şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında azərbaycançılıq ideologiyasının rolu...
Tarix: 05.04.2016 / 02:13
Bölmə: Layihə
Azərbaycançılıq ideyasının erkən yaş dövründən uşaqlar arasında təbliği olduqca vacibdir. Azərbaycan dövlətini, onun vahid ideologiyasını mərhələli formada uşaqlara təlqin etmək vacibdir. Əlbəttə, uşaqlara milli dövlətçilik ideyasını-azərbaycançılığı hər yaş dövründə bir cür izah etmək lazımdır. Təbii, uşaqların azərbaycançılıqla ilk əlaqəsi ailədən, bağçadan, məktəbdən başlayır. Kitablar da, kitabxana da onlara az şey öyrətmir.
Uşaqlar düzgün yönəldilərsə, onlar azərbaycançılığa yaxından könül verər. Azərbaycanda elə məktəblər, bağçalar var ki, burada müxtəlif xalqların nümayəndələri eyni qaydada təlim alır, elm öyrənir. Beynəlxalq qurumlar da dəfələrlə bu harmoniyanı təqdir edir və Azərbaycanda multikulturalizm, tolerantlıq ruhunun hakim olduğunu qeyd edirlər. Azərbaycançılığın başlıca xətlərindən biri vətənpərvərlik, yurda, vətənə bağlılıqdır. Sirr deyil ki, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabların rolu böyükdür.
Heydər Əliyev deyirdi: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Ekspertlər bildirir ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Alimlər vurğulayır ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Tədqiqatçılar haqlı olaraq bildirir ki, qəhrəmanlarımızın təbliği, onların şanlı döyüş yolunun uşaqlar arasında geniş vüsət alması onlarda vətənpərvərliyin, qəhrəmanlığın əsasını qoyur. Sözsüz ki, azərbaycançılıq ideyası, milli məfkurə anlayışı, ölkədə yaşayan xalqların birgə yaşaması ilə bağlı ulularımızın vəsiyyəti şanlı tariximizlə qürur duymağımızın təzahürüdür. Çoxmillətli, çoxdinli, çoxmədəniyyətli Azərbaycanda tarix boyu çoxlu adlı-sanlı qəhrəmanlar olub. Biz o qəhrəmanların adı ilə bu gün də öyünürük. Təbii ki, ana torpağımızın yadellilərdən müdafiəsi uğrunda canından keçən vətən övladları arasında qeyri-millətlərin də nümayəndələri var. Tarixən o igidlər Azərbaycan xalqının qəhrəman oğulları Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdələri ilə çiyin-çiyinə düşmənə müqavimət göstərib. Təbii ki, Azərbaycan xalqının qəhrəman olduğunu qeyd etməliyik. Bilirik ki, xalqımız öz vətənini göz bəbəyi kimi qorumağa hazır olub həmişə. Uşaqlar, gənclər bu ruh üstə köklənirsə, bunun nəticəsi daha uğurlu olur.
Azərbaycanda yaşayan hər bir xalqa dövlət səviyyəsində şərait yaradılır ki, o xalqlar öz soykökünü, qəhrəmanlıq tarixini, adət-ənənələrini qorusun, onlardan uzaq düşməsin. Reallıq bundan ibarətdir ki, respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları var. Dövlətimizin apardığı siyasətin məqsədi gələcəkdə azərbaycançılıq ideyasına sadiq olan, bu ideyanı yayan, təbliğ edən gənclər yetişdirməkdir. Azərbaycanın sabahı olan o gənclərin inkişafına böyük təkan verilir. Azərbaycan uzun illərdir müstəqil dövlət kimi dünyada tanınır. Sirr deyil ki, bəzi respublikalarda müstəqillik əldə etmək ərəfəsində milli, dini zəmində böyük münaqişələr diqqəti cəlb etdi. Ermənistan Respublikasında isə həm etnik, həm də dini zəmində təmizləmə aparıldı. Azərbaycanlıların tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilməsi bu mənfur siyasətin göstəricisi idi. Qeyd edək ki, Azərbaycanda bu məsələdə hər hansı bir narazılıq duyulmadı. Çünki Azərbaycan Respublikası bütün xalqlara isti qucağını açdı. Çünki Azərbaycan qeyri-türklərin də vətənidir. O xalqların ki, onlar yüz illərdir bizimlə çiyin-çiyinə yaşayır.
Azərbaycançılığın əsas vəzifələri ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkili, vətəndaşlıq hazırlığı ilə bağlıdır. Ekspertlər bildirir ki, düzgün qaydada tərbiyə almayan uşaq sabahın gənci olaraq azərbaycançılıq ideologiyasına xidmət edə bilməz.
Alimlər vurğulayır ki, uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Alimlər deyir ki, burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir.
Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
Pedaqoqların fikrincə, insan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir deyən alimlər bildirir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Alimlər vurğulayır ki, uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Alimlər vurğulayır ki, onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır.
Bəllidir ki, Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bir fikrini xatırlamaq yerinə düşərdi: "Sülh istəyən xalq hərbə hazır olmalıdır". Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əminamanlığın tərəfdarı olub. Hərbi-vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı, kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Alimlər vurğulayır ki, burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Alimlər deyir ki, azərbaycançılığa bağlı gənclər hərbi-vətənpərvərlik ruhunda böyüyən gənclərdir. Onlara hərbi-vətənpərvərlik anlayışı necə çatdırılmalıdır?
Kitabxana təlimatçıları qeyd edir ki, ilk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş rəsmlər və fotoşəkillər də nümayiş oluna bilər.
Kitabxana təlimatçılarının fikrincə, müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran əsas vəzifələrdən biri də gənc nəslə vətənpərvərlik hissləri aşılamaqdır. Bu baxımdan uşaq kitabxanalarında oxucularla aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçik və orta yaş oxucular arasında müharibə mövzusunda icmallar, söhbətlər aparmaq yerinə düşər. Söhbət apararkən oxucuların yaş xüsusiyyətinə və dil sadəliyinə diqqət yetirilməlidir. Azərbaycan ədəbiyyatında müharibə mövzusu ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə edərək söhbət zamanı oxucuya məlumat vermək olar.
Tədqiqatçıların fikrincə, vətənpərvərlik əsərləri gənclərin azərbaycançılıq ruhunda tərbiyəsinə böyük təkan verir. Qeyd edək ki, bu sahədə kitabxanaların rolu böyükdür.
Tədqiqatçılar yazır ki, Ə.Cəmilin "Can nənə bir nağıl de..." şeiri, Ə.Məmmədxanlının "Buz heykəl", T.Hüseynovun "Qolsuz kukla", Ə.Hacızadənin "İki əsgər" hekayələrini oxumağı uşaqlara təbliğ etmək məqsədilə kitabların icmalını keçirmək lazımdır. Azərbaycançılığın təbliğ edilməsində müxtəlif vasitələr var. Onlardan biri də Azərbaycanın müstəqilliyi uğrunda canından keçən insanların ömür yolunu təbliğ etməkdir. Tədqiqatçılar qeyd edir ki, gənclərin azərbaycançılıq ruhuna bağlanması üçün onların milli qəhrəmanlarımız, müharibə veteranları ilə görüşü təşkil edilməlidir. Müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Bayram, Xəlil Rza Ulutürk, Məmməd Araz, Zəlimxan Yaqub və digər şairlər, qələm adamları Azərbaycan gənclərini hərbi-vətənpərvərlik, eləcə də azərbaycançılıq ovqatında yetişdirən çoxsaylı əsərlər yazıb.
Azərbaycançılıq ideyasını məktəbdə, kitabxanada keçirilən tədbirlər, qələm adamları ilə görüşlər çərçivəsində də geniş təbliğ etmək vacibdir. Azərbaycançılıq hər bir Azərbaycan gəncinin həyat, fəaliyyət mayakı olmalıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ