quruculuğu tarixində əhəmiyyətli bir hadisə kimi yadda qalıb.
Ekspertlər vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə respublikamızda səfərdə olmuş müxtəlif xalqların diaspor təşkilatlarının və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndə heyətlərini qəbul edərkən də diaspor məsələsini diqqətdən kənarda qoymayıb.
2004-cü ilin iyun ayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Ərcümənt Qılıncın başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və görüş zamanı aparılan səmərəli müzakirələr bunun təsdiqidir. Bu görüşdə diaspor işinin başlıca vəzifələri, Amerikada Azərbaycanın haqq səsinin bəyan edilməsində ATAA-nın gördüyü və bundan sonra görə biləcəyi işlər barədə səmərəli fikir mübadiləsi aparılıb. Yazılanlara görə, həmin görüş zamanı Prezident 2004-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi ATAA-ın Vaşinqtonda keçirilmiş qurultayında qaldırılan məsələlərin vacibliyinə toxunaraq xatırladıb: "Biz çox istəyirik ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq inkişaf etsin, genişlənsin. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qərarı ilə ölkəmizdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə çox fəal işləyir və böyük işlər görür". Şübhəsiz, bu sözlər dövlət başçısının komitənin fəaliyyətinə verdiyi yüksək qiymət, eyni zamanda işin səmərəsini daha da artırmaq, soydaşlarımızla əlaqələri genişləndirmək istiqamətində dəyərli tövsiyələrdir.
Tədqiqatçıların dediyinə görə, Prezidentin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan və soydaşlarımızın təşkilatlanması prosesinə müsbət təsir göstərmək imkanlarına malik qurumların nümayəndələrini mütəmadi qəbul etməsi ənənə halını alıb. Estoniyanın əhali məskunluğu məsələləri naziri Paul Erik Rummonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev həmin ölkədə yaşayan həmvətənlərimizin vəziyyəti ilə maraqlanıb, bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha nəzərə çatdırıb. Prezident daha sonra bildirib ki, Estoniyadakı Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, parlamentdə təmsil olunur, bu da iki ölkənin xalqlarının yaxınlaşması işinə xidmət edəcək.
İlham Əliyev prezidentliyinin ilk illərindən başlayaraq bu məsələyə ciddi önəm verib, diaspor nümayəndələri ilə saysız görüşlər keçirib.
Ekspertlər yazır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ilin noyabrında Ukrayna Millətlərin İşi və Miqrasiya Məsələləri üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Ukraynadakı Azərbaycan diasporunun vəziyyəti barədə də geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev müxtəlif ölkələrdə keçirilən diaspor quruculuğu tədbirlərini də diqqətdən kənarda qoymur. Yeni icma və birliklərin yaranması, eləcə də diaspor qurumlarının vahid mərkəzdə birləşdirilməsinə istiqamətlənmiş tədbirlər dövlət başçımız tərəfindən həmişə təqdir olunur.
Tədqiqatçılar bildirir ki, Azərbaycan Prezidentinin 2004-cü ilin yanvarında "Amerika Türk Assosiasiyaları Assambleyası"nın XXIV qurultayına müraciəti onun diaspor quruculuğu işinə nə qədər yüksək əhəmiyyət verdiyini bir daha sübut edir. Cənab İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsini xalqlarımız arasında tarixi dostluq və qardaşlıq ənənələrinin təntənəsi kimi xarakterizə edərək, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların tükənmədiyini xüsusi olaraq vurğulayıb.
Ekspertlərin qeyd etdiyinə görə, Prezident İlham Əliyev 2004-cü ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin təsis konfransına da müraciət göndərərək bu mühüm tədbiri Azərbaycan diaspor quruculuğu tarixinin əlamətdar hadisələrindən biri kimi qiymətləndirib, həmvətənlərimizin təşkilatlanmasının ümumi Vətənin maraqlarından irəli gələn bir məsələ olduğunu vurğulayıb. Azərbaycan Prezidenti icma və birliklərimizin təşkilatlanmasının daha yüksək səviyyədə təmin olunmasına ehtiyac duyulduğunu öz müraciətində xüsusi olaraq qeyd edib və AAK-ın yaranmasını bu ehtiyacdan doğan zərurət kimi səciyyələndirib.
Prezidentin 2004-cü ilin mayında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İsgəndərun şəhərində keçirilən təsis konfransının iştirakçılarına ünvanlanmış müraciətində Azərbaycan diaspor quruculuğunun müasir durumu, həmvətənlərimizin vahid bir ideya ətrafında birləşdirilməsi işinin perspektivləri və bu sahədə qarşıda duran vəzifələr haqqında çox dəyərli fikirlər öz əksini tapıb.
Tədqiqatçılar vurğulayır ki, bunlar Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlərin kiçik bir hissəsidir.
Bu əhəmiyyətli görüşlərin hamısının bir məqsədi olub-dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında birləşdirmək. Bu, azərbaycançılığın təbliğində mühüm rol oynayan məqamlardır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı ildə imzaladığı Sərəncam böyük əhəmiyyətə malikdir. Sənəddə vurğulanırdı ki, müstəqillik dövründə Azərbaycan Respublikası milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirib, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilib: "Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub. Ölkəmizin irəliyə doğru atdığı hər bir addım, qazandığı nailiyyət dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, onların müstəqil dövlətimizə inamını, milli hisslərini və gələcəyə ümidlərini artırmış, Azərbaycan Respublikasının milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ