şənbə günü, 21 noyabr 2026
     

Erməni saxtakarlığına məruz qalan toponimlərimiz...

Image


Böyük mədəniyyətə, tarixə malik Azərbaycan xalqı əsrlər boyu bəşəriyyətə fayda verib. Azərbaycan türkləri harada yaşayıbsa, orada özünün dərin izlərini qoyub. Qafqazda Azərbaycan türklərinin yerli əhali olduğu bəllidir. Aborigen azərbaycanlılar Qafqazda böyük mədəniyyət, tarixi abidələr qurub yaradıb. Bilirik ki, Qərbi Azərbaycan qədim zamanlardan bizim ulularımızın məskəni olub.
Lakin ermənilərin azərbaycanlılara, türklərə qarşı həyata keçirdiyi hərtərəfli diskriminasiya siyasəti xalqımızın taleyində, həyatında ağrılı məqamlardır. Bir xalqın digər xalqa qarşı törətdiyi cinayətlər həddini aşırsa, onda cinayət törədən mütləq mənada cəzalandırılmalıdır. Amma hələ torpaqlarımızı işğal edən, soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin salan, toponimlərimizi saxtalaşdıran ermənilər öz cəzasını almayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın ermənilər tərəfindən saxtalaşdırılan Azərbaycan toponimləri haqqında fikirlərinə istinad etmişdik. Mövzunu davam etdirdiyimizdən, yenə də elmi işçinin qeydlərindən istifadə edəcəyik. N.Mustafa qeyd edir ki, Ermənistan Dövlət Daşınmaz Əmlakin Kadastrı Komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılıb: "Lakin Ermənistan ərazisində hidronimlərin (çay, göl, şəlalə, bulaq və s.) və oronimlərin (dağ, təpə, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Bu qəbildən olan bir qisim toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk "Atlas"ının buraxılmasına qədər dəyişdirilib. Məsələn, Göyçə gölünü "Sevan", Zəngi çayını "Hrazdan", Arpaçayı "Axuryan", Ələyəz dağını "Araqats", İşığlı dağını "İşxanasar", Ağbaba dağını "Qukasyan", Dərəçiçək yaylağını "Saxkadzor" adlandırıblar və s.".
Onun bildirdiyinə görə, uydurma "Böyük Ermənistan" iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini davam etdirir: "Tarixi Azərbaycan torpaqlarında XX əsrin sonlarında müstəqil Ermənistan dövləti qurulduqdan, Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olunmuş ərazilərində addəyişmə əməliyyatlarına başlanıb. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər və Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Ali Soveti Rəyasət Heyəti"nin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibati-ərazi vahidləri yaradılır və "tarixi adların qaytarılması" adı altında toponimlər dəyişdirilir. Qondarma "DQR"in "Ali Soveti"nin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılıb və rayon mərkəzi kimi Laçın şəhərinin adı dəyişdirilərək "Berdzor" adlandırılıb. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondarma "DQR"in "Ali Soveti Rəyasət Heyəti"nin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Ağdam şəhəri "Akn", Füzuli şəhəri "Varanda", Zəngilan şəhəri "Kovsakan", Qubadlı şəhəri "Sanasar", Kəlbəcər şəhəri "Karvacar", Cəbrayıl şəhəri "Crakan" adlandırılıb. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə "İvanyan" adlandırılıb.
2009-cu ildə İrəvanda "Tiqran Mec" nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilib. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilib. Kitab mifik "Böyük Ermənistan" ("Kiçik Hayk" və "Böyük Hayk") ərazisini, təqribən 430 min kv.km. ərazini əhatə edir. Həmin şəkillərin yalnız təqribən 6 faizi müasir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı "Mrav", Ziyarət dağının adı isə "Dizapayt", Kəpəz dağının adı "Alqarak" (səh. 22-23) kimi verilib. Göygölün adı "Kaputan" kimi verilir. Tərtər çayı "Trtu"), Quruçay "İşxanaget" kimi oxuculara təqdim edilir. Ağdam rayonunda Xaçınçayın sahilində yerləşən "Şahbulaq qıfılı" memarlıq abidəsi "Tiqranakert" kimi təqdim edilir. Halbuki, erməni tarixçiləri bir zamanlar "Tiqranakert"i Şərqi Anadoluda lokalizə etmişlər.
Erməni saxtakarlığı İrəvanda çap edilən "Ermənistanın milli atlası" ikicildliyində son həddə çatdırılıb. 230 səhifə həcmində Milli Atlasın birinci cildinə 65 saxta xəritə daxil edilib. 260 səhifə həcmində Milli Atlasın ikinci cildi 2009-cu ildə çap edilib. Bu cildə indiki Ermənistan Respublikasını, qondarma "DQR"i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilib. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqvistik soyqırıma məruz qoyulub.
Lakin diqqətçəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yer-yurd adlarını elə əvvəlki adları ilə - yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırır...". Bəllidir ki, ermənilər öz saxta xəritələrini daha çox beynəlxalq tədbirlərdə və xarici ölkələrdə təşkil olunan sərgilərdə, konsertlərdə nümayiş etdirir. Erməni saxtakarlığı səngimək əvəzinə günü-gündən şiddətlənir. Bütün türk mənşəli toponimləri erməniləşdiriblər. Köhnə xəritələri qətiyyən üzə çıxarmırlar. Şovinist alimlərinin tərtib etdiyi qondarma xəritələrlə xaricilərin başını qatırlar. Guya ki, müasir Ermənistan ərazisində ermənilər yerli, türklər isə gəlmə xalqdır. Bu birbaşa cinayətdir. Türklər ora sonra gəlibsə, bəs necə olur ki, qədim və orta əsrlər, eləcə də sonrakı dövrlərdə burada türk dövlətləri, xanlıqları, bəylərbəylikləri mövcud olub? Bu sualı ona görə onlara verən yoxdur ki, onların tərtib edib xaricilərə payladıqları xəritələr son illər çəkilib. Orada heç bir qədimlik, orijinallıq çalarları yoxdur. Ermənilər öz saxtakarlıqlarını yayır. Biz isə son illər öz həqiqətimizi yaymağa başladıq. O vaxt bəzi türkçü alimlər gedib indiki Ermənistan ərazisində türk toponimlərini toplayanda onlar burada həmkarlarının qınağı ilə üzləşirdi. İndi görürük ki, bu alimlər o toponimləri toplamaqla çox böyük iş görüblər. Qədim türk yurdu Qərbi Azərbaycanda bizim Göyçə, Qaraqoyunlu, Vedibasar, Sisiyan, Gümrü, İrəvan, Cəlaloğlu, Qarakilsə, Hamamlı, Dərəçiçək, Baranı, Qafan və başqa rayonlarımız, mahallarımız qaldı. Elə gözəl dəyərlərimizi o yerlərdə qoyub gəldik ki, o itkilər hər birimizi yandırır. Müasir Ermənistan ərazisində qalan böyük ellərimizdən biri də mənəviyyatımızın və tariximizin müqəddəs ünvanlarından olan Dərələyəz mahalıdır. Ağrılı haldır ki, ermənilər bu ulu türk yurduna da biganə qalmayıb. Belə ki, Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz mahalının adı isə dəyişdirilərək Ayotsdzor qoyulub. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi türk toponimi olaraq orta əsrlərdən mövcuddur. Həmin dövrdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə edən mahal XVIII yüzilliyin əvvəllərində Osmanlı dövlətinin idarəsi altında olan Naxçıvan sancağının 14 nahiyəsindən biri olub. Dərələyəz Azərbaycan yurdu kimi tarixdə öz sözünü hər zaman deyib. Onun toponimləri, yer-yurd adları nə qədər dəyişdirilsə də, yaddaşlardan, tarix kitablarından, xəritələrdən türk mənşəli adları silmək mümkün olmayacaq.
Milli tarixşünaslıq elmimizin formalaşmasında əslən Qərbi Azərbaycandan olan elm fədailərinin, ictimai-siyasi xadimlərin böyük rolu olub. Tarixi mədəniyyətimizin nümunəsi olan türk mənşəli adların tam siyahısı alimlərimizin əlindədir. Demək olar ki, bir dənə də olsun məlumat kənarda qalmayıb. Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin hələ sovet dövründən toplanması və tədqiqi ilə məşğul olan hər kəsə minnətdarlıq edirik. Burada mərhum coğrafiyaçı alim Sitarə xanım Mirmahmudovanın əməyini xüsusi vurğulamaq istəyirik. Onun topladığı toponimlər çox gərəklidir. Biz bu faktlarla ermənilərə tutarlı cavablar veririk, bundan sonra da verəcəyik. Rəhmətlik akademik Budaq Budaqovun da bu sahədə apardığı tədqiqatların misli yoxdur. Akademik də öz araşdırmaları ilə erməni saxtakarlığını ifşa edə bilib.
Onu da xatırladaq ki, erməniləşdirilmiş Azərbaycan (türk) mənşəli toponimlərlə bağlı Azərbaycanın görkəmli elm ocaqlarının hər birində işlər görülür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun gördüyü iş daha geniş miqyası əhatə edir. Bəllidir ki, İnstitut Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilməsinə dair geniş araşdırma aparıb. Bu İnstitutun direktoru Ramiz Məmmədov dəfələrlə bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalar aparılıb. İnstitut əməkdaşlarının əldə etdiyi məlumatlara görə, Azərbaycan (türk) mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. R.Məmmədov bu barədə yerli mətbuata bildirib: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib". R.Məmmədov onu da bildirib ki, Coğrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinin toponimiyasına aid Xəritəçəkmə və Torpaq Komitəsinin tərtib etdiyi siyahıdan istifadə etməklə də araşdırmalar aparılıb: "Müəyyən edilib ki, Ermənistan tərəfindən Azərbaycan (türk) toponimlərinin saxtakarlıqla dəyişdirilməsi və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib: 1. Azərbaycan (türk) mənşəli toponimlərin bütövlüklə erməni adları ilə əvəz edilməsi; 2. Keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantının saxlanması; 3. İşğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına təcavüz edilərək təhrif edilməklə qismən dəyişdirilmiş toponimlər; 4. Kalka (hərfi tərcümə) nəticəsində dəyişdirilmiş adlar: 5. Bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanan toponimlər".
Azərbaycan xalqına məxsus torpaqların, ərazilərin işğal edilməsi, maddi mədəniyyət abidələrinin dağıdılması, xalqımızın qayım-qədimliyini təsdiq edən toponimlərin erməniləşdirilməsi son iki əsrdə çox ciddi problem kimi özünü göstərir. Bu toponimlərin nə qədər erməniləşdirilməsinə cəhd edilsə də, bu mümkün deyil. Çünki o toponimlər yaddaşlarda türk adı ilə qalıb. Hətta köhnə xəritələrdə, mənbələrdə də toponimlərimiz öz adımızla qeyd edilib. Sonradan erməni saxtakarlığına məruz qalsalar da, öz mahiyyətini dəyişməyib. Toponimlər öz yaddaşında türk adını daşıyır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ