şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ecazkar Quba-Şirvan xalçaları...
Tarix: 24.04.2015 / 02:57
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
...Şahnəzərli-bu xalçaları öz adını Şahnəzərli kəndinin adından götürüb. Bu tip xalçalar özündə 35 kompozisiya cəmləşdirib. İstehsal mərkəzinin Şahnəzərli, Məlhəm, Göylərə, Qonaqkənd kəndləri olmasına baxmayaraq, onu həmçinin Quba, Şamaxı və Ağsu rayonunun kəndlərində də toxuyurlar. Xalçanın orta sahəsinin kompozisiyası əsasən şaquli üçbucaq boyu yerləşən bir neçə gellərdən ibarətdir. Orta sahədə bu xalçaya xas olan 2 qubpa və 2 başlıq yerləşib, biri aşağıda birinci gelin əvvəlində, ikincisi yuxarıda axırıncı gelin sonundadır. Olduqca üslublaşdırılmış bu qubpalar medalyonları tamamlamaqla yanaşı, orta sahənin kompozisiyasını tam bitkin şəklə salır və onu təkmilləşdirir, həmçinin gelləri daha yaxşı qruplaşdırır. Azərbaycanda, həmçinin, Orta Asiyada xalq xalça toxuyanları və sənətkarlar kompozisiyadan asılı olmayaraq, bir çox medalyona malik istənilən xalçanı "Güllü" adlandırır. Böyük əksəriyyəti səkkizguşəli forması olan və çox böyük olmayan kvadratlarla bəzədilmiş bu medalyonlar öz sadəliyi və rəngarəngliyi ilə Qazax, Qarabağ və Cənubi Azərbaycan xalçalarından nəzərəçarpacaq dərəcədə fərqlənir. Olduqca üslublaşdırılmış qubpalar kompozisiyanı tamamlayır və təkmilləşdirir, həmçinin daha yaxşı qruplaşdırır. Əla növ sıxlıq, zəngin bəzək ornamentləri, toxunuşun zərifliyi bu xalça qruplarının səciyyəvi xüsusiyyətləridir.
Herat-tarixən bu xalça XV əsrdə Əfqanıstanın Herat şəhərində yaranıb. Sonralar başqa adlarla Azərbaycanın rayonlarında yayılmağı başlayıb. Əsasən Qarabağda "Balıq" adı ilə tanınır.
Pirəbədil-bu xalça adını Pirəbədil kəndindən götürüb. Yerli xalça toxuyunlar bu xalçanı "Burma", "Qırman", bəzən isə "Qayçı" adlandırır. Bəzi xalça ustaları, həmçinin sənətşünaslar onu "Miqradi" və ya "Qroy" adlandırır ki, bu da "menroy" (qayçı) ərəb sözünün şəkli dəyişilmiş forması olur. Orta sahənin sol və sağ tərəfindən yalnız bu tip xalçalara xas olan və qayçını xatırladan element yerləşir. Pirəbədil xalçaları digər Azərbaycan xalçalarından daha qədim tarixə malikdir. Əsas elementləri sol-sağ tərəflərdə igidlik və ərlik rəmzi olan "qayçı" və "buynuz" təsviri, orta sahənin mərkəzində "hindtoyuğu", onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və səkkizguşəli gel təsvir olunur. Bu xalçaların böyük əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı olur.
Zeyva-bu xalça öz adını Qubanın cənub-şərqində yerləşən Zeyva kəndindən götürüb. Xarici mənbələrdə o, "Şirvan" adı ilə qeyd olunur. Xalq arasında bu xalça "Qədim Zeyva" kimi tanınır. Xalçanın orta sahəsinin kompozisiyası əsas etibarilə mərkəzi üçbucaqda növbəli yerləşən bir neçə geldən ibarət olur. Forma və mənşəyinə görə Zeyva xalçasının əsas elementini təşkil edən bu medalyonları tərtib olunduqları punktir xətlərinə görə orta əsrlərə aid etmək olar. Müxtəlif növlərdə yaradılmış belə gellərə təkcə Qafqaz xalqlarının dekorativ incəsənətində deyil, həmçinin Baltikyanı ölkələrdə də da rast gəlmək olar. Bura xalçaçılıq və toxuma üçün daha xarakterikdir. Bu gellərin ətrafında "səkkizbucaqlı", "qarmaqlı", "alma" adlanan müxtəlif doldurucu elementlər assimetrik şəkildə səpələnib. Adətən orta sahənin rəngi tünd qırmızı, tünd göy, açıq qəhvəyi rəngdə olur.
Əlixanlı-Quba qrupunun Quba-Şirvan tipinə daxil olan və Əlixanlı adını daşıyan xalça adını Siyəzən rayonunda yerləşən Əlixanlı kəndindən götürüb. Bu xalça həmçinin Azərbaycanın şimal-şərqində, o cümlədən Dəvəçi rayonunun xalçatoxuma məntəqələrində istehsal olunur.
Görkəmli tarixçi, ədəbiyyat, fikir adamı Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" əsərində Əlixanlı kəndinin adını "Alqon" divarı ilə əlaqələndirir və hesab edir ki, o, həqiqətən də "Alqonlu" adlanır. Müəllif bunu belə açıqlayır: İsfəndiyar bu divarı tikib (bizim eradan əvvəl VI əsr), Ənuşirəvan (IV əsr) onu bərpa edir. Əlixanlı xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli üçbucaqda ardıcıl yerləşən bir neçə böyük geldən ibarətdir. Gellərin forması əyri xətlərlə, dişlərlə yerinə yetirilib. Əlixanlı xalçasının orta hissəsində bir, iki, nadir hallarda isə üç gel üfüqi şəkildə yerləşir. Əlixanlı xalçası qırıq xətlərlə düzəldilmiş bəzəklərin mürəkkəb motivlərindən ibarətdir və ornament orta əsr sənətkarlarının incəsənət fəaliyyətinin nümunələrindəndir.
Qonaqkənd-bu xalçalar XVIII-XIX əsrdə istehsal olunub. Tədricən öz zahiri görünüşünü dəyişərək, ilkin əsası olan Xorasan xalçalarından tamamilə fərqlənirlər.
Qonaqkənd xalçasının əsas kompozisiyasını orta sahənin mərkəzində yerləşən böyük medalyon təşkil edir. Medalyonun içərisində mərkəzdə səkkiz kiçik xaç yerləşir. Medalyonlar primitiv kənd təsərrüfatı alətlərini xatırladan həndəsi xətlərin elementləri ilə naxışlanıb. Bu xalça nəzərəçarpacaq dərəcədə öz ilkin formasından uzaqlaşaraq, Azərbaycanın milli xalçaları sırasına daxil olub. XVIII əsrdə, əsasən XX əsrin II yarısında yarmarkaların genişlənməsilə əlaqədar olaraq bu xalçanın kompozisiyası böyük ölçüdə olan xovsuz xalçalarda istifadə olunmağa başladı.
Qədim Minarə-kompozisiyasının orta sahəsi olan "zəncirə"nin "Darağı" adlanan hissəsi mərkəzi üçbucağın sağ və sol tərəflərinə istiqamətlənərək, bir neçə yeni dördbucaqlı və düzbucaqlı təsvir yaradır. Bu yeni kvadrat və düzbucaqlının səthi əksər hallarda qara, qırmızı və ağ rəngli balaca kvadratların şəbəkəsi ilə örtülmüş olur. Orta fon tünd-göy və ya qırmızı rəngdə olur.
Uqax-bu xalçalar Qubanın yaxınlığında yerləşən Uqax kəndinin adını daşıyır. Uqax xalçasının orta sahəsinin kompozisiyası aralarında çox qısa məsafə olan rapportlardan və bir formatda olan bitki elementlərindən ibarətdir. Xalq arasında "taxanq" kimi tanınır (üzüm yarpağı) və xalçanın əsas elementi olub, rapportların başlanğıcı və mərkəzini qeyd edən xətlərin, yəni kvadrat şəbəkələri yaradan xətlərin kəsişməsində yerləşir. Uzununa və eninə rapportların sayı nə qədər çox olsa, yəni xalçanın ölçüsü nə qədər böyük olsa, onun incəsənət baxımından dəyəri bir o qədər aşağı olar. Uqax xalçasının xətt həşiyəsinin motivləri əslən tətbiqi dekorativ incəsənətin müxtəlif sahələrdə naxışlardan mənimsənilmiş bitki ornamentlərindən götürülüb. Xalça toxuyanlar arasında "çiçəkli" adlandırılan orta haşiyəni həmçinin Qarabağ xalçası olan "Nəlbəkigül"də görmək olar. Bu xalçanını çiçək xüsusiyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, onun fonu tünd qəhvəyi və ya yaşıl olur.
Erfi-bu xalça Erfi kəndinin adını daşıyır. O həmçinin Noxuddüzü, Qayadalı, Dark, Talış, Xırt, Qarabulaq kəndlərində istehsal olunur. Bəzi mütəxəssislər hesab edir ki, qocaman ustaların həmçinin "Heyməgah" adlandırdıqları (çadır qurulan yer) bu xalça Şirvan xalçasıdır. Erfi xalçasının orta sahə kompozisiyasını təşkil edən elementlər çox böyük olmayan şaquli üçbucaqda yerləşir. Orta hissəsinin dekoru əsas etibarilə hər biri müstəqil üfüqi xətt təşkil edən, müxtəlif formalı 2 əsas elementdən ibarətdir. Birinci cərgə "Saçaqlılar" qrupuna daxil olan elementlərdən ibarətdir, bu elementlərə adətən Şirvan qrupundakı xalçalarda rast gəlinir. İkinci cərgəyə xalçanın əsas geli (medalyonu) hesab edilən və xalq arasında "çadır" adlanan element daxildir. Bu elementlər hələ qədim zamanlardan bir çox Azərbaycan xalçalarında saxlanıb. Onlar hər iki cərgədən bir təkrar olunur. Əsas elementlər isə hər cərgədən bir təkrar olunur. Haşiyə bəzəkləri əsasən 3 zolaqda-kətəbənin yanları boyu yerləşən orta haşiyə "kətəbə" və kiçik haşiyə "çaxmağı"dan ibarətdir. Bu kiçik haşiyəni XVI əsr İtalyan rəssamı Lorenso Lotonun (1480-1556) "Ailə" şəklində görmək olar. Haşiyə zolaqlarının rəngi orta sahənin rənginə əsasən dəyişir. Erfi xalçasını incəsənət baxımından incələyərkən belə bir nəticəyə gəlmək olar ki, orta sahənin kompozisiyası adətən köçəri tayfalara xas olan xovsuz xalçalardan mənimsənilib.
"Qırız" xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli hissədə yerləşən bir neçə böyük gellərdən ibarətdir. Bu xalçaların gelləri formasına görə "xonçanı" və ya "tabaqı" xatırladır. Sağ və sol tərəfdə ustaların "güllü yaylıq" adlandırdıqları rombaoxşar elementlər yerləşdirilib. Gellərin mərkəzində xalq arasında "aypara" adlandırılan və toy-nişanın təsviri sayılan element var. Gellərin arasında yerləşdirilmiş sırğa cütlərinin, bir sıraya düzülmüş quşların təsvirləri və müxtəlif formalı başqa elementlər "Qırız" xalçaları üçün xarakterdir.
Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan Cek xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. Cek xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunub.
Butalı-Quba qrupunun Quba-Şirvan tipinə daxil olan bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Nabur, Şamaxı, Alçiman, Şirvan xalçatoxuma məntəqələrində istehsal olunan xalçalar burada yerli texnoloji və rəssamlıq təsirinə məruz qalıb. Butalı xalçanın orta sahə kompozisiyası əsasən "buta" elementləri ilə doldurulub. Xalçanın uzununa və eninə boyu təkrarlanan bu elementlər cərgə yaradır. Haşiyə xətti müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jaqa", "mədaxil", "zəncirə"dən ibarətdir. Ornament üslublaşdırılıb və əla növ sıxlığı, zərifliyi, bəzəkləri ilə seçilir. Rəsmin plastiki çevikliyi, forma və rəngin emosional ifadəsi vasitəsilə naxışlanmış xalçada həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmoniya zərurətinə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya, tam aydın kompozisiya quruluşu ilə tətbiq olunur.
"Güllü"-bu xalça Dərəçiçi kəndinə məxsusdur. Orta sahə təkcə "gül" elementləri ilə doldurulur. Xalçanın uzunu və eni boyunca təkrarlanan bu elementlər cərgə əmələ gətirir. Haşiyə zolağı müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jaqa", "mədaxil", "zəncirə"dən ibarətdir.
Qeyd edək ki, 1902-ci ildə toxunan Quba xalçaçılıq məktəbinə aid olan Himil xalçası-"Uzundərə xalçası" 2 aprel 2004-cü ildə "Sotbi" auksionunda satılıb.
Azərbaycan xalçalarını şərh edən sənətşünaslar qeyd edir ki, dünən olduğu kimi, bu gün də Azərbaycanın müxtəlif bölgələrində toxunan, ayrı-ayrı məktəblərə xas xalçalar dünyanın diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətinin vacib xəttini təşkil edən xalçalar öz qiymətini əbədi olaraq saxlayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ