Martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən, ölkəmizə tusist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb. Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı