Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir.
İyunun 28-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevin evindən 415 qr marixuana, 21 qram tiryək və heroin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Fərid Kamalovun evindən 695 qram tiryək, Liman şəhər sakini Mais Hüseynovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Mosul kənd sakini Kamil Durmuşovdan 15 qram, evindən isə əlavə olaraq 480 qram marixuana aşkar edərək götürüb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanan Qara Nuru kənd sakini Seymur Alməmmədovdan şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun həmin narkotik vasitəni Sarıcalar kənd sakini Vüqar İmanzadədən aldığı müəyyən ediliib. Görülmüş tədbirlərlə V.İmanzadə saxlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən 200 qram marixuana, həyətindəki yarımçıq tikilidən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı