Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək o saxlanıb. Şəxsi axtarış zamanı onun üzərindən kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib.
Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.
O.Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı