Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycançılıqdakı milliliklə dünyadakı millətçiliyin fərqli cəhətləri...
Tarix: 03.02.2016 / 01:15
Bölmə: Layihə
Hər bir xalq özünün tarixi keçmişi, əcdadlarının şan-şöhrəti, qəhrəmanlığı ilə öyünməlidir. Bu tamamilə təbiidir və qüruru olan, milli kimliyini dərk edən hər kəs bu hissi yaşayır. Ancaq bu belə başa düşülməməlidir ki, hansısa xalq özünü başqa xalqdan üstün tutmalıdır, yaxud irqlər arasında ayrıseçkiliklə bağlı məsələ meydana gətirilməlidir. Bu qətiyyət belə olmalı deyil.
Dünya bizim evimizdir və burada planetimizin hər bir sakininə yer var, heç kəsin ixtiyarı yoxdur ki, başqasının başına Yer kürəsini dar etsin.
Milli dəyərlərə, şanlı tarixi keçmişə, böyük maddi-mənəvi, mədəni dəyərlərə sahib olan Azərbaycan xalqı minillərdir bölgədə sülh, əminamanlıq, dostluq tərəfdarı kimi tanınır. Tolerantlığın hökmranlıq etdiyi Azərbaycan cəmiyyətinə milli-dini ayrıseçkilik, irqi seçkilik kimi məsələlər yaddır. Dünyanı başına götürən və əsasən Avropa ölkələrində tüğyan edən, az qala dövlət siyasəti səviyyəsinə gətirilən ksenofobiya bir dəhşət kimi insanları izləyir.
Qeyd edək ki, artıq Almaniya, Fransa kimi ölkələrdə ksenofobiya böyük kabusa çevrilib. Bu gün Avropa böyük qaçqın axını ilə üzləşib. Təxminən 2014-cü ildən başlayaraq müxtəlif ölkələrdən Almaniya və digər ölkələrə üz tutan çarəsiz insanlar burada təzyiqlərlə üzləşib və hücumlara, təcavüzə məruz qalıb. AFR Konstitusiyasının Müdafiə üzrə Federal İdarəsinin rəhbəri Hans-Georq Masen 2015-ci il avqust ayının 5-də "Reuters" agentliyinə müsahibəsində qeyd edirdi ki, Almaniya ərazisindəki qaçqınlara qarşı hücumlar təşkil edilir, onlara təcavüz olunur. O bildirirdi ki, qaçqınların yaşadığı yerə hücumların sayı 2014-cü ildə üç dəfə artıb, 2015-ci ilin birinci yarısının yekunlarına görə isə vəziyyət kəskinləşib. O vaxt qurum sədri bu hadisələrin daha kəskin xarakter almasından vahimələndiyini etiraf edirdi. Göründüyü kimi, bu gün Almaniya başda olmaqla, Avropa ölkələrində qaçqınlara qarşı olduqca dəhşətli hadisələr baş verir. Faktdır ki, qaçqınlar yaşayan yataqxanalar yandırılır, onlara küçələrdə hücumlar edilir, hətta var-yoxları talan edilir. Ekstremist təşkilatların bütün dünyada nifrətlə qarşılanan işlərə əl atması narahatlıq doğurur.
Ekspertlər bildirir ki, milliliklə millətçilik anlayışlarını qarışdırmaq olmaz. Millilik başqa, millətçilik isə tamamilə başqa anlayışdır. Bu gün şovinizmin, ksenofobiyanın, islamofobiyanın və digər neqativ izmlərin mövcud olduğu ölkələrdə insanların, mədəniyyətlərin, dinlərin, irqlərin, sosial zümrələrin bir-birinə dözümsüz, tabsız yanaşması insanlığı böyük fəlakətlər qarşısında qoyur. Bəzi ekspertlər bildirir ki, millətçi şüarlar səsləndirən, başqa xalqların, irqlərin, dinlərin nümayəndələrinə qarşı mənfi münasibət bəsləyən insanlar xəstə təfəkkürlüdür. Onlar hesab edir ki, normal insanlarda bu hal olmalı deyil. Xəstə təfəkkürlü insanların milli, irqi, dini baxımdan ayrıseçkilik etməsi, bu cür adamların başqa xalqları özlərinə düşmən bilib hətta onları qətlə yetirməsi halları dünən də olub, təəssüf ki, indi də var. Fakt budur ki, hazırda müəyyən ölkələrdə nasizm baş qaldırır, həmin ölkələrin millətçi kəsimi eyni soya malik olmadıqları xalqların nümayəndələrini öldürür, onların öz ölkələrindən çıxmasını tələb edirlər. Normal dövlətlərdə milli, dini, irqi cəhətdən ayrıseçkilik salınması birbaşa cinayət sayılır. Həmçinin, Azərbaycan Respublikasında da bu belədir. Məlum olduğu kimi, ksenofobiya dalğası Avropa ilə yanaşı, başqa ölkələrdə də mövcuddur. Gündəmi izləyən tarixçilər qeyd edir ki, son illər Rusiyada və bəzi Avropa ölkələrində nasizm simptomları özünü göstərməkdədir.
Yadınıza salaq: bir neçə il əvvəl Rusiya İnsan Haqları Təşkilatı "SOVA" məlumat yaymışdı ki, rus millətçiləri 2012-ci il ərzində qeyri-rus millətindən olan 11 şəxsə hücum edərək onları qətlə yetirib. Həmin ərəfədə Rusiya paytaxtı Moskvada, eləcə də Sankt-Peterburq və başqa şəhərlərdə özlərini rus millətçiləri sayan "skinhed"lərin vaxtaşırı olaraq kütləvi aksiyaları keçirilirdi. "Rus marşı" aksiyası da onlardan biri kimi xatırlanır. Bu aksiyada iştirak edənlər üzərində "Rusiya-rusların hakimiyyəti", "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" və digər millətçi şüarlar səsləndirirdi.
Qeyd edək ki, aksiya iştirakçıları olan rus millətçiləri Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci (millətçilik zəminində nifrət və düşmənçiliyə təhrik etmə) maddəsinin ləğvini də tələb edib. Lakin bu aksiyanın davamlı xarakter almasına baxmayaraq, Rusiya dövləti bu maddəni dəyişməməkdə israrlıdır. Bu da milli zəmində qarşıdurma yaradan millətçilərin həbsilə nəticələnir. Milli, irqi baxımdan zaman-zaman başqa ölkələrdə qarşıdurmalar baş verib, özlərini millətçi adlandıran qruplar qeyri-millətlərə qarşı hücumlar təşkil edib, onları sıxışdıraraq ölkəni tərk etməsinə çalışıb. Hətta yuxarıda bildirdiyimiz kimi, qətllər də törədilib. Reallıq onu göstərir ki, bu gün xarici ölkələrdə kifayət qədər Azərbaycan türkü yaşayıb fəaliyyət göstərir. Respublikamızda ölkəmizin və qeyri ölkələrin vətəndaşları olan başqa millətlərin nümayəndələri də az deyil. İstənilən millətin nümayəndəsi ölkə ərazisində azad şəkildə öz fəaliyyətini davam etdirə, özünə güzəran qazana bilər. Təki niyyəti saf, məqsədi aydın olsun.
Azərbaycan tarixən milli müxtəlifliyinə görə seçilib. Azərbaycan Respublikasının özəyini təşkil edən Azərbaycan türkləri öz say üstünlüyündən və digər keyfiyyətlərindən sui-istifadə etməyib və digərlərinə qarşı hər hansı bir xoşagəlməz münasibət göstərməyib. Azərbaycançılıq ideologiyasının əsas xətlərindən biri olan tolerantlıq biz türkləri başqa xalqları sevməyə vadar edir. Azərbaycançılıq ideologiyası ətrafında bizimlə bərabər 90-a qədər xalqı birləşdirib. Sirr deyil ki, yalnız ermənilərlə problemimiz var. Bu da onların bizə qarşı apardığı məkrli siyasətlə, torpaqlarımızı işğal etməsilə bağlıdır. Onlar bizə xəyanət etməsəydilər, onlara da başqa xalqlara bəslədiyimiz münasibəti göstərərdik, necə ki, əvvəllər göstərirdik də. Türklər hansısa cəmiyyətdə, dövlətdə say etibarilə başqa xalqların nümayəndələrindən bir neçə dəfə üstün olsalar da, heç zaman diskriminasiyaya yol verməzlər. Bu tarixi bir göstəricidir.
Tədqiqatçılar qeyd edir ki, insanların öz milli kimliyini dərk etməsi çox yaxşı haldır. Əslində milli baxımdan özünü dərk edən insanlar öz millətini sevən, vətənpərvər insanlar qrupuna aid edilir. Amma bəzi respublikalarda millətçilik xəstə təfəkkürün göstəricisi kimi meydana çıxır. Saxta erməni dövlətçiliyinə xidmət edən millətçilər uzun əsrlərdir Azərbaycan türklərinə və digər millətlərə qarşı ayrıseçkilik kampaniyası aparıb. Faktdır ki, onlar yalnız ermənilərdən ibarət anormal bir cəmiyyətdə yaşayır. Acınacaqlı haldır ki, zərərli millətçi qruplar patriotizmlə nasizmi səhv salır. Onlara elə gəlir ki, nümayiş etdirdikləri nasist davranışlar onların vətənpərvərliyindən, millətsevərliyindən irəli gəlir. Amma əsl millətçi heç zaman başqa xalqların nümayəndəsinə zərər vurmaz. Azərbaycana gəlincə, indiyə kimi burada milli zəmində qarşıdurma olmayıb. Nə də Azərbaycan türkləri başqa xalqlara "Azərbaycan bizim vətənimizdir, buranı tərk edin" deməyib.
Türklər tarixən Azərbaycan torpağında başqa xalqların nümayəndələrinə yer-yurd verib. Bu gün də ölkəmizə gələnlərə açıq ürəklə yanaşır. Azərbaycanda millətçilik başqa xalqları narahat etmir. Çünki bu millətçilik Rusiya, Avropa, Amerika, erməni millətçilərinin millətçiliyinə bənzəmir. Bizim millətçiliyimiz humanizm, sülh, dostluq, doğmalıq üzərində qurulub. Biz özümüzü sevirik, eyni zamanda da digər xalqlara hörmət edirik, onları dəyərləndiririk. Azərbaycançılıq bir vətənpərvərlik simvoluna çevrilib. Bu isə bütün xalqları ortaq bir nöqtədə birləşməyə çağırır. Mən sizə bir nümunə gətirim. Azərbaycanda əsrlərdir türklərlə birgə yaşayan kiçik toplumlar var. O toplumların nümayəndələrinin çoxu mənəvi cəhətdən özlərini türk adlandırır. Çoxu azərbaycançılığa bağlıdır. Bunun səbəbini soruşduqda deyirlər ki, azərbaycançılıq humanist bir təfəkkür tərzi, ideologiya, mənəvi keyfiyyətdir. Amma indiyə qədər görmədim ki, Rusiyada hansısa bir xalqın nümayəndəsi rus millətçilərinə qoşulub özünü onlara bənzətsin. Belə hal yoxdur. Çünki onlar millətçilikdən silah kimi istifadə edib başqa xalqları qətlə yetirirlər.
Tanınan gürcü jurnalisti, şairi, tərcüməçisi Giya Paçxataşvili hesab edir ki, əslində kiçik milli azlıqların tarixin dərin qatlarında əriyib itməməsinin, məhv olmamasının səbəbi türkçülükdür: "Türkçülük elə bir ideologiya, təfəkkür tərzidir ki, ondan heç bir xalq zərər çəkməyib. Heç zaman türkçülər aksiya keçirib başqa xalqların ölkədən qovulmasını tələb etməyib. Çünki o, ali məqsədələrə, Azərbaycanın bütövlüyünə, onun xaricdə müsbət imicinin qorunmasına xidmət edən bir ideologiyadır. Azərbaycan türkləri say etibarilə ölkə əhalisinin 90 faizini təşkil edir. Amma onlar heç zaman öz üstünlüklərini büruzə vermir. Əksinə, hər zaman başqa xalqlara xoş münasibət bəsləyirlər. Dünyada mövcud olan milli ideologiyaların arasında azərbaycançılıq-türkçülük ən mütərəqqi, sülhpərvər, tolerant bir ideologiyadır. Amma rus millətçilərinin ideologiyası, ermənilərin zəhərli təfəkkürü milli ayrıseçkiliyə şərait yaradıb. Əlbəttə, milli, irqi zəmində başqalarına qarşı mübarizə aparan, qətl törədən insanlar mütləq mənada cinayət məsuliyyətinə cəlb edilməlidir. Heç bir xalqın nümayəndəsinin ixtiyarı yoxdur ki, başqa bir xalqa qarşı cinayət törətsin. Azərbaycan Respublikasında buna ciddi əhəmiyyət verilsə də, bəzi ölkələrin rəhbərliyi bu məsələyə barmaqarası yanaşır. Azərbaycan türklərinin türkçülük ideologiyası başqa millətçilərə bir nümunədir. Azərbaycan millətçilərinin heç bir hərəkəti, çıxışı başqa xalqların ruhuna toxunmur. Gürcülər də burada əsrlər boyu yaşayır. Hələ indiyə qədər biz özümüzə qarşı türklərdən pis münasibət görmədik. Mənim özümün dostlarımın, tələbə yoldaşlarımın 99 faizi türklərdir. Biz onlarla indinin özündə də dostluq edirik. Heç vaxt onlardan özümə qarşı pis münasibət görmədim. Bunu başqa xalqların nümayəndələri də deyə bilər ki, türkçülük-azərbaycançılıq ona heç bir zərər vurmayıb".
G.Paçxataşvili Rusiyada baş verən bu halın digər ölkələrdə də mövcud olduğunu qeyd etdi. Jurnalist hesab edir ki, bəzən insanlarda özlərinə həddən artıq vurğunluq onları belə cinayətlərə sövq edir: "Gürcüstan Respublikasında da milli ayrıseçkilik yoxdur. Ora da tarixən bir neçə aborigen xalqın yaşadığı ölkə olub. Gürcü millətçiliyi də təhlükəli deyil. Amma erməni və rus millətçiliyi başqa xalqların nümayəndələrinə qarşı yönəlib. Onlarla yanaşı, Rusiyada kifayət qədər ağıllı, başqa xalqlara normal münasibət bəsləyən insanlar da var. Deyərdim ki, çoxdur. Amma "millətçi" adı ilə özlərini meydana atanlar əslində nasizm ideyalarını davam etdirir. Bəzən bu kimi halları görəndə, istər-istəməz, nasist lider Hitleri və onun tükürpədici əməllərini xatırlayıram. Bu şeyləri kitablardan oxuyurduq. Eşitdim ki, artıq Almaniyada da belə bir hərəkatın başlanması haqda söhbətlər gəzir. Başa düşə bilmirəm, nə üçün bəzi ölkələrin vətəndaşları inkişaf etdikcə nasizmə doğru gedirlər? Qafqazda Azərbaycan Respublikasında çox ali bir türkçülük ideologiyası formalaşıb. Bu ideologiyadan indiyə qədər zərər çəkən olmayıb. Azərbaycan Xalq Cumhuriyyəti dövründə də azərbaycançılığın içində türkçülük xətti də vardı. Amma türkçülük xətti digər xalqların həyatına müdaxilə etmirdi. Əksinə, o dövrdə də qeyri-türklərə geniş meydan verilirdi".
G.Paçxataşvili bildirdi ki, bu gün Avropa ölkələrində baş verənlər onu da narahat edir. Şair-jurnalist, bədii tərcümə ustadı Giya müəllim qeyd edir ki, onlar gəlib Azərbaycandan nümunə götürsünlər: "Azərbaycanın elə bölgələri var ki, oranın millət palitrası çox zəngindir. Millətçilik yaxşı keyfiyyətdir, amma o eqoizm səviyyəsində olmamalıdır. İnsan öz xalqını sevməlidir ki, başqa xalqlara da dəyər verə bilsin. Azərbaycançılıq ideologiyası müxtəlif xalqlara hörmət hissi də aşılayır. Azərbaycançılıq harada geniş yayılıbsa, orada sülh, əminamanlıq var". Bəli, Azərbaycan əminamanlığın, sülhün, qardaşlığın və dostluğun, sağlam mühitin məkanıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ