DIN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanan rayonun I Ərəbcəbirli kənd sakini Kamil Qəndəliyevdən şəxsi axtarış zamanı 3,48 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evin həyətyanı sahəsindəki tikilidən də 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı