Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.
Belə ki, martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərən 2 nəfər Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla onların maşinist və köməkçisi olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı