Cümə günü, 27 noyabr 2026
     

Folklorumuzun qədim lirik örnəkləri - sayaçı sözlər, holavarlar, əkinçi nəğmələri...

Image


Folklor hər bir xalqın qədimliyini, dilini, mədəniyyətini, söz, fikir ululuğunu, zənginliyini özündə ifadə edən dərin bir aləmdir. Azərbaycan folkloru bu baxımdan xalqın dünyagörüşünü, mədəniyyətini, ictimai həyatını, məişətini özündə ifadə edir. Dünyada binə quran qədim türk tayfaları öz məişəti, həyatı, elat mədəniyyəti, söz yaradıcılığı haqda folklor nümunələri ilə bizi məlumatlandırır.
Bilirik ki, qədim insan öz taleyini əməyə bağlayıb, ovçuluqla, balıqçılıqla, heyvandarlıqla, maldarlıqla, əkinçiliklə məşğul olub. İnsanlar oturaq mədəniyyətə sahib olmamışdan əvvəl köçəri yaşayıb, yayı yaylaqda, qışı qışlaqda qarşılayıb. İqlimi xoş keçən, bol otlaqlı, bol sulu bərəkətli torpaqlar türklərin əsas məskəni olub. Əcdadlarımız özləri haqda, məşğuliyyətləri, maraq çevrələri barədə gələcək nəsillərə çox dəyərli informasiyalar ötürə bilib. Bu, folklor örnəklərində özünü ifadə edən deyimlər, tapmacalar, sayaçı sözləri, əkinçilik nəğmələridir. Fikrimcə, nağıl, əfsanə, mifik mətnlər sonradan meydana çıxıb. Çünki qədim insan yaşamaq uğrunda mübarizə aparır, ovçuluq edib qarnını doyururdu. Sonra əkinçiliyin meydana gəlməsi insanları oturaq həyata alışdırıb.
Azərbaycan folkloru çox zəngindir və özündə epik və lirik janrları birləşdirir. Azərbaycan folklorunun-lirik şeirin ilk qədim nümunələrindən olan sayaçı sözləri, holavarlar, əkinçi nəğmələri keçən minilliklərdən yadigar qalan örnəklərdir.
Mən özüm hələ uşaqlıqdan sayaçı nəğmələrini, holavarları, əkinçi nəğmələrini, eydirmələri, qımqımalı, mövsüm-mərasim nəğmələrini çox eşitmişəm. Hətta yaşıdlarımla birgə oxumuşam da. İndiyə qədər yadımdadır, nənəm də, başqa qadınlar da inəkləri, camışları sağanda mütləq eydirmə nəğməsi oxuyardılar. İnəkləri, camışları əzizləyə-əzizləyə, oxşaya- oxşaya sağardılar.
Gözləri muncuq inək
Yelinin dolu olsun!
Ümumiyyətlə, lap qədimdən son illərə qədər əmək nəğmələri də, sayaçı deyimləri də hər gün səslənərdi. Sadəcə, nəsillərin dəyişməsi, cavanların yaşlı insanların yadigarı olan ənənələrə bəslədiyi soyuqluq bu nəğmələri dillərdən, ağızlardan aldı. Bəlkə indi çox az adam tapılar ki, o ənənələri yaşatsın.
Mərasimşünaslar yazır ki, əmək nəğmələri əmək prosesini əks etdirən bədii mətnlərdir. Bu mətnlərin bir çoxu ritual, etiqad, mərasim və məişət detalları ilə cilalanıb.
Əmək nəğmələrinin ən parlaq nümunələrindən biri əkinçi nəğmələridir. Mərasimşünaslar qeyd edir ki, xalq poeziyasının ən qədim nümunələrindən olan əkinçi nəğmələrində biçinçi, cütçü həyatı tərənnüm edilir. Bu nəğmələr əkinçilərin bilavasitə əmək prosesində yaratdığı, ifa etdikləri nəğmələrdir. Qədimlərdə bir hecalı, bir misralı olan əkinçi nəğmələri inkişaf edərək sonralar 2-3 hecalı, 2-3-4 misralı nəğmələrə çevrilib. Şifahi poeziyanın ən geniş yayılmış əkinçi nəğməsi holavardır. Qədim çağların məhsulu olan və hər bəndi 4 misradan ibarət olan holavarlar bayatı (yeddilik) şəklindədir:
Ala kəlim, bizə gəl,
Dağdan enib düzə gəl.
Dırnağının gözüylə
Qara düzü bəzə gəl.
Sayaçı nəğmələri də əmək nəğmələri silsiləsinə aiddir. Mərasimşünas və etnoqraflar yazır ki, şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm edilib. Bu nəğmələrin ilk yaranışı qoyunların əhliləşdirilməsi dövrünə təsadüf edir. Bu nəğmələr qoyun qırxımı, döl vaxtı, yaylağa köçərkən və s. mərasimlər zamanı ifa edildiyi üçün mərasim nəğməsi də hesab edilir:
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Bulamanı tez yetir,
Gözləyir uşaq, qoyun.

Balaca-balaca çəpişlər,
Yovşanın başın dişlər.
Gedər yaylağı gəzər,
Gələr aranda qışlar.

Dağlardan endi qoyun,
Dolaşdı bəndi qoyun.
Süd-qaymağı bol eylə,
Sevindir kəndi, qoyun.
Sağın nəğmələri, bayaq onun adını eydirmə nəğməsi kimi təqdim etdim, eldən eşitdiyim sözdür. Amma mərasimşünaslar ona sağın nəğməsi adını verib. Fikrimcə, çox uyğundur.
Mərasimşünaslar yazır ki, xalqımızın qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri içərisində sağın nəğmələri də müəyyən yer tutur. Saya nəğmələrindən fərqli olaraq sağın nəğmələri köçəri tayfalar içərisində yaransa da, oturaq həyat şəraitinə keçmiş tayfalar tərəfindən asanlıqla qəbul olunub.
Dutum, dutum,
Nənəm, dutum.
Səni sağan,
Dutum, dutum,
Mənəm, dutum,
Bacım, dutum.
Məişət nəğmələri sırasında ovçu nəğmələrinin yeri ayrıcadır. Mərasimşünasların bildirdiyinə görə, daha qədim dövrlərə aid olan ovçu nəğmələri həmin peşə ilə bağlı yaranıb, nidalı, çağırışlı sözlərlə şifahi poeziyamıza daxil olub. Ovçu nəğmələri bir sıra hallarda tuluqda, tütəkdə, fitdə çalınan havalarla müşayiət olunub:
Ova gedən,
Ovun tuş.
Ovun olsun
Maral, quş...
Balıqçı nəğmələrinə də diqqət ayırmaq istəyirəm. Alimlər bildirir ki, əmək nəğmələri içərisində balıqçı nəğmələri də xüsusi yer tutur. Dünya xalqlarının şifahi poeziyasında bu nəğmələrin dəniz və çay ətrafında yaşayan xalqların poetik düşüncəsində olduğu kimi, ilkin inkişaf mərhələlərində yarandığı ehtimal olunur. Balıqçı nəğmələrinin hamısında «Yahu» nəqarəti mühafizə olunur. Misal:
Yahu
Röyama girdi,
Yahu
Sirrimi bildi.
Yahu
Dəryalara
Tor atdım,
Üzümə güldü
Yahu...
İpəkçi nəğmələri də xalqımızın məişətində önəmli yer tutur.
Mərasimşünaslar yazır ki, ipəkçi nəğmələri xalq içərisində bəzən kümçü (kümzar) nəğmələri adı ilə tanınır. Bu nəğmələrdə əsasən barama, onun əhəmiyyəti, baramanın bədnəzərdən qorunması və s. tərənnüm edilir:
Çıxdı qızım
Tərəcəyə,
Büküb qoydum
Bələcəyə
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.
Hana nəğmələrini qədim zamanlarda nənələrimiz həmişə oxuyub, bununla da toxuduğu xalçanın, kilimin, cecimin, çulun, palazın, xurcunun gözəlliyini birəbeş artırıblar.
Əmək nəğmələri içərisində toxuculuq və xalçaçılıqla bağlı nəğmələr mühüm yer tutur. Hana nəğmələri əsasən ilmə vurularkən, ilmə döyülərkən və s. söylənən nəğmələrdir. İlk hana nəğməsi aşağıdakı şəkildə bizə çatıb:
Asma gül,
Basma gül.
Gülüm xınalı
Döşü minalı!
Mərasim nəğmələri arasında doğumla bağlı nəğmələr də var. Mərasimşünaslar yazır ki, xalq poeziyasında övladsızlıqla bağlı ənənəvi süjet doğumu müqəddəsləşdirib, xalq doğumla bağlı müxtəlif nəğmələr yaradıb:
Sancılar gələr-gedər,
Atalar gülər gedər.
Nənələr nənni qoyar,
Nəvəsin bələr gedər.
Xalq poeziyasını öyrənən alimlər qeyd edir ki, bu nümunələrdən söz düşəndə ilk olaraq əmək nəğmələri xatırlanır. Bu nəğmələr əməyə bağlılıq, iş prosesini yüngülləşdirmək, müəyyən mənada həvəs oyatmaq məqsədilə ifa edilib. Əsasən əkinçilik, maldarlıq, ovçuluq zamanı istifadə olunub. Əmək nəğmələri içərisində sayaçı sözləri xüsusi yer tutur. «Sayaçı» kəlməsi «sayalı olan, xeyir gətirən» mənasını daşıyır. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli araşdırmalarında yazır ki, «saya» fars dilində «kölgə» deməkdir. Məcazi mənası isə himayə, müdafiədir. Xalq arasında bu söz nemət, yaxşılıq, xeyirxahlıq mənalarında işlənir. Burada daha çox ev heyvanlarına məhəbbət, qayğı ifadə olunur.
Bu mahnılar arasında çobanlara həsr olunan nümunələr də var. Belə nəğmələrdə çoban təriflənir, işi-gücü, xeyirxahlığı və igidliyi haqqında söz açılır:
Göydə gəzən buludlar
Yorğanıdır çobanın.
Yastı-yastı təpələr
Yastığıdır çobanın.
Yumru-yumru qayalar
Yumruğudur çobanın.
Yaz-payız əkini zamanı və yaxud taxıl biçilib döyülərkən oxunan mahnılara «holavar» deyirlər. Tanınmış folklorşünas, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü mərhum Azad Nəbiyev holavarlar haqqında yazırdı: «Çin, hind və skandinav xalqlarının folklorunda «ho» müqəddəs öküz (inək) toteminin adı olub. Türkdilli xalqların - Azərbaycan, uyğur, özbək folklorundakı mərasim nəğmələrində «ho»lar müqəddəs varlıq, səadət rəmzi kimi tərənnüm edilir. Holavar həm də müqəddəs varlıqlar haqqında mahnı mənasını daşıyır».
Tədqiqatçıların yazdığına görə, dahi bəstəkar Üzeyir Hacıbəyov xalq mahnılarımızın nota salınan nümunələri barədə bildirirdi: «El mahnılarında Azərbaycan xalqının əhval-ruhiyyəsi və zövq musiqisi bəyan edilir. Həmin şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material da var. Onun musiqi, ədəbi, psixoloji və istərsə də etnoqrafik əhəmiyyəti çox böyükdür».
Azərbaycan xalq mahnılarının toplanması işinə XIX əsrdə başlanıb. 1828-ci ildə şərqşünas A.Xodzko Azərbaycan xalq mahnılarını toplayaraq nəşr etdirib. Onların əksəriyyəti tarixi mərasim və lirik mahnılar olub. XIX əsrdə P.Siyalski də «Səkkiz asiyalı mahnısı və bir ləzginka» adı ilə məcmuə çap etdirib. Tədqiqatçılar onu da bildirir ki, XX əsrdə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin əməyi xüsusi qeyd edilməlidir.
Bakı Dövlət Universitetinin folklor kafedrasının əməkdaşı Lətafət Ələkbərova «Bir daha sayaçı sözlərinə dair» yazısında qeyd edir ki, Azərbaycan folklorunun toplanması, nəşri, öyrənilməsi tarixində SMOMPK məcmuəsi mühüm yer tutur: «Milli folklorşünaslığın yaranmasında bir mərhələ olan bu məcmuə Azərbaycan və bütün Qafqazın təbiəti, tarixi, coğrafiyası, incəsənəti, kənd təsərrüfatı, burada yaşayan xalqların folkloru və etnoqorafiyasını öyrənmək üçün zəngin mənbədir. Bildiyimiz kimi, milli folklorumuz qədim bir tarixə malikdir. AMEA-nın müxbir üzvü, professor A.M.Nəbiyev qeyd edir ki, bizim ağız ədəbiyyatımızın yaranma və janrlaşma tarixi nə qədər qədimlərə gedib çıxsa da, milli folklorşünaslıq elmimizin meydana gəlməsi ötən əsrin əvvəllərinə təsadüf edir. Alimin fikrincə, Azərbaycan folklorşünaslığı gecikmiş folklorşünaslıq idi. Professor Azad Nəbiyev Azərbaycan folklorşünaslığında üç mərhələnin olduğunu göstərir. Birinci mərhələ 1830-1900-cu illəri əhatə edir. İkinci mərhələ 1900-1940-cı illər arasında olub. Üçüncü mərhələ-yeni dövr-Böyük Vətən Müharibəsi illərindən başlayaraq bu günə qədər davam edir. Birinci mərhələdə «Tiflisskiye vedomosti», «Novoye obozreniye», «Sbornik svedeniy o Kavkaze», «Sbornik svedeniy o kavkazskix qorçax», SMOMPK məcmuəsi və digər mətbu orqanlarda bizim bir çox şifahi yaradıcılıq nümunələrimiz toplanıb nəşr edilirdi. Alimin bu fikri bizə SMOMPK məcmuəsinin Azərbaycan folklorşünaslığının inkişafında mühüm rol oynadığını deməyə tam əsas verir».
Tədqiqatçı yazır ki, SMOMPK-un buraxılışlarından birində F.Köçərlinin topladığı sayaçı nəğmələri çap olunub. Alim qeyd edir ki, bu yazı çox əhəmiyyətlidir. Çünki həmin Azərbaycan folklorşünaslığında «sayaçı» sözünün etimiologiyası haqqında müxtəlif fikirlər var: «Bunlardan biri də Firudin bəy Köçərlinin fikridir. Həmin mülahizə də onun SMOMPK-un həmin buraxılışında nəşr edilən «sayaçı nəğmələri» adlı məqaləsində əks olunub. Beləliklə, mətnin əvvəlində izah olunur ki, «saya» sözü fars dilində «kölgə», məcazi mənada «himayədarlıq», «müdafiə» deməkdir. Zaqafqaziya tatarları (azərbaycanlılar - L.Ə.) onu «xeyir», «bərəkət» mənasında işlədirlər. Deməli «sayaçı» - xeyir-bərəkət gətirəndir. Doğrudan da məişətimizdə «gəlinin ayağı sayalı olsun», «bayramın ayağı sayalı olsun» ifadələri işlənir ki, bunların da mənası «xeyirli, bərəkətli olsun» deməkdir. Sayaçılar da öz nəğmələrində hər evə rifah, ruzi arzulayırlar. Firudin bəy sayaçını adi tərəkəmə kimi təsvir edir. Adətən, o, payızın sonu və qışda oba-oba gəzib ev heyvanlarını tərif edir, əvəzində ərzaq məhsullarından pay alırdı. Şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olub».
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ