şənbə günü, 28 noyabr 2026
     

Quba xalçaçılıq mədəniyyəti...

Image


Azərbaycan xalçaçılıq palitrasında özünəməxsus rəngi, çeşnisi, üslubu, şəkli, ornamentləri ilə seçilən Quba xalçaçılıq məktəbi özündə çox böyük xalçaçılıq qruplarını birləşdirir. Quba xalçaçılıq məktəbindən, mühitindən danışarkən burada ancaq Qubanın və onun kəndlərinin adlarını çəkməklə kifayətlənə bilmərik. Çünki çoxçeşidli milli-dini özəlliyə malik olan Quba mühiti ətraflı şəkildə təqdim edilməlidir.
Quba xalçaçılıq məktəbinin təfsirini verən sənətşünaslar, xalça biliciləri qeyd edir ki, Quba xalçaçılıq məktəbi deyəndə bura Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Xalçaşünaslıq tarixini öyrənib təbliğ edən alimlər, sənətşünaslar yazır ki, Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə-Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlifliyi ilə fərqlənir. Onların ornamentlərinin böyük əksəriyyəti üslublaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
Sənətşünaslar yazır ki, onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanın bütün bəzəkləri ciddi vahid mənaya tabedir.
Sənətşünasların qeydlərinə görə, Quba-Xaçmaz regionu həmçinin dünyada tanınan məşhur Quba xalçaçılıq məktəbinin mərkəzidir. Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.
Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə xalçası", "Qımıl xalçası", "Alpan xalçası", "Qollu-çiçi xalçası", "Pirəbədil xalçası", "Hacıqayıb xalçası", "Qırız xalçası", "Cek xalçası" və sairədir.
Quba-bu kompozisiyada əsasən orta hissə şaquli istiqamətdə əsas üçbucaq üzrə ardıcıl yerləşən medalyon naxışlar və kətəbədən ibarətdir. Onların ətrafını dağınıq şəkildə çoxlu müxtəlif formalı böyük və balaca elementlər təşkil edir. Bu elementlərə müxtəlif kompozisiyaya malik nəinki Quba, həmçinin Şirvan, Bakı, hətta Qazax xalçalarında da rast gəlmək olar. Belə kompozisiyanın orta hissəsi "açıq yerli" hesab olunur, yəni bağlı olmayan fon. Quba xalçalarının haşiyə formalı naxışları müxtəlif zolaqlardan-orta haşiyə, kiçik haşiyə və mədaxildən ibarətdir. Bu haşiyənin əsas bəzəyini təşkil edən elementi xalçaçılar "tonqal" adlandırır ki, bu da ocaq deməkdir. Belə fərz etmək olar ki, bu ad bir zamanlar mövcud olan atəşpərəstlik etiqadı ilə bağlıdır. Quba xalçalarının orta hissəsinin fonu əksər hallarda tünd göy və yaxud tünd mavi rəngdə olur.
Köhnə Quba-bu xalça kompozisiyasının əsasını qırmızı fona malik orta hissədə şaquli şəkildə yerləşən üç böyük səkkizguşəli medalyon təşkil edir. Bu medalyonların rəngi, forması və ölçüsü eynidir. O həm də ümumi haşiyələrdən birini təşkil edir. Medalyonların ortasında çox da böyük olmayan naxışlarla (mədaxil və koşacaq) haşiyələnmiş səkkizguşə yerləşir. Orta hissə səkkiz xətdən ibarət olan ümumi haşiyə ilə əhatə olunub.
Alpan-bu xalçalar adını Susayçay çayının yaxınlığında yerləşən Alpan kəndindən götürüb. Bu xalçanın kompozisiyası Susay və Sabat kəndlərində yayılıb, XIX əsrin ikinci yarısından başlayaraq isə o həmçinin Qusar rayonunun xalçaçılıq məntəqələrində geniş yayılmağa başlayır. Mütəxəssislər bu xalçanı "Quba", "Dağıstan" da adlandırır. Bu naxışların böyük hissəsi üslublaşdırılaraq həndəsi və bitki motivləri ilə səciyyələnir. Quba xalçalarında medalyonların formaları digər bölgələrin xalçalarına nisbətən daha mürəkkəbdir. Bu xalça kompozisiyasının əsasını medalyon naxışlar və onun ətrafında dioqanal xətt üzrə "xərçəng" elementi təşkil edir. Alpan kəndinin xalça ustaları orta ölçülü oymaları "çarhovuz", yəni hovuz, onun üzərində yerləşən kiçik elementləri isə "ördək" adlandırır. Orta hissənin boş yerlərində isə müxtəlif formaya malik, üslublaşdırılmış həndəsi və bitki elementləri yerləşdirilir. Xalçalar əsasən tünd yaşıl, sarı rəngdə toxunur. Yüksək növ sıxlığı və naxışların nəfisliyi ilə seçilir.
"Xırdagülçiçi"-bu xalça Qubanın xalçatoxuma məntəqələrində istehsal olunur. Xalçanın orta sahəsi xırda elementlərdən təşkil olunduğu üçün bu xalçanın adını yerli xalçaçılar "Xırdagülçiçi" qoyublar (xırdagül tərcümədə xırda çiçəklər adlanır). Orta sahənin ümumi kompozisiyasını şaquli və üfiqi üçlük boyunca qısa məsafədə yerləşən rapportlar təşkil edir. Bu rapportlar özündə bir neçə doldurucu, əlaqələndirici və köməkçi elementləri birləşdirir. Xalq arasında "Başmaq" adlanan, həqiqətdə isə üslublaşdırılmış yarpaq elementi kompozisiyanın əsas elementini təşkil edir. Qalan elementlər isə hər biri özlüyündə rapportun başlanğıc və ya mərkəzi funksiyasını yerinə yetirir. Xalça bir orta haşiyə, iki haşiyə və caqadan ibarət haşiyə ilə köbələnib.
"Alçagülçiçi"-bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Xalça ustaları bu xalçanı "Alçagülçiçi" adlandırıb. Sənətşünaslar və mütəxəssislər arasında bu xalça "Çiçi" kimi tanınır. Naburda, Şamaxıda, Alçimanda, Şirvanda toxunan xalçalar yerli texnologiya və rəssamlığın təsirinə məruz qalaraq "Şirvan-çiçi" adlanır. "Alçagülçiçi" xalçasının kompozisiyasının orta hissəsi ancaq "Alçagülçiçi" elementləri ilə doldurulub. Xalçanın uzunu və eni boyu təkrarlanan bu elementlər sıra əmələ gətirir. Haşiyə zolağı müxtəlif enlilikdə olan cərgələrdən, həmçinin "caga", "mədaxil", "zəncirə"dən ibarətdir.
Sənətşünaslar qeyd edir ki, həndəsi və bitki motivləri ilə səciyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir. Rəsmin platik çevikliyi, forma və rəngin emosional inikası vasitəsilə bəzədilən xalçalarda həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmonik zərurətə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya və dəqiq tamamlanmış kompozisiya quruluşu ilə daha qabarıq özünü büruzə verir.
"Sırt-çiçi"-bu xalça Dərəçiçi kəndinə məxsusdur. Xalça ustadları və mütəxəssisləri arasında bu xalça həm də "Çiçi" adı ilə məşhurdur. Nabur, Şamaxı, Alçiman, Şirvan kimi məntəqələrdə istehsal olunan xalçalar yerli dəyişikliklərə məruz qalaraq "Şirvan-çiçi" adı ilə tanınmağa başlayıb.
Orta sahə kompozisiyası əsasən "Sırt-çiçi" elementlərilə doldurulub. Xalçanın eni və uzunu boyu təkrarlanan bu elementlər cərgələr əmələ gətirir. Köbə xətti "caga", "mədaxil", "zəncirə" kimi müxtəlif enə malik zolaqlardan ibarətir.
"Qollu çiçi"-bu xalçalar Azərbaycanın şimal-şərqindəki xalçaçılıq məntəqələrində geniş yayılıb. Təqribən XVIII əsrin dördüncü rübündə Azərbaycan incəsənətinə daxil olan xalçanın kompozisiyası tək öz tərtibatı ilə deyil, həm də bəzək elementlərinin orijinallığı ilə seçilir. 200 il ərzində bu kompozisiya müxtəlif ad və formalarda mövcud olub. Buna sübut olaraq onu göstərmək olar ki, "Qolluçiçi" xalçası XIX əsrdə Qarabağda "Maşin" adı ilə geniş yayılıb. Orta hissəsinin kompozisiyası bir-birinin üstündə çarpazlaşmış bir neçə medalyondan ibarətdir. Onların tərtibat prinsipi diaqonal istiqamətli dörd böyük qolun çarpazlaşmasıdır. Bu adlar "Xətai" kompozisiyasının əsasını təşkil edən "qol" (böyük budaqlar) təsviri ilə bağlıdır, belə ki, yuxarıda adları çəkilən xalçalar bu kompozisiyaya aiddir.
Quba xalçalarından danışarkən bir məqamı xatırladaq ki, 1856-cı ilə aid edilən Qubada toxunan "Bico" xalçası ABŞ-ın Nyu-York ştatında, Bruklin muzeyi-İslam Dünyası İncəsənət Kolleksiyasında saxlanır.
Bico xalçaları-bu xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Bico xalçaları Şirvan bölgəsində yerləşən, Azərbaycanın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxildir) adı ilə bağlıdır. Qərb mütəxəssisləri Quba-Bico xalçalarının Şirvan xalçaçılıq məktəbinə daxil olan qədim Bico xalçalarının çeşniləri üzərində toxunmasını qeyd edir. Bir çox hallarda "Qubada toxunan Bico xalçası" kimi də tanıdılır. 18-19-cu əsrlərdə toxunmuş və "Quba-Bico" adlandırılan xalçalar indi dünyanın bir çox muzeylərində saxlanır. Ehtimal olunur ki, bədii ornament və incəsənət baxımından təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalçalar sayılan Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı, Quba xalçaçılıq məntəqələrinə də təsirsiz ötüşməyib. 18-19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanır.
Qımıl-bu xalça XIV-XV əsrdə Qəbələdə yaranıb, XVIII əsrdən başlayaraq isə o, Qubada və Quba rayonunun bəzi xalçaçılıq məntəqələrində yayılmağa başlayıb. Bunun nəticəsində bu xalça Qımıl kəndindən uzaqlaşaraq, başqa xalçaçılıq məntəqələrində tərtib olunaraq, tədricən öz mədəni məziyyətlərini itirməyə və təhriflərə məruz qalmağa başladı. Orta hissənin mərkəzində uzunsov çoxguşəli medalyon yerləşir. Əvvəllər "xonça" adlandırılan bu medalyon XIX əsrin II yarısında xalçaçılar arasında "podnos" adı kimi geniş yayılıb. Yuxarıda göstərilən medalyonun yuxarı və aşağı tərəfindən kompozisiyaya məxsus dörd böyük çoxguşəli elementlər yerləşir. Xalçaçılar bu elementi "şam" adlandırır (şam, fənər). Qımıl xalçasının orta hissəsi bir sıra məişət və bəzək əşyalarının üslublaşdırılmış təsvirindən ibarətdir.
Qaraqaşlı-Quba qrupuna daxil olan məşhur Qaraqaşlı xalçası Dəvəçi rayonunun Hacı-Qaraqaşlı, Çay-Qaraqaşlı, Susanlı-Qaraqaşlı kəndlərində istehsal olunur. Bu adla da tanınır. Orta sahədə şaquli üçbucaq boyu kiçik medalyonlar yerləşib. Ustad mütəxəssislər və xalça ustaları bu medalyonların "musiqi alətləri"nin təsviri olduğunu hesab edir. Medalyonlar arasında müxtəlif növlü elementlərə rast gəlmək olar. Xalq arasında onları "quşbaşı" adlandırırlar. Qaraqaşlı xalçanın orta sahəsi adətən tünd göy və ya tünd qırmızı rəngdə olur. Nadir hallarda tünd mavi və ya ağ fona malik xalçalara rast gəlmək olar. Həndəsi və bitki motivləri ilə səciyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir.
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ