şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan qadınlarının gözəllik simvolu - kəlağayı...
Tarix: 28.04.2015 / 01:08
Bölmə: Layihə
Elə bir adam tapılmaz ki, kəlağayı ilə bağlı özəl xatirəsi olmasın. Nənələrimizin, analarımızın, qız-gəlinlərimizin gözəllik, ismət, bütövlük, əzəmət simvoluna çevrilən kəlağayı əsrlər boyu vacib baş örtüyü olub. Son 20-30 ilə kimi qadınlar kəlağayıdan geniş şəkildə istifadə edirdi. Azərbaycan mədəniyyətinin, tikmə sənətinin olduqca gözəl, mükəmməl, qeyri-adi sərvəti olan kəlağayılardan son zamanlar daha çox tədbirlərdə, yığıncaqlarda istifadə edir qadınlar.
Təəssüf ki, bir çox hallarda milli bayramlar zamanı yada düşür bu gözəl, zərif, qadınların gözəlliyini on qat artıran kəlağayılar. Halbuki, əvvəllər nənələrimiz, analarımız kəlağayını ən qiymətli baş örtüyü kimi istifadə edər, dəyərləndirərdilər. Azərbaycan dövləti kəlağayı sənətinin inkişafı ilə bağlı tədbirlər görür, xüsusi olaraq kəlağayı istehsalına fikir verir.
Məlum olduğu kimi, artıq UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın kəlağayı sənəti «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Azərbaycan ətirli kəlağayının belə bir mötəbər qurumda ana vətənimizin adını təmsil etməsi Azərbaycan xalqı və dövləti üçün böyük uğurdur. Onu da qeyd edək ki, bu məsələdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri çoxdur. Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqləyib.
Bəlli olduğu kimi, bu gün Azərbaycan xalqı öz qeyri maddi-mənəvi dəyərlərinə, mədəniyyət nümunələrinə sahib çıxır və bunun da uğurlu nəticələri var. İndi dünya ictimaiyyəti çox yaxşı bilir ki, kəlağayı azərbaycanlılara məxsusdur və ölkəmizdə əsrlər uzunu istehsal edilib və edilməkdədir də.
Qeyd edək ki, kəlağayı ipək sapdan toxunan dördkünc formalı qadın baş örtüyüdür və Azərbaycanın qərb zonasında buna bəzən «çarqat» da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb, bu gün də hazırlanır. Tarixi mənbələrdən aldığımız məlumata görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Sənətşünaslar qeyd edir ki, kəlağayı bir neçə növdə olur.
Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi. Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.
Bayaq qeyd etdiyimiz kimi, Azərbaycan kəlağayısı «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Kəlağayının naxışları ona daha da gözəllik verir. İpək, yumşaq parça üzərinə salınan naxışlar adamı elə sehirləyir ki, onun cazibəsindən qurtara bilmirsən.
Kəlağayının naxışlanması haqda da danışsaq maraqlı olar. Cilvəli, zərif, min bir mənalı naxışlar. Dil açıb danışan, adamları da danışdıran naxışlar. Qadın gözəlliyini tamamlayan, bu gözəlliyi daha da sehrli və əlçatmaz edən kəlağayılar tarixən kişi ustalar tərəfindən hazırlanıb. Naxışları da kəlağayıya əsasən kişilər vurub. Ürəklərindəki sevgini, sevgilisinə qovuşmaq niyyətini çin-çin edib kəlağayılarda ustalar.
Sənətşünaslar qeyd edir ki, basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanıb. Şəki və Basqal kəlağayıları sırasında «Şah buta», «Saya buta», «Xırda buta» çeşnilərindən daha çox istifadə olunub . «Heyratı», «Soğanı», «İstiotu «, «Albuxarı», «Abi», «Yeləni» adlı əlvan kəlağayılar böyük şöhrət qazanıb. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşayıb, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilib.
Kəlağayı toxuculuğuna gəlincə, sənətşünaslar bildirir ki, hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Burada Şəki şəhərində Şamilovlar nəslinin bu sənətin mahir ustası sayıldığını qeyd etməliyik. Verilən məlumata görə, mərhum Şövkətziya Şamilovun törəmələri indi bu sənəti uğurla davam etdirir. Onun oğlu Əmiraslan, nəvəsi Rəşadın xüsusi zövqlə toxuduqları kəlağayılar hamı tərəfindən bəyənilir. Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünür.
Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır. Ulularımızın yaratdıqları və məşğul olduqları xalq sənətkarlığı nümunələrindən biri olaraq kəlağayı sənətinin uzun əsrlərdən bəri qorunub saxlanması və daha da inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Kəlağayının təbliğinin geniş şəkildə həyata keçirilməsi olduqca vacib bir haldır. Bilirik ki, bir sıra Azərbaycan filmlərində, teatr tamaşalarında kəlağayıdan geniş şəkildə istifadə edilib. Filmlərimizdə milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız obrazının yaradılması çox müsbətdir və bu, geniş təbliğat deməkdir. İndiki nəsil nümayəndələri olan xanımlar görürlər ki, bu örtüklərdə qadın daha cazibəli, daha füsunkar görünür. Bu da faktdır ki, milli bayramlarda milli geyimli qızlar başlarında kəlağayı səhnədə, konsert salonlarında görünür. Azərbaycan rəssamlarının çəkdiyi əsərlərdə kəlağayının geniş təsvirinə yer verilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra sənətkarların milli-mənəvi dəyərlərimizə qayıdışında böyük irəliləyişlər oldu. Kəlağayıdan söhbət düşəndə Azərbaycan, Azərbaycan xanımı göz önünə gəlir. Onu da bilirik ki, bu gün Bakıda fəaliyyət göstərən baş örtüyü mağazalarında kəlağayına rast gəlinir, amma onların azlığı bir qədər adamı narahat edir. Rəssam və dizaynerlərin, modelyerlərin kəlağayı istehsalına marağı göz qabağındadır. Əlbəttə, bu da təqdir olunası haldır.
Məlum olduğu kimi, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasını təsdiqləyir.
Tarixi faktlara nəzər salsaq görərik ki, qədim çağlarda kəlağayıdan geniş istifadə edilib. Onu da qeyd edək ki,
Azərbaycanın qədim tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikməyi bacardıqlarını sübut edir. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdə mövcud olduğunu deməyə əsas verir. Bu aspektdən çıxış edən sənətşünaslar deyir ki, ipək məhsullardan hazırlanan, qadın baş örtüyü olan kəlağayı qədim Azərbaycanın geyim etnologiyasının bir hissəsidir.
Sənətşünaslar bildirir ki, orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi-araşdırmaçı Mais Cəfərov mətbuata açıqlamasında bildirib ki, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib: «Mən bu sahədə müəyyən qədər araşdırma aparmışam. Hər dəfə aşkarladığım fakt yeni bir faktın ortaya çıxmasına zəmin yaradıb. Məsələn, araşdırmalarda bildirilir ki, kəlağayılar Azərbaycan ərazilərində erkən orta əsrlərdə müəssisələrdə, sexlərdə istehsal olunamağa başlanıb. Bu da o deməkdir ki, əvvələr fərdi qaydada və zaman keçdikcə tələbatın artması ilə kəlağayılar sexlərdə hazırlanıb. Bir qədər dərindən araşdırma aparanda məlum olur ki, eyni zamanda hələ qədim dövrlərdə Azərbaycanın tarixi ərazilərində əhalinin maldarlıqla məşğul olan təbəqəsi qoyun yunundan kəlağayılar hazırlayıb. Bütün bunlar kəlağayının Azərbaycan xalqının qeyri maddi-mədəni irsi olduğunu deməyə əsas verir». Mais Cəfərov bildirib ki, hələ erkən orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub: «Kəlağayının orta əsrlərdə üzərinə buta formasında naxışlar vurulub. Bu da istehsalçının möhürü rolunu oynayıb. Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurdu və həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi. Əgər əlimizi yumruq kimi sıxıb yan tərəfdən baxsaq, buta formasını aldığını aydın şəkildə görə bilərik. Kəlağayıların üzərinə yumruqla vurulan buta forması zaman keçdikcə formalaşaraq təkmilləşdirilib və ənənə halını alıb. Tarixdən bizə məlumdur ki, erkən orta əsrlərin rəsm əsərlərinin üzərində buta forması olan kəlağayılar qadınların baş örtüyü kimi Azərbaycan xalqına məxsus geyimlər arasında xüsusilə seçilir».
Alimin fikirlərində kifayət qədər həqiqət var. Düşünürük ki, kəlağayı istehsalının dünəndən bu günə gəlib çatan xətti daha yüksək səviyyədə davam etdirilməlidir. Hesab edirik ki, kəlağayı istehsalçıları artıq bu yolu tutub irəliyə, inkişafa doğru gedirlər. Azərbaycan dövlətinin kəlağayı istehsalına diqqəti, marağı, münasibəti aydındır və ustalarımızın qədim köklərə malik məktəbi uğurla gələcək nəsillərə keçirəcəyinə əminik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ