Bazar günü günü, 22 noyabr 2026
     

Tolerantlıq və multikulturalizmin azərbaycançılıq ideologiyasının beynəlxalq tanınmasında rolu...

Image



Azərbaycanın tolerantlıq və multikulturalizm nümunəsi olması artıq bütün dünyada öz təsdiqini tapıb. Məlum olduğu kimi, tolerantlıq və multikulturalizmin Azərbaycan modeli dünyada böyük rəğbətlə qarşılanır, ölkəmizin bu sahədə gördüyü işlər təqdir edilir.
Vaxtaşırı olaraq respublikamızda və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, konfranslarda görkəmli şəxsiyyətlər, mədəniyyət və elm xadimləri, siyasətçilər etiraf edir ki, Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyidir. Məlum olduğu kimi, Azərbaycandakı tolerantlıq və multikulturalizm beynəlxalq aləmdə əks-səda doğurub. Bu barədə Qərb mətbuatı müxtəlif səpkili fikirlərlə, yazılarla çıxış edib. Onu da vurğulayaq ki, Qərb mediasında avropalı və amerikalı jurnalistlərin müəllifi olduğu yazılarda Azərbaycan mədəniyyət və dinlərarası tolerantlıq nümunəsi kimi qeyd olunur. Bundan əvvəlki dövrlərdə də xarici siyasətçilər, elm və media mənsubları Azərbaycanın dinc, əmin-aman bir ölkə olduğunu, burada müxtəlif xalqların, dinlərin nümayəndələrinin dözümlülük şəraitində bir yerdə yaşadığını vurğulayıb. Onu da qeyd edək ki, xarici mediada Azərbaycanın tolerant ölkələrin siyahısında ilk yerlərdə olduğu vurğulanır və təqdir edilir.
Bir müddət əvvəl ABŞ-da nəşr olunan "The Hill" qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun "Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir" sərlövhəli məqaləsini dediklərimizə nümunə kimi göstərə bilərik. Azərbaycandakı tolerantlıq mühitini yüksək dəyərləndirən Ayre Qut yazır ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb: "Bu təsisatlardan birincisi millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir. Respublika əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir. Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, Böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb.
Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir".
A.Qut məqaləsində onu da vurğulayıb ki, burada müsəlmanlar və yəhudilər, eləcə də başqa xalqlar nümunəvi şəkildə birgə yaşayır. Onun qeyd etdiyinə görə, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib: "Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt erməni millətçi "Daşnaksütyun" partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu. İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər olmasaydı, yəhudilərə bu cür münasibət də olmazdı. İndi bu əməkdaşlıq genişlənərək ticari münasibətləri də əhatə edir. Neft alqı-satqısından başlamış yüksək texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin həcmi təqribən 3,5 milyard dollara bərabərdir. Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb. Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayır".
Bildirək ki, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır. Qeyd edək ki, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Mehriban xanımın həyata keçirdiyi xoşməramlı işlər yerli media ilə yanaşı, xarici mətbuatın da diqqətini çəkir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudman da Azərbaycandakı tolerantlığı yüksək dəyərləndirib: "Azərbaycanda dini tolerantlıq heç də yeni konsepsiya deyil. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik".
Məlum olduğu kimi, İsraildə fəaliyyət göstərən "İC Public Research" İnstitutunun direktoru, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak da Azərbaycanı təqdir edir: "Tolerantlıq Azərbaycan xalqının səciyyəvi cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi imic yaratmağa çalışsalar da, Azərbaycan Yer üzündə yeganə dövlətdir ki, bir antisemitizm faktı belə qeydə alınmayıb. Əsrlər boyu etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz qalmayıb, onların hər biri öz dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlayıb".
Bu qeyd etdiklərimiz dünya mətbuatında yer alan dəyərli fikirlərdir. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli öz nümunəviliyi ilə bütün dünyanın diqqətini cəlb edir.
Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif mətbuat orqanları, böyük alimləri, fikir adamları, beyin mərkəzlərinin təmsilçiləri Azərbaycanda multikulturalizm və tolerantlığın Azərbaycan insanının həyat tərzinə çevrildiyini vurğulayır.
Xatırladaq ki, keçən ilin noyabr ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Yaponiyanın Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. Vaseda Universitetinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiyada Azərbaycandakı kimi müxtəlif milli etnik qrupların yaşamadığını önə çəkib. O deyib ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir. Bu ölkədə son zamanlar miqrasiya problemləri də qabarmaqdadır: "Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq".
Məlum olduğu kimi, Azərbaycanda mövcud olan tolerant mühit öyrənilir və tolerantlığı, multikultural dəyərləri bütün dünyada təbliğ edilir.
Keçən il mayın 18-19-da Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu da xatırlamaq yerinə düşərdi. Məlum olduğu kimi, 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə əsası qoyulmuş "Bakı prosesi"nin tərkib hissəsidir. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli rəsmi şəxslər, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər daxil olmaqla ümumilikdə 700-dən çox xarici nümayəndə iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə həmin Foruma ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən Simon Vizental Mərkəzinin beynəlxalq dinlərarası münasibətlər üzrə məsləhətçisi Annett Blüm də qatılıb. Mətbuatımız yazır ki, A.Blümün ABŞ-ın "The Huffington Post" qəzetində ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən bəhs edən "Bakı-dialoqun və sülhün unikal vəhdəti" adlı məqaləsi dərc edilib. "AzərTac" məqalənin xülasəsini yayıb. Xülasədə vurğulanır: "Oskar Uaylda məxsus belə bir aforizm var: "Həyat incəsənəti daha çox təqlid edir, nəinki incəsənət həyatı". Əslində, demək olar ki, müasir dövrümüzdə incəsənət xəyallarımızın mahiyyətini və ya yeni, olduqca yaradıcı olan anlayışların dərk edilməsini, formalaşdırılmasını müxtəlif şəkildə təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi dialoqdur. Dialoq bəzən yaradıcılıq forması kimi özünü büruzə verən, lakin xarakter etibarilə bəlkə də ən geniş yayılmış və ən təsiredici ifadə vasitəsi olan paylaşma, ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı gücünün sübutu bədii və ictimai fəaliyyətin, o cümlədən sosial ədalətin kəsişməsində özünü göstərir. Bütün dünyada birlikdə fəaliyyət göstərən və bu əməkdaşlığın qavranılması məqsədilə dəyişikliyə təsir etmək üçün strateji alyanslar yaradan sektorlar əsas istiqamət təşkil edir.
Bütün dünyada sülhə dəstək olan bir mexanizm kimi dialoq aparmaq potensialında olan insanlar üçün bu işlərin qlobal səviyyədə dərk olunması əhəmiyyətli dəyişikliyə təsir etmək baxımından zəruridir. Bəs bu perspektivli istiqamətlərin reallaşdırılmasında bizə kömək etmək üçün dialoqun rolu nədən ibarətdir? Daha da təkmilləşmək, insan fəaliyyətinin və sülhü bərpa edən və qoruyan potensial sistemlərin daha yaxşı modellərini yaratmaq üçün biz hansı nümunələri araşdırmalı və onlardan nəticə çıxarmalıyıq? Dünya dinləri ilə əlaqəli təşkilat olan "Dinlər sülh üçün" təşkilatının daxil olduğu QHT-lər üçün bir aktivist, eyni zamanda, incəsənət sahələrində aktivizmin tərəfdaşı və dəstəkçisi kimi bu sual mənim üçün əhəmiyyət kəsb edir. Azərbaycana, Bakıya son səfərim zamanı baş verən proseslərdə bu xüsusiyyəti görmək imkanına malik oldum. 2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizm və sosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarımdan və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Mən Bakıdakı Forumda iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Hər şeydən əvvəl diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, müsəlman dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il əvvəl baş verib. Nəhayət, Azərbaycana səfərlə bağlı dəvəti qəbul etməyimin üçüncü səbəbi Azərbaycanın İsrail ilə dostluq münasibətlərinin uzunmüddətli tarixə malik olmasıdır. Mən Bakıda olarkən Simon Vizental Mərkəzindəki həmkarım ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkdim. Yəhudi icması müsəlmanların çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə yaşayır. İsrail və Azərbaycan əsas dəyərləri paylaşmaqla yanaşı, həmçinin resursları da paylaşır. İsrailin idxal etdiyi neftin əksər hissəsi Azərbaycanın payına düşür, İsrail isə Azərbaycanı texnologiya ilə təmin edir. Bakıdakı nümayəndə heyətimiz icma və hökumət rəhbərlərinin bizim yaxın gələcəyimizi formalaşdırmaqda dialoqun zəruri rol oynadığı bir dövrdə dünyada davamlı inkişafa nail olmaq və məlumatlandırma vasitəsilə strateji alyansların və məqsədlərin idarə olunması və optimallaşdırılmasında necə vacib rol oynaya bilməsi barədə müzakirələr apardı. Azərbaycan öz gücü və onu ətraf regionu viran etmiş ekstremizm qüvvələrindən və ixtilaflarından qoruyan imkanları ilə geosiyasi cəhətdən unikal mövqeyə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, hazırda Azərbaycanda dinc şəraitdə yaşayan ermənilərin sayı 30 mindən çoxdur. Bütün bu amillər nəzərə alınmaqla qeyd olunmalıdır ki, Azərbaycan həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniya ilə bağlı öz vəzifə və nailiyyətini vurğulayan bu tədbir üçün münasib və olduqca maraqlı bir məkandır. Multikulturalizmin dünyəvi və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkədə necə həyata keçirilməsini və Azərbaycanın tolerantlıq dəyərlərinin müasir cəmiyyətdə necə müdafiə olunduğunu görmək üçün Bakıya səfər edən həmkarlar və həmfikir rəhbərlərlə yenidən görüşmək ilhamverici məqam idi.
Düşünürük ki, Azərbaycandakı müsbət halları paylaşmaqla digər dövlətlərin də əldə etmək niyyətində olduqları yeni perspektivi paylaşmağa kömək edə bilərik. Biz bir qrup kimi dünyada dialoqun davam etdirilməsinə duyulan ehtiyac, onun təsiri və bu günə qədər həyata keçirilmiş işlərin həcmi haqqında danışdıq. Dinlərarası sülhün timsalında bu unikal cəmiyyət digər ölkələrə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi güclü nümunə təklif edir. Azərbaycanın buna nail olması faktı onun prinsiplərinin gücündən və birliyindən xəbər verir. Azərbaycanın uğuru onilliklər boyunca stabil qalmış hökuməti və cəmiyyəti açıqlıq və tolerantlıq ənənələrinin geniş əhatə dairəsinə əsaslanır".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ