DİN Mətbuat Xidmətinin Şəki şəhərindəregional qrupundan verilən məlumata görə, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.
Qəbələ RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanıb. Ondan 119,6 qram marixuana da götürülüb.
Mahir MƏSİMOV polis leytenantı