Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, martın 18-də Şabran rayon Uzunboyad kənd sakini Yasin Əsgərov RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Məliklər kəndində ona məxsus olan kənd təsərrüfatlarının saxlanc yerindən ümumi dəyəri 1000 manata yaxın olan avtotexniki avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Cəfərquliyev, Elvin İmamverdili və İlkin Verdiyev saxlanıb. Dindirilmə zamanı saxlanan şəxslər törətdikləri cinayəti etiraf edib. Ogurladıqları radiator və akkumulyatorlar maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Nizam HƏMİDOV polis leytenantı