Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 11-də Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlal Ağayevə məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən, hündürlüyü 80-120 sm olan 10 ədəd çətənə kolu və 10,120 qram qurudulmuş marixuana aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı