şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənilərin Şamaxı soyqırımları azərbaycançılıq ideologiyasında...
Tarix: 01.04.2016 / 01:27
Bölmə: Layihə
Azərbaycan xalqının XX əsrin əvvəllərində başına gətirilən müsibətlər, xalqımızın üzləşdiyi terror, soyqırım faktları hər birimizin ürəyində böyük bir yara açıb. Həmişə dinclik, sülh, barış tərəfdarı olan azərbaycanlılar bölgədə qonşuluq əlaqəsində olduğu xalqlara, dövlətlərə ziyan vurmayıb, əksinə, onlara dayaq olub. Təəssüf ki, bəzi qonşular xalqımızın xoş niyyətinə bəd məqsədlərlə yanaşıb.
Ən böyük pislik gördüyümüz ermənilər tarixi Azərbaycan ərazilərinə köçürüldükdən sonra evimizin içində başımıza oyunlar gətirib. Bir əsrdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım aktı həyata keçirən erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında ölkəmizin müxtəlif yerlərində ağır terror hadisələri törədib, xalqımızın övladlarına qarşı soyqırım həyata keçirib.
Ermənilərin Şamaxıda həyata keçirdiyi soyqırım aktı erməni vəhşiliyinin ən böyük göstəricilərindəndir. Tarixçilərin yazdığına görə, 1918-ci ilin mart ayında Şamaxıda erməni vəhşilikləri geniş miqyas alıb. Alimlər sənədlərə istinadən yazırlar ki, 1918-1920-ci illərdə ermənilərin, Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Şamaxıda da törətdiyi soyqırım, etnik təmizləmə indinin özündə də xatırlanır. Tarixi mənbələrdə, alimlərimizin böyük səylə üzə çıxardığı sənədlərdə qeyd edilir ki, bu siyasət azərbaycanlılara qarşı dünyada görünməmiş qəddarlıqla yadda qalıb. O dövrün hadisələrini araşdıran və qanlı olay haqqında yazan tarixçilər qeyd edir ki, 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olub. Bu hadisə tarixi ədəbiyyatda mart soyqırımı ilə birgə hallanır.
Şamaxı hadisələrini şərh edən alimlər bildirir ki, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxı şəhəri və Şamaxı qəzasında törətdiyi vəhşiliklərin ifşası hələ də diqqətdən kənarda qalıb. Ermənilərin toplum halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə Azərbaycan kəndinin əhatəsindəki Şamaxı şəhərində ermənilərin azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda dəhşətə gəlirsən. Tarixçilərin yazdığına görə, təkzibolunmaz faktdır ki, Bakıdan S.Şaumyan və J.Korqanovun köməyi ilə erməni daşnakları onlarca Azərbaycan kəndini tar-mar edib, on minlərlə günahsız əhalini qətlə yetiriblər. Erməni terrorizmi ilə bağlı sənədlərə istinad edən tarixçilər qeyd edir: "Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox məharətlə bacarırlar. S.Şaumyan 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotlarla təchiz olunmuş "yeni dəstələr" göndərdiyini etiraf edirdi.
Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan Bakı və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik edib".
Tarixçilərimizin internetə yerləşdirdiyi materiallarda arxiv sənədlərinə geniş yer verilib. Arxiv sənədlərinə istinad edən tarixçilərimiz yazır ki, arxivlərimizdə ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhərində və Şamaxı qəzasının azərbaycanlıların yaşadığı kəndlərində törətdiyi cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanır. Bu sənədlər arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cumhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ barədə komissiya sədrinə məruzəsi, bu qırğınlarda günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. sənədlər qorunub saxlanır.
Alimlər vurğulayır ki, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdiyi vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdiyi vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdiyi vəhşilikləri əyani şəkildə ifşa edir. Bu işdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzə xüsusilə diqqəti cəlb edir. Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə ətraflı şərh olunurdu. Orada göstərilir ki, Şamaxı şəhəri iki hissədən ibarətdir. Yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Yuxarıda əsasən ermənilər və malakanlar, az miqdarda da müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərli və həm də kəndlilərdən olan müsəlmanlar ermənilərlə və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərlə münaqişə zamanı Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Buna baxmayaraq, Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri həmin vaxtda zərərçəkmiş erməni qardaşları ilə həmrəylik xatirinə müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər: "Biz bu günü on iki ildir ki, gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün "müqəddəs Həzrət Abbasınızı çağırın"- deyə qışqırırmışlar.
Bu da erməni xislətini bəyan edən ifadələr. Əsl daşnak siması...Qeyd edək ki, sənədlərdə "1918-ci il martın 19-u gecəsi həkim Sazonov Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alıb: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir"-deyə yazılır.
Ələkbər bəy Xasməmmədovun bu yöndəki məruzəsində göstərilirdi ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ Birinci Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlayıb: "Azərbaycanlılara qarşı onlar özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha açıq və cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası Şamaxıdan getdikdə gizli surətdə silah anbarını ələ keçirir və bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişlər. Onlar ermənilərdən və malakanlardan ibarət xüsusi hərbi qarnizon təşkil edərək oraya müsəlmanları buraxmamışlar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sursat gətirərək sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan erməni əsgərləri gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətirib. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanır. Azərbaycanlılar çalışırdı ki, ermənilərlə dil tapsın və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Lakin sürətlə gizli silahlanan ermənilər üzdə özlərini elə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı erməni kəndi Mədrəsədə gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri toplanmağa başlayır. Martın birinci yarısında məlumat alınır ki, Bakıdakı bolşevik hakimiyyəti adından Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozluçayda (Xilmili) baş tutur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və Bakıdakı sovet hökuməti adından bildirirlər ki, onların başlıca məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edərək atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bunu eşidən Kürdəmir kənd sakinləri müsəlmanları incitməməyi ermənilərdən xahiş etmək üçün Şamaxıya gəlmiş, erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab almışlar: "Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək".
Soyqırım sənədlərini araşdıran alimlər yazır ki, 1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Qeyd edilənə görə, evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Tarixçilər sənədlərə istinadən yazır ki, Şamaxı şəhərinin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutur. Alimlər qeyd edir ki, bu hücum müsəlmanlar üçün tam gözlənilməz idi. Tədqiqatçılarımızın üzə çıxardığı rəsmi sənədlərdə yazılır: "Yuxarıda qeyd etdiyimiz kimi, ondan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişlər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə buna təşəbbüs etsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər və malakanlar həmləyə başladıqdan bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və şəhərin erməni hissəsi ilə sərhəd olan "Piran-Şirvan" sahəsinə soxula bilirlər. Onlar azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurulurdu. Ermənilərin qarət edib yandırdığı evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə qalib ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Yandırılmış evlərdən qaçaraq canını qurtarmaq istəyən sakinlərə - kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları açıqcasına, yaxud tinlərdən atəşə tuturlar. Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır".
Tarixçilərin ortaya çıxardığı faktlara görə, ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdi. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli əşyalarını alır, lakin çox vaxt pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Tarixi sənədlərdə erməni vəhşiliyini göstərən hadisələrdən biri də Şamaxı küçələrində ermənilər tərəfindən əzab verilərək öldürülmüş qadınların meyitlərinin atılıb qalması haqqında acı məlumatlardır. Mənbələr yazır: "Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrə görə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olur. Gəncədən olan silahlı dəstələrlə Şamaxının, demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsik olduğu üçün onlar hətta özləri ilə vacib əşyalarını belə götürə bilmir. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalır. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, tamamilə məhv edilib. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanmışdı".
Ermənilərin Şamaxıda azərbaycanlılara qarşı törətdiyi soyqırım aktı bu gün bütün dünyaya çatdırılmalıdır ki, dünya onların qaniçənliyi, azərbaycanlılara qarşı həyata keçirdiyi terrordan xəbərdar olsun.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ