Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs saxlanıb.
Belə ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən T.İbrahimov şəhər ərazisindəki xətt avtobuslarının birində cibindən 315 manat pulunun oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elbrus Manafov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı