15/11/2019 11:09
728 x 90

Bir gündə “isti izlərlə” 30, köhnədən qalmış 17 cinayət…

img

Oktyabrın 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası barədə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər