şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənilərin törətdiyi dəhşətli Quba soyqırımı ilə bağlı dövlət siyasəti azərbaycançılıq ideologiyasında...
Tarix: 02.04.2016 / 01:47
Bölmə: Layihə
1918-ci il Azərbaycan xalqının tarixində bir sıra tarixi hadisələrlə, o cümlədən də XX əsrin dəhşətlərindən biri olan ermənilər tərəfindən törədilən Quba soyqırımı, qətliamı ilə də yadda qalıb. Bu hadisənin üzərindən 98 il keçib. 2007-ci ilə qədər çoxlarımız ermənilərin törətdiyi bu qətliamdan xəbərsiz olmuşuq.
Tarixçilər yazır ki, erməni vandalizmindən əziyyət çəkən bölgələrimizdən biri Qubadır ki, burada ermənilər dinc əhaliyə zülm edib, divan tutub. Bu acı hadisə Quba soyqırımı kimi tarixə düşüb və qanlı bir olay kimi xatırlanır. Məlum olduğu kimi, Quba əhalisinin soyqırıma məruz qalması ilə bağlı faktları bir neçə il əvvəl öyrənə bilmişik. Məlum olduğu kimi, 2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olunub. Qazma işləri nəticəsində ortaya dəhşətli mənzərə çıxıb və Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənib.
Ərazidə işləyən ekspedisiya ortaya çox ağrılı faktlar çıxarıb. Onu da qeyd edək ki, o vaxt orada işləyən ekspedisiya rəhbəri, tanınmış arxeoloq Qəhrəman Ağayev mətbuata bununla bağlı açıqlama da verib: "Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq".
Qubada aşkarlanan məzarlıq erməni vandalizminin bariz nümunəsi kimi təsdiqlənib. Onu da bildirək ki, tədqiqat aparan ekspedisiyanın yekun arayışında qeyd edilib ki, sümüklərin antropoloji tədqiqatı nəticəsində onların müsəlmanlara aid olduğu isbatlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın da bu barədə açıqlaması olub. O bildirirdi ki, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdiyi qətliamların üzə çıxan bir hissəsidir.
"Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir". Bu fikirlər isə o vaxt Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyevə aiddir. O qeyd edirdi ki, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut-saç, geyim, əşya tapılmayıb: "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə yanında ikinci kiçik quyu qazılıb".
Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: "Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər".
Azərbaycan Milli Kitabxanasının saytında yerləşdirilən və tarixin qanlı səhifələrini əks etdirən faktlar da erməni vandalizminin, onların Azərbaycanda törətdiyi vəhşiliklərin izlərini yaşadır. Saytda verilən məlumata görə, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində ermənilər yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər: "Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişlər".
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılıb. Komissiya işə başlasa da, 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti süqut edəndən sonra bu komissiya, təbii ki, öz işini dayandırıb və onun fəaliyyəti natamam olub. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi.
Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı haqqında Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə komissiya yaradılıb və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırıma hüquqi və siyasi qiymət verilib. Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıb. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalıb. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirib.
Sənəddə o da qeyd olunur ki, 31 mart faciəsi tarixdə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya çıxdığı gündə baş verib.
Qeyd edək ki, 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin "31 Mart- Azərbaycanlıların Soyqırımı Günü"nün qeyd olunması üçün xüsusi fərmanı olub.
28 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olub.
Quba soyqırımının dəhşətli mənzərəsi, qanlı hadisə zamanı şəhid edilən insanların tükürpədici ölümü bu haqda məlumatı olan hər kəsi narahat edir.
Bildiyimiz kimi, 18 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin saytında Quba Soyqırımı Memorial Kompleksinin inşası, açılış mərasimi haqqında irihəcmli yazı əks olunub. Burada haqlı olaraq qeyd edilir ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır: "Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib".
Rəsmi saytda qeyd edilir ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Kompleksin açılış mərasimində bildirilib ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.
Onu da bildirək ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanıb. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülüb. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılıb. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar var.
Rəsmi saytda qeyd edilir ki, kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən - sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir: "Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Memarlar soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışmışlar. Soyqırım qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmayıb".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak edərkən geniş nitq söyləyib. Ölkə başçısı bildirib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər: "Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür".
Artıq Azərbaycana gələn turistlər, rəsmi nümayəndələr Quba soyqırımı qurbanlarını yad etmək üçün Memorial Kompleksi ziyarət edirlər. Azərbaycançılıq ideyasına xidmət edən bütün vətəndaşlarımız, bu torpağın övladları Quba soyqırımı haqqında geniş təbliğat aparmalıdır. Ermənilər tərəfindən qubalılara qarşı törədilən qətliam aktı haqqında daha çox insan məlumatlı olmalıdır. Quba milli müxtəlifliyin mövcud olduğu məkandır və alimlərimiz bildirir ki, qətliam qurbanları arasında Azərbaycan türkləri ilə yanaşı, yəhudilər, eləcə də digər xalqların nümayəndələri var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ