şənbə günü, 21 noyabr 2026
     

Xaricdə yaşayan həmyerlilərimiz və azərbaycançılıq...

Image


Azərbaycançılıq ideyasının dünyada təbliğ edilməsində xaricdə yaşayan azərbaycanlıların əməyi danılmazdır. Müxtəlif dövrlərdə ölkədən xaricə mühacirət edən soydaşlarımız azərbaycançılığın təbliğində, onun məqsəd və məramlarının yayılmasında böyük işlər görüblər. Bilirik ki, Azərbaycan çoxmillətli, çoxdinli bir dövlətdir və burada yaşayan xalqların hamısı azərbaycançılıq ideyası ətrafında birləşib. Bu da məlumdur ki, xarici ölkələrin bir çoxunda ermənilər də yaşayır.
Onlar əllərinə fürsət düşən kimi Azərbaycana qarşı mənfi təbliğat həyata keçirir. Sirr deyil ki, erməni təbliğatına qarşı xaricdə yaşayan azərbaycanlılar, eləcə də diaspor qurumları barışmaz mübarizə aparır. Torpaqlarımızı işğal edən, mədəniyyətimizə əl uzadan ermənilərin saxtakarlığı soydaşlarımız tərəfindən ifşa edilir. Əlbəttə, xaricdə yaşayan azərbaycanlıların əsas məqsədi ölkəmiz, xalqımız haqqında müsbət imic yaratmaq və erməni yalanına qarşı barışmaz olmaqdır. Erməni saxtakarlığı ilə mübarizə əsl azərbaycançılıq işidir.
Bilirik ki, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və bunun da 10 milyondan çoxunun mühacirətdə olduğu bildirilir. Rəsmi məlumatlara görə, dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlıların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Tarixçilər qeyd edir ki, azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıb. Məlumatlara görə, onların sayı ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşıb. Hazırda onların sayı dəqiqləşdirilir. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlının bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Tarixçilər qeyd edir ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Tədqiqatçılar vurğulayır ki, Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdığı müəyyən edilib.
Tədqiqatçılar yazır ki, Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Bəllidir ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini hər zaman diqqətdə saxlayır. Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Tədqiqatçılar vurğulayır ki, Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir. Tarixçilər bildirir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir. Tarixçilərin yazdığına görə, tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir. Məlum olduğu kimi, dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir.
Tədqiqatçılar vurğulayır ki, Azərbaycan xalqı iyirminci əsrin sonlarında - 1988-ci ildən başlayaraq tarixinin ən amansız sınaqları ilə üzləşdi. Bildirilənə görə, 1918-ci ildə Azərbaycanın tarixi torpağı olan İrəvan ətrafında yaradılan qondarma erməni dövləti sonradan başqa tarixi torpaqlarımızı da öz ərazisinə qatıb "Böyük Ermənistan" qurmaq iddiasına düşdü. Bu yolda erməni millətçiləri hər cür qəddarlığa və vəhşiliyə əl atdı, azərbaycanlı-türk əhaliyə qarşı genişmiqyaslı soyqırımı və etnik təmizləmə siyasəti apardı, türksüz Ermənistan formalaşdırmağa başladı və keçən əsrin sonlarında buna nail oldu.
Tədqiqatçılar qeyd edir ki, 1988-ci ildə isə özünün güclü himayədarlarına arxalanan Ermənistan yenidən Azərbaycandan torpaq qoparmaq iddiasına düşərək Dağlıq Qarabağda separatçı hərəkata başladı. Nəhayət, ermənilərin ərazi iddiaları ilə başlanan münaqişə genişlənərək müharibəyə çevrildi və Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Bu, təəssüf ki, Azərbaycanın hələ yenicə müstəqillik qazandığı, özünün silahlı qüvvələrinin olmadığı bir dövrə təsadüf etdi. Tarixçilərin bildirdiyinə görə, ancaq tarix iyirminci əsrdə Azərbaycana iki dəfə müstəqil dövlət qurmaq imkanı da yaradıb. Doğrudur, birinci dəfə 1918-ci ildə binası qoyulan müstəqil Azərbaycan Xalq Cumhuriyyəti uzun müddət yaşaya bilməyib, cəmi 23 aydan sonra Rusiyanın işğalına məruz qalıb. Xalqımızın 1991-ci ildə qazandığı ikinci müstəqillik şansı isə olduqca müqəddəs bir nemət kimi qorunmaqdadır. Həqiqətdir ki, bu müstəqillik çox çəkmədən 1993-cü ildə bir tərəfdən erməni təcavüzü, digər tərəfdən isə xarici qüvvələr tərəfindən qızışdırılan daxili qarşıdurmalar nəticəsində az qala itirilmək təhlükəsi ilə üzləşmişdi. Amma Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkə böyük bir fəlakətdən xilas edildi. Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi. Bu, şübhəsiz ki, Heydər Əliyevin milli maraqların konturlarını dəqiq cızan uzaqgörən siyasəti, şəxsi cəsarəti və müdrikliyi sayəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri birbaşa Azərbaycanın müstəqilliyini təhdid edən erməni təcavüzünü dayandırması, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalanmasına nail olmasıdır. Təəssüf ki, erməni fitnəsindən, təxribatından can qurtara bilmirik. 1994-cü ildən bəri erməni silahı, təxribatı bir dəqiqə də olsa susmayıb. Dövlətimiz Azərbaycanın taleyüklü problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş, bir-birilə lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab edib. Tədqiqatçılar yazır ki, bu məsələni bir də o cəhət vacib edirdi ki, artıq təxminən bir əsrlik fəaliyyət tarixi olan erməni diasporu bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdırmaqla məşğul olaraq sülhsevər Azərbaycan dövləti, eləcə də türk dünyası əleyhinə qarayaxma siyasəti aparırdı. Yenicə müstəqillik qazanmış, hələ daxili problemlərini belə yoluna qoymağa macal tapmamış Azərbaycan Respublikası ayrı-ayrı Avropa ölkələrində, ABŞ-da nüfuzdan salınır, ağ-qara şəklində təqdim olunur, erməni məkri və hiyləsi hər şeyi özünün eybəcər rənginə boyayıb təqdim edirdi. Məhz bu mənfur, böhtançı və saxta siyasətin nəticəsi idi ki, 1992-ci ildə Ermənistanın təcavüzünə məruz qalmış, elan olunmamış müharibəyə cəlb edilmiş Azərbaycan ABŞ Konqresinin embarqosuna məruz qalmışdı. ABŞ parlamenti məhz erməni məkrinə uyaraq qəbul etdiyi "Azadlığa dəstək aktı"na "907-ci Düzəliş" əlavə edərək Azərbaycanı müstəqilliyin, azadlığın möhkəmləndirilməsi üçün ABŞ-ın maddi, eyni zamanda, mənəvi dəstəyindən məhrum etmişdi. Belə bir vaxtda ulu öndər həm Ermənistanın təcavüzünə, həm də erməni diasporunun təxribatlarına layiqincə cavab vermək üçün Azərbaycanın milli diasporunun yaradılması ideyasını irəli sürür və səfər etdiyi xarici ölkələrdə mütləq imkan tapıb azərbaycanlılarla görüşür, milli himrəylik, milli birlik naminə birləşmənin labüdlüyünü söyləyirdi. Tarixçilər vurğulayır ki, əslində milli birliyin yaradılması məsələsi Heydər Əliyevi daim düşündürürdü. Tədqiqatçılar bildirir ki, o hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən, 1991-ci il dekabrın 16-da imzaladığı fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik günü elan etmişdi. Sonradan xalqın tələbi ilə Bakıya gələn və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev bu ideyanı daha geniş şəkildə həyata keçirməyə başladı. Ona görə də bu gün tam cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu müqəddəs ideyanın gerçəkləşməsi naminə vaxtını və imkanlarını əsirgəməmiş, dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün əlindən gələni etmişdi. Sonralar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Tarixçilər qeyd edir ki, Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız eyni zamanda ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinə dünyada ədalətli mövqe formalaşması istiqamətində ardıcıl işlər görməlidirlər. Qeyd edilir ki, Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edib: "Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır... Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir".
Bu gün də ermənilər təcavüzkar siyasətini davam edir. Hər gün erməni təxribatı ilə üzləşirik. Ermənilər hər gün təxribatla məşğul olur, son günlər təmas xəttində baş verən hadisələr xaricdə yaşayan azərbaycanlıları da ciddi narahat edir. Onlar ölkəmizin ərazi bütövlüyünün qorunması naminə əllərindən gələni edir. Bu əsl azərbaycançılıq işidir. Erməni təxribatına qarşı hər birimiz ayıq-sayıq olmalıyıq. Çünki düşmən məkrli və hiyləgərdir. Erməni terroruna qarşı mübarizədə dünya azərbaycanlıları həmrəy olmalıdır. Oluruq da...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ