2018-ci il iyul ayının 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılmışdır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı