Bazar ertəsi günü, 08 dekabr 2025
     

"Mən fəxr edirəm ki, azərbaycanlıyam..."

Image

Azərbaycançılıq dövlətimizin ideologiyasıdır və hər bir Azərbaycan vətəndaşı, dünyanın istənilən yerində yaşayan azərbaycanlı bu uca məfhuma sadiq qalmalı, onun şərtlərinə əməl etməlidir. Azərbaycançılığın və azərbaycanlı olmağın sevincini yaşamaq, bundan qürur duymaq, əlbəttə, çox qiymətli bir hissdir. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"- ifadəsi bu hissin ən yüksək səviyyədə təzahürüdür, inikasıdır.
Bunu Azərbaycan dövlətinin hamisi, azərbaycançılıq ideologiyasının XX əsrdəki müəlliflərindən biri, mərhum Azərbaycan Prezidenti Heydər Əliyev söyləyib. Politoloqlar bildirir ki, Heydər Əliyev və azərbaycançılıq bir-birini tamamlayan bir vəhdətdir.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev bizimlə söhbətində Heydər Əliyev və azərbaycançılıq mövzusunu şərh edərkən qeyd etdi ki, Heydər Əliyevin dəqiq ifadə etdiyi azərbaycançılıq fəxarətini azı beş istiqamətdə dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, bu, Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə, Azərbaycan dövlətçiliyinə və Azərbaycanın müasir dünya siyasətində tutduğu əhəmiyyətli yerinə bağlılıq kimi xarakterizə oluna bilər. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının geniş səviyyədə yayılması bütün azərbaycanlılar tərəfindən əməl və iş səviyyəsində, vətənpərvərlik, vətənə, xalqa, dövlətə, dövlətçiliyə, dövlət atributlarına münasibətində özünü göstərir.
Qeyd edək ki, bu beş istiqamətin hər biri haqqında ayrıca yazılarımız, mövzular ətrafında söhbətlərimiz olacaq.
Məlum olduğu kimi, ana dilimizin, milli ədəbiyyatımızın, teatr və mətbuatımızın azərbaycançılıq prinsiplərinə, qaydalarına uyğun istiqamətdə inkişaf etməsi, formalaşması Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı ilə bağlıdır. Azərbaycançılıq ideologiyasının Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında məqsədyönlü şəkildə yayılması da Heydər Əliyevin apardığı milli siyasətlə əlaqədardır. Politoloqlar və tarixçilər qeyd edir ki, qüdrətli dövlət xadimi Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" etirafı azərbaycanlıların dilinin əzbəridir. Mərhum Heydər Əliyev bu qiymətli kəlamı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75-ci ildönümündə söyləyib.
Azərbaycançılığın formalaşmasına töhfələr verən klassiklər, böyük şəxsiyyətlər yurdu olan Naxçıvan Heydər Əliyevi də Azərbaycan xalqına bəxş edib. Tarixən Azərbaycan dövlətçiliyinin, təhsilinin, dilinin, mədəniyyətinin, ədəbiyyatının inkişafında Naxçıvan əvəzsiz rol oynayıb. Bu gün də oynamaqdadır. Heydər Əliyevin müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75-ci ildönümündə etdiyi çıxışda "Azərbaycanın hər guşəsi, torpağı hər bir azərbaycanlı üçün əzizdir. Ona görə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü hər bir azərbaycanlı, bütün Azərbaycan xalqı üçün bayramdır, bizim dövlətimiz üçün bayramdır. Çünki biz burada, Naxçıvanda olan dəyişiklikləri, inkişafı bir daha xatırlayaraq, qeyd edərək, eyni zamanda, Azərbaycanın bütövlükdə inkişafını və Azərbaycan Respublikasının həyatında baş verən dəyişiklikləri nümayiş etdiririk"-deyə bildirib. Azərbaycanın bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazanması sözsüz ki, Azərbaycan xalqının azərbaycançılıq məfkurəsinə, ideologiyasına bağlılığı nəticəsində baş verib. Milli özünüdərk anlayışından, azərbaycançılıqdan uzaq olan bir xalq dövlətinin müstəqil olmasını istəyərdimi? Təbii ki, bu məsələ belə, xalqı ümumiyyətlə maraqlandırmazdı. Amma tarix göstərdi ki, Azərbaycan xalqının milli ruhu istənilən tarixi şəraitdə sağlam qalıb. Xalqımız öz iradəsini ortaya qoyaraq məmləkətimizin müstəqil olmasına qərar verdi. Heydər Əliyev də həmişə öz çıxışlarında, sovet dövründə belə, daxilən milli məfkurəyə, azərbaycançılığa sadiq olduğunu açıqlayıb: "Biz müstəqillik əldə etmişik. Müstəqil Azərbaycan dövləti öz həyatını, bütün işlərini sərbəst, azad surətdə özü qurur və Azərbaycanın müstəqilliyi dövründə Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünü keçirmək mənim üçün şübhəsiz ki, bütün keçmiş zamanlara nisbətən çox əzizdir, qiymətlidir. Biz bu təntənəli yubileyi Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi, dövlət müstəqilliyini bərpa etməsi ilə əlaqədar 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktının qəbul olunması günü ərəfəsində keçiririk. Yəni 18 oktyabr günü də bizim üçün bayramdır, bu gün də bizim üçün bayramdır. Bu bayramların çox gözəl vəhdəti vardır. Mən bu gün söylədim ki, naxçıvanlılar, Naxçıvan əhalisi azadlığa, müstəqilliyə, sərbəstliyə daha da çox can atanlardan olublar. Ona görə də Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, - baxmayaraq ki, o vaxt artıq Naxçıvanda müstəqillik əldə edilmişdi, - bütün Azərbaycan xalqı kimi, naxçıvanlılar üçün də tarixi hadisədir və çox qiymətlidir... Bütün dünyaya məlumdur ki, Azərbaycan zəngin təbii sərvətlərə, yüksək elmə, mədəniyyətə, təhsilə, tərəqqiyə malik olan bir ölkədir. Ona görə də bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr etməyə haqqımız vardır. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var".
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyən Heydər Əliyev Azərbaycan xalqının şərəfini, Azərbaycanın dövlət müstəqilliyini və demokratik inkişafını, Azərbaycan millətinin və Azərbaycan dilinin böyüklüyünü, şirinliyini ən uca məqamlardan dilə gətirib: "Yaşasın, yaşasın və yüz illərlə yaşasın müstəqil, azad, demokratik Azərbaycan!".
Heydər Əliyevin bu səslənişi minlərlə azərbaycanlını azərbaycançılıq ətrafında yumruq kimi birləşdirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" neçə-neçə tədbirə, yığıncağa, bilik yarışmasına, kitaba, yazı müsabiqəsinə deviz kimi seçilib. Bu deviz altında müxtəlif idman yarışları, inşa-yazı müsabiqələri, konsert proqramları təşkil olunur.
Mərhum Prezident Heydər Əliyevin xatirəsinə həsr edilən bu tədbirlərdə vətənpərvərlik, azərbaycançılıq istiqamətində söhbətlər aparılır.
Bu gün "Mən fəxr edirəm ki, azərbaycanlıyam"- hər bir azərbaycanlının devizinə çevrilib. Uşaq və gənclərimiz bu ruhda tərbiyələndirilir. Hər bir təhsil müəssisəsində, elm və mədəniyyət ocağında azərbaycanlı olmaq sevgisi aşılanır yeniyetmələrə, gələcəyimiz olan balalarımıza.
Heydər Əliyev irsini araşdıran tədqiqatçılar qeyd edir ki, burada əsas xətt azərbaycançılıq və bu ali məfhumun təbliği təşkil edir. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərincə desək, Heydər Əliyevin azərbaycançılıq fəxarətini ifadə edən bu fikirlər çoxşaxəlidir. Bu ideologiyanı təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, azərbaycançılıq ideologiyasını yaymaq işi günü-gündən daha da genişləndirilməlidir.
Qürurverici haldır ki, "Mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsi yaradıcı adamların da könlünə ilham verib, onların yaradıcılığında yeni dəst-xətt yaradıb. Elə bir sahə yoxdur ki, orada bu ali kəlmənin təsiri hiss edilməsin. Bu gün Azərbaycanda Azərbaycan ideologiyasının daha geniş səviyyədə təbliğ edilməsi üçün böyük bir hərəkata başlanıb.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsi yalnız quru bir şüar deyil, o özündə dərin məna əks etdirən, ətrafında milyonları birləşdirən bir səslənişdir, haraydır. Bakıda, bölgələrdə xalqımızı sevənlər, ona varlığı kimi baxanlar bu kəlamı özlərinə işıqlı yol kimi qəbul edir.
Tarixçilər qeyd edir ki, Heydər Əliyevin illər əvvəl səsləndirdiyi bu ifadə nəinki azərbaycanlıların, hətta etnik toplumların da həyat tərzinə daxil olub. Azərbaycanda yaşayan hər bir xalqın vətəninin Azərbaycan olduğunu deyən tarixçilər bildirir ki, milliyyətindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu ideologiyaya sadiq olmağa çalışır. Onu da vurğulayaq ki, hətta müxtəlif səbəblərdən Azərbaycandan köçən qeyri-azərbaycanlılar da yaşadıqları ölkələrdə azərbaycançılıq ideologiyasına sadiq olduqlarını qeyd edirlər. Bu da faktdır ki, qeyri-azərbaycanlılar da Heydər Əliyevin dövlətçilik siyasətini bəyənib həmişə. Təbii ki, Azərbaycan hamımızın vətənidir. Azərbaycançılıq da hər birimizin səcdə etdiyimiz bir dünyadır. Azərbaycanda doğulub boya-başa çatan millətlərin nümayəndələri də Azərbaycan sevdalı insanlardır. Heydər Əliyev bu torpağı Azərbaycan türklərilə yanaşı, etnik qrupların da ana vətəni sayıb. Bu hal da var ki, bu gün qeyri-türklər də vətəndaşlıq etibarilə və mənəvi cəhətdən özlərini azərbaycanlı sayır. Azərbaycançılıq ideologiyasının yaşı qədimdir. Sovet dövründə də azərbaycançılar vardı, indi də var. O vaxt həqiqi Azərbaycan tarixinin yazılması uğrunda mübarizə aparanlar az deyildi. Heydər Əliyevin azərbaycançılıqla bağlı gördüyü işlər əvəzsizdir. Kim hara gedirsə, nə isə bir iş görürsə, bunu Azərbaycana sevgilə edir. Heydər Əliyevin ana dili siyasəti çox təqdir olunası bir siyasət olub. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilinin inkişafı ilə bağlı böyük işlər görüb. Anadilli məktəblərin çoxaldılması, ana dilində dərslərin keyfiyyətinin artırılması və s. onun xidmətləri nəticəsində baş verdi. Azərbaycan dilinin yüksək zirvəyə qaldırılması, bu dildə yazıb-yaradan insanların qiymətləndirilməsi Heydər Əliyev tərəfindən həyata keçirilib. Azərbaycançılığın keşiyində duran nə qədər insan mərhum Prezidentin hörmətini qazanıb. Azərbaycançılıq vahid bir ideologiya kimi daha da inkişaf etməli, dünyadakı azərbaycanlıları əhatə etməlidir. Hər bir Azərbaycan vətəndaşı bu ideologiyanı özünə mayak bilməlidir. Bəli, fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq. Azərbaycançılıq hər bir vətəndaşın əməlində, gördüyü işlərdə, vətənə, xalqa sədaqətində özünü ifadə etməlidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 21:45
Kreml ATƏT dövrü Qarabağ sənədlərinin açılmasından narahat olub...

08.12.2025 / 21:31
"Yeddi Yara" kilsəsi katolikosa qarşı mübarizənin mərkəzinə çevrildi - erməni keşişlərinin pornovideoları yayıldı...

08.12.2025 / 21:16
Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı - "niyə"sinə izah verilmir...

08.12.2025 / 21:02
Azərbaycan neft diplomatiyasında yeni yol açır - Hikmət Hacıyev anons verdi...

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ