İyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərdən birinin ətrafına quraşdırılmış alüminiumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.
Polis əməkdaşlarınını “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanıb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı